Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Vətəndaşların estetik əməliyyatlara baxış tərzi necədir? SORĞU

Vətəndaşların estetik əməliyyatlara baxış tərzi necədir? SORĞU

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hal-hazırki günümüzdə insanların daha çox meyl etdiyi məsələlərdən biri də estetik əməliyyatlardır. Bəzi insanlar üzlərində yaxud bədənlərində qüsur olmadığı halda estetik əməliyyat edirlər. Bir sözlə özlərində kompleks yaradırlar. Lakin bəzi insanlar isə ümumiyyətlə bu hala pis baxırlar. Niyə insanlar estetik əməliyyatlara pis baxırlar? SİA bu barədə sakinlər arasında sorğu keçirib.

Şəhər sakini Aydan Süleymanova: "Ümumiyyətlə hər kəs olduğu kimi daha gözəldi.

Lakin təbii ki, kompleks yaranırsa, onun qarşısını almaq insanın özünü xoşbəxt edir. Mənimdə kənardan deyilən sözlərə əsasən heç bir qüsurum yoxdur. Amma buna baxmayaraq, özümü çox kompleksli bir insan kimi görürəm.
Həmçinin fikrimcə kənardan yaranan stereotiplərdə təsir edir. Yəni insan həmin qüsurlarını düzəltməklə kənardakı fikirləridə düzəldə bilər".

Şəhər sakini Həsən Məlikov: "Mən ümumiyyətlə estetik əməliyyta pis baxıram. Mən özümdən məmnunam və estetik əməliyyat etmərəm. Məncə, insanlar bu kompleksi aşmaq üçün güzgüyə baxıb özlərinə xoş sözlər desin, özlərini sevsinlər".

Şəhər sakini Könül Nəbiyeva: "Şəxsən mənim özümdə təəbiiyəm, heç bir estetik əməliiyatı yoxdur. Biz bir gün axirət günü Allaha hesab verəndə bunun cavabını verə bilmiyəcəyik. Ona görə estetik əməliyyatlarına qarşıyam".

Şəhər sakini İsmaxan Əhmədov: "Mən estetik əməliyyatlara qarşıyam, çünki inanıram ki, insanın Allah tərəfindən ona bəxş edilən gözəlliyi toxunulmaz və özəldir. Hər bir insanın özünəməxsus siması, üz cizgiləri və görünüşü var və bu fərqliliklər bizim gözəlliyimizi daha da mənalı edir. Təbii gözəllik, zamanla formalaşan və insana xas olan bir dəyərdir. Mənim fikrimcə, bu təbiiliyə müdaxilə etmək, onu dəyişdirməyə çalışmaq həm yaradılışa, həm də insanın öz kimliyinə hörmətsizlikdir. Mənim nəslimdə də bu dəyərlər qorunub saxlanılıb — heç kim estetik əməliyyata ehtiyac duymayıb, çünki biz özümüzü olduğumuz kimi qəbul etməyi və sevməyi öyrənmişik".

Şəhər sakini Zaur Mustafayev: "Mən estetik əməliyyat etdirən insanlara qarşı heç bir mənfi yanaşmam yoxdur. Əksinə, hər kəsin öz bədəninə və görünüşünə dair qərar vermək hüququna malik olduğunu düşünürəm. İnsanlar özlərini necə daha yaxşı və gözəl hiss edirlərsə, o şəkildə davranmaqda sərbəstdirlər. Gözəllik anlayışı hər kəs üçün fərqlidir və bu fərqliliklərə hörmətlə yanaşmaq lazımdır. Elə insanlar da var ki, xarici görünüşlərindəki müəyyən cəhətləri kompleks halına gətirirlər və bu səbəbdən estetik əməliyyata ehtiyac duyurlar. Əgər bu əməliyyatlar onlara özlərinə olan inamı qaytarırsa və xoşbəxt hiss etdirirsə, bu da anlayışla qarşılanmalıdır".

Şəhər sakini Aysel Bağırova: "Əgər bir insan öz qulağından, burnundan və ya hər hansı bir üz cizgisindən narazıdırsa, estetik əməliyyat etdirməyi seçə bilər. Bu, onun şəxsi qərarıdır və özünü daha rahat hiss etməsi üçün atdığı bir addımdır. Lakin mənim fikrimcə, əgər həmin görüntü kənardan baxıldığında pis və ya narahatedici görünmürsə, bu zaman əməliyyata ehtiyac olmaya da bilər. Bəzən insanlar özlərini kompleksə saldıqlarını düşünür, amma əslində bu, cəmiyyətin qoyduğu gözəllik standartlarına uyğunlaşmaq — yəni eyniləşmək cəhdidir. Məncə, bu daha çox kompleksdən doğan bir hal yox, başqalarına bənzəmə istəyi, sosial təsirlərlə formalaşan bir meyldir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Aprel 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri