Icma.az
close
up
RU
“Vətənpərvərlik uzun müddət ordunu qidalandıra bilməz...” HƏRBİ EKSPERT

“Vətənpərvərlik uzun müddət ordunu qidalandıra bilməz...” HƏRBİ EKSPERT

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azad İsazadə: “Vətənprvərliklə paralel, gənclərdə döyüşə hazırlığını, müharibə aparmaq hazırlığını da inkişaf etdirməliyik”

“Vətənpərvərlik bəzən mənfi rol da oynaya bilər. Belə deyək, vətənpərvərlik varsa, bacarıq yoxdursa, insanlar sadəcə şəhid olacaqlar, nəticə əldə olunmayacaq”

Gənclərimizin milli ruhda yetişməsi dövlətimizin gələcəyi üçün mühüm amildir. Amma, əksər ekspertlər bu fikirdədir ki, bunun üçün valideynlərin özləri də maariflənməlidir. Yəni valideyn hələ məktəb yaşlarına qədər övladında vətənə məhəbbət, millətinə doğmalıq hisslərini aşımalıdır. Qeyd etdiymiz kimi, sağlam ruhlu gənclərin yetişməsi cəmiyyətin inkişafına müsbət təsir göstərir. Həmçinin, cəmiyyətdə nöqsan varsa, bu, istər-istəməz, gənclərin əxlaqına və onların vətənpərvərlik hisslərinə də böyük təsir edir. Odur ki, vətənə bağlılıq, vətən sevgisi, vətənpərvərlik ruhunun yüksəldilməsi hər bir vətəndaşın mənəvi borcudur. Bəlli olduğu kimi, 44 günlük Vətən Müharibəsində Azərbaycan gənclərinin vətənpərvərliyinin, milli mənlik şüuruna sahib olmasının əyani şahidi olduq. Təsadüfi deyil ki, bəzi hallarda hərbi xidmətdən yayınmağa meyilli olan gənclər belə, könüllü olaraq savaşa qatılmağa, torpaqlarımızın işğaldan azad olunması yolunda ölüb-öldürməyə hazırı idi.

O da şübhəsizdir ki, ailəsinə dəyər verməyən, valideynləri ilə münasibətləri yaxşı olmayan bir gəncin milli mənlik şüurundan, vətənə məhəbbətindən danışmaq olmaz. Ailədə düzgün tərbiyə edilmiş uşaq gözəl əxlaqa və vicdana sahib olur. Əxlaqlı və vicdanlı gəncin milli mənlik şüuru da yüksək olur.

Məsələni psixoterapevt, hərbi ekspert Azad İsazadə ilə müsahibəmizdə müzakirə etməyə çalışdıq.

- 44 günlük Vətən Müharibəsində Azərbaycan gənclərinin vətənpərvərlik səviyyəsinin inkişafı, gənclərimizin düşmənə qarşı savaşmağa hər an hazır olduğu kimsəyə sirr deyildi. Sizcə, ölkəmizdə vətənpərvərliyin inkişafı üçün bu prosesin davamı olaraq daha hansı tədbirlər görülməlidir?

- Əvvəla, biz başa düşməliyik ki, vətənpərvərliyin inkişafı üçün istər dövlət, istər də cəmiyyət arasında iş aparılmalıdır. Amma bu, kortəbii bir prosesdir, sadəcə, ona istiqamət vermək olar. Yəni onu yaradıb, ya da gücləndirmək bəzən çətin olur.

44 günlük müharibədə biz 30 il ərzində uduzmuş ölkənin vətəndaşları kimi, uzun müddət məğlubiyyət hissi yaşamışıq. Hətta bəzi hallarda heç inanmırdıq ki, bizim nəsil Qarabağ məsələsini həll edəcək, torpaqlarımızı alacaq və biz bunun  şahidi olacağıq. Yadınızdadırsa, müharibədən öncə, iyul hadisələrində də gənclər küçəyə tökülmüşdü. Bunu hardasa etiraz aksiyası kimi qiymətləndirə bilərik. Onların bu vətənpərvərlik hisslərini yaxşı ki, söndürmədik, onları cəzalandırmadıq.

2 ay sonra - müharibə zamanı həmin gənclər könüllü olaraq orduya qatıldılar. Səfərbərlikdən qaçmayan gənclərin sayı o qədər çox idi ki… Hətta onları evə qaytarırdılar ki, gözləyin, lazım olsa çağıracağıq. Deməli, bu proses hardasa cəmiyyətin içində inkişaf edirdi və hansısa səbəb olmalı idi ki, onu üzə versinlər.

Sonrakı proseslər də göstərdi ki, bu oyanma və qələbə hissiyyəti tez sönmədi. Hətta sonrakı döyüşlərdə, 2023-cü ilin sentyabr hadisəsində də Qarabağ tam azad olunanda - söhbət Xankəndi və Xocalıdan gedir - bir günlük döyüşlərdə şəhid verməyimizə baxmayaraq, növbəti qələbəni yaşadıq.

- Necə düşünürsünüz, uşaqların milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına ailədən, yoxsa təhsil ocağından başlamaq lazımdır?

