Icma.az
close
up
RU
Veteran futbolçularımız “Qarabağ”ın “Ayaks”a məğlubiyyətini necə dəyərləndirdilər? AÇIQLAMA

Veteran futbolçularımız “Qarabağ”ın “Ayaks”a məğlubiyyətini necə dəyərləndirdilər? AÇIQLAMA

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Qalib gələndə yaxşı olanı fərqləndirmirlər. Ümumiyyətlə, oyundan sonra olan tənqidlər də ağır idi”.

Bu sözləri AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Onun sözlərinə görə, “Qarabağ” qol fürsətlərindən yararlana bilsəydi, ssenari başqa cür olardı:

“Hər matçda yaxşı qol imkanları olur. Səhvlərin olacağı məlum idi. “Ayaks” bəsit qollar vurdu. “Qarabağ” yerli çempionatda çox səhvlər etmir. Lakin Çempionlar Liqası fərqli turnirdir. Ağdam klubu birinci hissədə keyfiyyətli oynadı. Əgər hesab 1:0 olanda ikinci qolu vursaydıq, meydandan qələbə ilə ayrıla bilərdik. Əsasən də ilk yarıda rəqibi sıxışdırmağı bacarmışdıq. Hər oyunu qələbə ilə başa vurmaq olmur. Qurban Qurbanov qol epizodları üzərində işləməlidir”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

A.Mircavadov ikinci hissədə meydana daxil olan Nəriman Axundzadənin də çıxışına toxunub: “Ona dəstək olmaq lazımdır. Mən anlamıram ki, ondan nə istəyirlər. Gənc oyunçudur və inkişaf etmək istəyir. Digər klublarımızda yerli hücumçular yoxdur. Qurban Qurbanov irəli xətdə başqa futbolçunu da meydana buraxa bilər. Lakin Nərimana şans verir. Oyunçular sonradan oyuna daxil olanda çətinlik çəkirlər. Onu tərifləmək lazım deyil. Sadəcə, ürək-dirək vermək lazımdır”.

O, Ağdam təmsilçisinin növbəti mərhələyə çıxmaq şansının olduğunu söyləyib: “Kim deyərdi ki, “Qarabağ” səfərdə “Benfika”nı udacaq? Hər şey ola bilər. Komandamız ildən-ilə inkişaf edir. Onlar bu mövsüm daha yaxşı formadadılar”.

Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Ayaks”ın sıradan komanda olmadığını bildirib:

“Futbolda bu cür nəticələr olur. Qalib gələcəyimiz oyun idi. Təəssüf ki, müdafiədə də səhvlər etdik. Artıq “Qarabağ” özü də böyük komandadır. Amsterdam klubunun oynadığı çempionat ilə bizim liqamız arasında böyük fərq var. Mən bu məğlubiyyətə normal baxıram. Tənqid olmalıdır, lakin insan bəzi tənqidlərlə barışa bilmir”.

Mütəxəssis Nəriman Axundzadə haqqında da danışıb: “Nəriman “Braqa” ilə matçda meydana çıxıb oyunun taleyini həll etdi. İndi zəif oynayanda onu tənqid edirik. Futbolda bu cür hallar olur. Qol vursaydı, hər kəs Nərimanı alqışlayacaq və ondan yaxşı futbolçunun olmadığını deyəcəkdi”.

Qeyd edək ki, görüş “Ayaks”ın 4:2 hesabı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Dekabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri