Vətəndaşların NƏZƏRİNƏ: Bu halda sizə yazılan cərimələri ödəməyə bilərsiniz… KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“İnzibati xətaya görə rəsmi qərar qəbul olunubsa və həmin qərarda cərimə nəzərdə tutulubsa, onun icra müddəti 5 ildir. Yəni, şəxs bu müddət ərzində cəriməni ödəməkdən yayınmaq imkanına malik deyil”.
Bu fikirləri Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib.
“Əgər inzibati xətaya dair hələ qərar verilməyibsə, bu zaman məsələ “inzibati tənbeh tətbiqetmə müddəti” ilə ölçülür. Qanunvericiliyə əsasən, inzibati xətanın baş verdiyi tarixdən etibarən 3 ay ərzində şəxsə cərimə və ya digər inzibati tənbeh tətbiq edilməlidir. Əgər 3 ay ərzində inzibati cəza ilə bağlı qərar çıxarılmayıbsa, artıq həmin şəxs məsuliyyətdən azad olunur”.
Vəkil qeyd edir ki, bu müddətlər hüquqi qüvvəyə minmiş qərarların və inzibati tədbirlərin vaxtında icrasını təmin etmək məqsədi daşıyır.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 26 May 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