- Sözsüz ki, ailədən. Cəmiyyətdən, məktəbdən, ümumiyyətlə təhsil ocaqlarından da hardasa asılılıq var. Onlar sözsüz ki, buna təsir göstəməlidirlər. Amma sırf hərbi baxımdan biz başa düşməliyik ki, yalnız vətənpərvərlik üzərində işi qurmaq azdır. Söhbət ondan gedir ki, vətənprvərliklə paralel, bizim gənclərdə döyüşə hazırlığını, müharibə aparmaq hazırlığını da inkişaf etdirməliyik. Çünki vətənpərvərlik uzun müddət ordunu qidalandıra bilməz. Vətənpərvərliklə yanaşı, peşəkarlıq da lazımdır. Söhbət zabitlərdən getmir, zabitlərin peşəkarlığı  öz yerində. Söhbət döyüş bacarığı peşəkarlığından gedir. İnsan atəşə öyrəşməyibsə, döyüşü necə aparmağı bacarmırsa, o, sadəcə özünü qurban verəcək, amma heç nə əldə edə bilməyəcək. Deməli, hazırlıq ondan ibarətdir ki, döyüşə gedib, ordan sağ-salamat çıxmaq bacarığı olmalıdır. O zaman itki də, sarsıntı da az olacaq.

Vətənpərvərlik bəzən mənfi rol da oynaya bilər. Belə deyək, vətənpərvərlik varsa, bacarıq yoxdursa, insanlar sadəcə şəhid olacaqlar, nəticə əldə olunmayacaq.

- Siz qeyd etdiniz ki, vətənprvərliklə paralel, gənclərdə döyüşə hazırlığını, müharibə aparmaq hazırlığını da inkişaf etdirməliyik. Orta və ali məktəblərdə hərbi dəslərin ləğvi gənclərimizin döyüş hazırlığına mənfi təsir göstərirmi?

- İstər orta məktəbdə, istər ali məktəbdə sovet vaxtında da keçdiyimiz hərbi hazırlıq natamam idi. Hə, nə isə öyrədirdilər, avtomatı yığıb-sökmək və s. Amma konkret hərbi qulluğu öyrənmək hər bir gənc üçün vacibdir. Əsasən də onları öyrədən zabitlərin, ya da müharibə görən insanların məsləhəti və nə isə göstərməsi, nəyi necə etməsini öyrətməsi və s. onların inkişafında çox mühüm rol oynayır. Bu baxımdan, İsrailin təcrübəsini nümunə kimi gətirim. Orada kişi-qadın fərq etmədən, bütün gənclər hərbi qulluğu keçir, müharibədən asılı olmayaraq. İl ərzində bəzən 4-6 ay “rezervistlər” kimi hərbi hazırlıq keçirlər. O cümlədən, hərbi qulluq edirlər. Avtomatla, texnika ilə işləyir, sabah lazım olanda da hər biri nəyi necə etməli olduğunu bilir.

Hazırda Azərbaycan üçün böyük təhlükə yoxdur. Amma nəyin hesabına böyük təhlükə yoxdur? Çünki bizim hal-hazırda döyüş qabiliyyəti yüksək gücə malik ordumuz var. Amma aydındır ki, 10 ildən sonra indi qulluq edən insanlar yaşına görə yavaş-yavaş ordudan uzaqlaşacaq və onların əvəzinə yeni hərbçilərimizi, yeni əsgərlərimizi yetişdirməliyik.

- Bu gün çox təəssüflə qeyd etməliyik ki, ölkədə vətənpərvərlik ruhunun inkişafına ən çox təkan verməli olan televiziyalar, əksinə, yeni-yetmə və gənclərin əxlaqını pozan, onları zərərli vərdişlərə yönləndirən yerilişlərə üstünlük verirlər. Belə bir vəziyyətdə gənc nəslin milli mənlik şüurunu inkişaf etdirmək mümkündürmü?

- Televiziyaların vaxtilə böyük təsiri var idi, amma bu təsir yəqin ki, 20-ci əsrdə qaldı. Bu gün televiziya kanallarına baxan azdır, əsasən də gənclər arasında. Gənclər internetdədir, YouTube-dadır. Kinoya baxmaq istəyirsə, televizoru yox, telefonunu yandırır və istər YouTube-da, istər Netflix-də istədiyi filmə, ya da verilişə baxa bilər. Ona görə, televiziya bu gün vətənpərvərlik baxımından heç bir rol oynamır. Çünki praktiki vətənpərvərliklə bağlı heç bir fərdi layihə, veriliş də yoxdur, amma baxan da yoxdur. Baxan var, amma azdır və bizim 21-ci əsrin gənclərinin oturub uzun-uzun verilişlərə baxmağa səbrləri yoxdur və ona tələbat da yoxdur. Onlar daha çox TikTok-da, ya da YouTube-da qısa şortlara baxır və burada onlara kifayət edən məlumatı əldə edə bilirlər.

Deməli, biz təbliğatı da düzgün başa düşməliyik. Daha vacib olardı ki, o təbliğatı müasir kommunikasiyalarda aparaq.

“Hürriyyət”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 May 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri