Icma.az
close
up
RU
Bu bayram rayona getmək istəyənlərə pis xəbər 800 manatlıq xərc gözlənilir

Bu bayram rayona getmək istəyənlərə pis xəbər 800 manatlıq xərc gözlənilir

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.

Bu sözləri “Yeni Sabah”a turizm üzrə ekspert Cəfər Qarayev deyib. O, bildirib ki, önümüzdəki günlərdə Qarabağa səfərlərə maraq çox olacaq:

“İnsanlar bayram günlərində qohumlarını, yaxınlarını və valideynlərini ziyarət edirlər. Bir növ qarşılıqlı gediş-gəliş olur: Bakıda yaşayanlar rayonlara, bölgələrdə yaşayanlar isə paytaxta üz tuturlar. Bununla yanaşı, paytaxt sakinləri istirahət etmək üçün bölgələrə də gedirlər. Marqarita pizza

Qızıl payız mövsümünü nəzərə alsaq, eləcə də Azərbaycanın Kiçik və Böyük Qafqaz dağlarının gözəlliyini düşünəndə, hesab edirəm ki, bu bayram günlərində ən çox səfər ediləcək istiqamətlərdən biri Qarabağ olacaq. İnsanlar oradakı hotellərdə və istirahət mərkəzlərində qalaraq həm dincələcək, həm də Zəfər Gününün mənəvi əhəmiyyətini daha yaxından hiss edəcəklər”.

Ekspert Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Şəkiyə də səfərlərin çox olacağını düşünür:

“Bununla yanaşı, ölkənin şimal və şimal-qərb bölgələrinə səfərlərin də az olmayacağını düşünürəm. Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki kimi bölgələr payız fəslində xüsusi gözəlliyi ilə seçilir. Göl ətrafındakı ərazilərdə də payız mənzərələri daha aydın hiss olunur. Buna görə də həmin istiqamətlərə tələbatın olacağı gözlənilir.

Bayram günlərində hotellərin və istirahət mərkəzlərinin qiymətlərinə nəzər salanda görürük ki, bəzi dörd və beşulduzlu hotellər, xüsusilə də özünü yerli brend kimi təqdim edən müəssisələr tətil günlərindən istifadə edərək qiymətləri artırıblar. Bununla belə, bəzi digər hotellər, o cümlədən üçulduzlu və müəyyən dördulduzlu müəssisələr qiymətlərini dəyişməyiblər”.

C. Qarayevin sözlərinə görə, iki nəfərin şəxsi avtomobillə rayonda üç gecə, dörd gün istirahəti təxminən 700-800 manata başa gəlir:

“Xarici turistlərlə işləyən bəzi hotellərdə də bayram tarixləri üçün qiymət artımı müşahidə olunur. Bir çox müəssisə bayram günləri üzrə qiymətlərini artıq indidən elan edib. İki nəfərlik gənc ailənin üç-dörd günlük istirahəti üçün təxminən 700-800 manat büdcə ayırması məqsədəuyğun olar. Cütlük şəxsi avtomobili ilə rayona gedərək üç gecə, dörd gün istirahət edə və müxtəlif yerləri gəzə bilər. Nisbətən münasib qiymətli mehmanxanada qalmaq, səhər yeməyini də yerləşmə qiymətinə daxil etmək mümkündür. Günorta və axşam yeməkləri isə restoran və kafelərdə yeyildikdə, iki nəfər üçün ümumi xərc təxminən 700-800 manata çatır”.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Noyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri