Veteranlar Təşkilatının sədri: Seçki prosesi qanunvericiliyə tam uyğundur
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Seçki prosesi müşahidəçilərin qiymətləndirməsinə əsasən qanunvericiliyə tam uyğundur.
Bunu “Report”a açıqlamasında seçki məntəqələrində müşahidəçi kimi fəaliyyət göstərən Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov bildirib.
O, Mərkəzi Seçki Komissiyasının müşahidəçisi kimi müxtəlif məntəqələrdə seçki prosesini izlədiyini qeyd edib:
“İndiyədək yeddi seçki məntəqəsində olmuşam və hər yerdə proses normal şəkildə davam edir. İnsanlar həvəslə seçkiyə qatılır, tanıdıqları və bələdiyyə işinə layiq bildikləri namizədlərə səs verirlər. Seçkiöncəsi dövrdə namizədlərlə görüşlər keçirilib, seçicilər onların fəaliyyət sahələri və təmsil etdikləri təşkilatlar barədə məlumatlıdırlar”.
Veteranlar Təşkilatının sədri vurğulayıb ki, indiyə qədər heç bir insident və ya qanun pozuntusu qeydə alınmayıb.
O, həmçinin evdə səsvermə prosesinə də toxunaraq qeyd edib ki, əsasən yaşlı və hərəkət məhdudiyyəti olan şəxslər bu imkanlardan yararlanmaq üçün müraciət edirlər.
“Bu müraciətlər məntəqə sədrləri tərəfindən qəbul edilir və müvafiq tədbirlər görülür. Xəstəxanalarda və digər xüsusi yerlərdə də səsvermənin keçirilməsi üçün şərait yaradılıb”, - deyə C. Xəlilov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 29 Yanvar 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















