Icma.az
close
up
RU
Qarabağ ın Ayaks a uduzma səbəbləri AÇIQLANDI

Qarabağ ın Ayaks a uduzma səbəbləri AÇIQLANDI

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçirilən görüşdə “Qarabağ” öz meydanında Niderlandın “Ayaks” klubuna uduzub. Qurban Qurbanovun çalışdırdığı komanda doğma meydanda 4:2 hesabı ilə məğlub olub.

Redaktor.az-a məğlubiyyəti şərh edən idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, "Ayaks"la oyun Azərbaycan futbolu üçün bir çox reallıqları ortaya qoydu:

"Hesab edirik ki, "Qarabağ" istənilən komandaya qalib gələ bilər. Əslində, "Qarabağ"ın gücü buna əsas verir, amma şərtlər o şərtlər deyil. Dünənki oyunda "Qarabağ"ın məğlubiyyətinin bir çox səbəbləri var. Birinci səbəb - "Qarabağ"ın ənənəvi sisteminin pozulması idi. Bu, mənim şəxsi fikrimdir. Bu sistem hansı sistemdir? Kadinin o sistemdə olmaması. Kadinin sistemdə olmamasına görə Qurban Qurbanov təbii ki, müəyyən dəyişikliklərə yol vermişdi və bəzi futbolçuları öz mövqeyində oynatmırdı, yerdəyişmələr eləmişdi. Məsələn, Zubirin cinahdan mərkəzə çəkilməsi Zubirin effektivliyini xeyli azaltmışdı, çünki Zubir mərkəzdə o effekti vermirdi. Mən başa düşürəm, o futbolçunun yeri deyil, amma o həm Kadinin yerini doldura bilmirdi, həm də öz effektivliyi azalmışdı".

Onun fikrincə, Zubirin mərkəzə çəkilməsi cinahda Elvinin effektivliyini azaltmışdı:

"Zubirin yerində Aday oynayırdı. Aday isə Elvinlə anlaşmanı saxlaya bilmirdi. Yəni Zubir-Elvin anlaşması, Aday-Elvin anlaşması deyildi. Elvin bir dəfə orda keçid edib qol pası verdi, ötürməni elədi, amma yenə də o effekti vermirdi. Beləcə, oyun keyfiyyəti aşağı düşmüşdü. Sual yaranır ki, niyə bizdə ikinci Kadi yoxdur? Bu sualın cavabı isə sırf Azərbaycan futbolunun reallığında yatır. Çünki Azərbaycan çempionatı o qədər zəif çempionatdır ki, ikinci Kadini sən gətirib Azərbaycan çempionatında ehtiyatda oturtda bilməzsən. İkinci Kadi gəlib hansısa "Şamaxı", "Zirə", "Sabah"la və yaxud "Kəpəz"lə, "İmişli" ilə oyunda ehtiyatda qalmaz. İkinci Kadi Portuqaliyanın ikinci divizionunda, Niderlandın ikinci divizionunda, hətta Türkiyənin ikinci divizionunda əsas heyətdə oynamağa üstünlük verər, amma gəlib Azərbaycan çempionatında ehtiyatda oturmaz. Bax, bu problemdir".

Müsahibimiz qeyd etdi ki, bizdə heyət kasadlığı var:

"Yəni bir oyunçumuz zədələnəndə onun yerini dolduracaq ikinci o səviyyəli futbolçumuz yoxdur. Bu birmənalıdır, bunu başa düşmək lazımdır. Bunun da səbəbi isə Azərbaycan çempionatı ilə bağlı olmalıdır, təkcə "Qarabağ"ın günahı deyil. Biz "Qarabağ"dan və yaxud Qurban Qurbanovdan tələb edək ki, sən ikinci Kadini mütləq al. Axı almaq olmur. Axı gətirmək olmur, axı gəlmir. Söhbət bundan gedir. 

"Ayaks"ın heyətində isə oyunu gücləndirəcək xeyli futbolçular var. Bir oyunçu yorulurdu, digər oyunçunu meydana buraxırdılar. Az qalsın, belə komandaların iki heyəti, üç heyəti olur. Çempionlar Liqası nəhənglərin yarışıdır, ona görə deyirlər. Burada nəhənglərin isə bir heyəti olmur, nəhənglərin iki heyəti olur, üç heyəti olur. Biz 10 ildə bir dəfə o nəhənglərin arasında düşmüşük, amma xeyli problemlərimiz var. Heyət kasadlığından problemlərimiz var, çempionatımızda rəqabətsizlikdən problemlərimiz var, çempionatımızın zəifliyi səbəbindən problemlərimiz var.

Əsəbləşdik, emosiyalarımızı boşaltdıq, amma bundan sonra gəlin indi "Qarabağ"ın məğlubiyyətini real aspektdə analiz edək. Real aspektdə analiz edəndə isə ümumi Azərbaycan futbolunu göz önünə gətirməliyik. Bizim çempionatımızın səviyyəsi necədir? Bizim çempionatımızda rəqabət varmı? Yoxdur. Olmadıqca da təbii ki, Avropada rəqabət qabiliyyətli komanda qura bilməzsən. Bax, budur problemlərimiz. Hamı deyir: "Qarabağ"a hücumçu gətir. Amma hücumçu gəlmir. Yaxşı hücumçu kimə deyirsiniz? Bilmirəm, ictimaiyyət yaxşı hücumçu nəyə deyir. Yaxşı hücumçu "Sportinq"in Gyökeresi idi, 100 milyona aldılar. Bizim yaxşı hücumçu almaq şansımız varmı? Ümumiyyətlə, yaxşı hücumçunu "Qarabağa" hansı Avropa komandası verər? Və yaxud da ki, o futbolçu bura gələrmi? Gəlməz, mümkün deyil".

Natiq Muxtarlının sözlərinə görə, biz məcburuq ki, kimsənin tanımadığı, ehtiyatda oturan, potensialı olub özünü sübut edə bilməyən hansısa futbolçunu gətirək, bu çempionatda inkişaf etdirək:

"O da alınar, alınmaz, artıq bu başqa məsələdir. Ona görə də çox da bu məğlubiyyətə məyus olmağa dəyməz. Əsas odur ki, Azərbaycan komandası Çempionlar Liqasında oynayır. Bunun özü böyük prestijdir. İndi azarkeşləri başa düşürəm, hər kəs fikirləşirdi ki, gözəl şans var, növbəti mərhələyə adlamaq olar, amma reallıq hər şeyi ortaya qoyur. Hadisələr cərəyan elədikcə, oyundan oyuna getdikcə məlum olur ki, əslində kim kimdir. "Qarabağ" kimdir? "Ayaks" kimdir? İspaniya çempionatı nədir? Azərbaycan çempionatı nədir? İtaliya çempionatı nədir?".

Aytəkin TOİFQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri