Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Aprel döyüşləri çağdaş tariximizdə şanlı Zəfərimizin müjdəçisi kimi əbədiləşdi

Aprel döyüşləri çağdaş tariximizdə şanlı Zəfərimizin müjdəçisi kimi əbədiləşdi

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprel döyüşlərindən 9 il ötür. 2016-cı ilin 1-4 aprel tarixlərində gedən döyüşlərdə Ermənistan ordusu üzərində qazanılan qələbə tarixi Zəfərə gedən yolun başlanğıcı oldu. Bu döyüşlər rəşadətli ordumuzun  hansı imkanlara, gücə, qüdrətə,  döyüş qabiliyyətinə   malik olduğunu nümayiş etdirdi. Artıq tarixin arxivinə atılan keçmiş Qarabağ münaqişəsinin həllində daim sülh danışıqlarına önəm verən rəsmi Bakı ən yüksək tribunalardan belə bir bəyanatı da səsləndirdi ki, danışıqlar səmərə verməyəcəyi  təqdirdə hərb yolunun seçilməsi şəksizdir. Ermənistanın  müxtəlif bəhanələrlə sülh danışıqlarından yayınması, hərbi təxribatlar törədərək diqqəti yayındırmaq cəhdləri 30 illik işğal dövrünün məlum olaylarındandır. Həmin müddətdə bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətləri işğalçı dövlətin yeni müharibə planları hazırlamasında, təxribatlar törətməsində mühüm rol oynadı. Azərbaycan dövləti daim bu çağırışı etdi ki, ikili standartların tətbiqi ədalətsizlikdir. Dünya gücləri bu siyasətə son qoymalıdır. Təəssüflər olsun ki, istər 30 illik işğal, istərsə də  postmünaqişə dövründə  əksər dünya gücləri ikili siyasətdən yaxa qurtara bilmədi. Ölkəmiz heç zaman belə yanaşmalara görə ruhdan düşmədi, əksinə istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyü qazanmaq üçün bütün zəruri addımları atdı. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması yönümündə atılan addımların uğurlu nəticələri  Aprel döyüşlərində, Günnüt əməliyyatında,  uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdə, suverenliyimizin tam bərpa edilməsində özünün aydın ifadəsini tapdı.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, 2016-cı il aprelin 2-nə keçən gecə erməni silahlı birləşmələri cəbhə xətti boyu bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilərək düşmənə qəti cavab zərbələri endirildi. Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Silahlı Qüvvələrimiz düşməni məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi, strateji əhəmiyyətli Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edildi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Aprel  döyüşləri çoxəsrlik tariximizə şanlı qələbə səhifəsini yazdı. Bu qələbə artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına, torpaqlarımızın işğaldan azad edilərək əzəli və əbədi sahibinə qovuşacağına, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına inamı daha da artırdı. Aprel döyüşləri işğalçı dövlətin və ona havadarlıq edənlərin keçmiş Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Azərbaycanın məğlubiyyətə uğrayacağı ilə bağlı səsləndirdikləri sərsəm fikirlərin nə qədər əsassız olduğunu bütün dünyaya göstərdi. Dünya Azərbaycan Ordusunun böyük imkanlara malik olmasının şahidinə çevrildi. Dövlət başçısı İlham Əliyev Aprel döyüşlərini belə dəyərləndirmişdir: “Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.”
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan Ordusu Aprel döyüşlərində bir daha hər bir təxribatın qarşısını qətiyyətlə almağa, düşməni diz çökdürməyə qadir olduğunu sübut etdi. Azərbaycan Ordusu uğurlu Aprel döyüşlərindən ruhlanaraq  iki il sonra daha bir böyük Zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, Silahlı Qüvvələrimiz  qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər. Doqquz il əvvəl Aprel döyüşləri zamanı Lələtəpədə ucaldılan üçrəngli  Bayrağımız indi azad edilmiş bütün torpaqlarımızda - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə əzəmətlə dalğalanır. 44 gündə 30 illik işğala son qoyub tarixi ədaləti bərpa etmək bütün dünyaya Azərbaycan dövlətinin gücünü, ordumuzun qüdrətini, xalqımızın birliyini, həmrəyliyini nümayiş etdirdi. Rəşadətli ordumuz 44 günün hər gününü Azərbaycanın tarixinə Zəfər səhifəsi kimi yazdı. Bu qələbə səhifələrini görmək üçün tarixi Zəfərimizin əbədiləşdiriləməsinə xidmət edən mühüm addımlar sırasında yer alan şəhər günlərinin təsis edilməsinə diqqət yetirmək kifayətdir. 44 günün hər günü bir şəhərin, kəndin, yaşayış məntəqəsinin işğaldan azad edilməsi ilə tarixə yazılıb. Şanlı Qələbəmizdən üç il sonra, 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası ilə  Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağı ucaldıldı.  Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən bildirir ki, 44 günlük Vətən müharibəsi əyilməz ruhumuzu,  Azərbaycan xalqının iradəsini,  dövlətimizin gücünü göstərdi.  Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. Bu 44 gün ərzində bir dəfə də olsun ordumuz geriyə addım atmadı, ancaq irəli getdi. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu,  qarşımızda diz çökərək ağ bayraq qaldırdı, təslim oldu və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. Dövlət başçısı İlham Əliyev  suverenliyimizin bərpasından sonra başlanan yeni dövrün başlanğıcı kimi dəyərləndirilən  7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bir daha bu çağırışı etdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.
Milli Məclisin deputatı bildirib ki, son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri bu gün özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan Aprel döyüşləri tarixdə   44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizin müjdəçisi  kimi əbədiləşdi.
Vüqar Rəhimzadə Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd edib. Vurğulayıb  ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu. Xalqımız bu qayıdışı böyük sevinc və qürur hissi ilə qarşıladı. Belə bir əminlik yarandı ki, tarixi torpaqlarımıza qayıdış davamlı olacaq. Bu gün Böyük Qayıdışın davamlı olmasının sevincini yaşayırıq. Tarixi sahibinə qovuşan  torpaqlarımızda geniş miqyas alan bərpa-quruculuq işləri  soydaşlarımızın bu ünvanlara mərhələ-mərhələ qayıdışı ilə  müşayiət olunur.  Tarixi Zəfərimizdən dərhal sonra başlayan bərpa-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Əsas hədəf  Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək doğma yurd-yuvasına qayıdan  soydaşlarımızın sayını 140 minə çatdırmaqdır. Dövlət başçısı İlham Əliyev bu günlərdə  Ağdam rayonunun Sarıcalı kəndinə köçən sakinlərlə görüşündə bir daha diqqəti bu reallıqlara yönəltdi ki, artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır. 
Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, Aprel döyüşlərindən başlanan yolun dövlətimizə və xalqımıza bəxş etdiyi qürurverici hadisələri, möhtəşəm uğurları sadalmaqla bitməz.  Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz dirçəlir, cənnət məkana çevrilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri