Veteranlar Təşkilatının əməkdaşları Heydər Əliyevin məzarını ziyarət etdi FOTO
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Respublika Veteranlar Təşkilatının əməkdaşları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Redaktor.az xəbər verir ki, dekabrın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər.
Veteranlar Ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əkil və gül dəstələri qoyublar.
Veteranlar qarşısında çıxış edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin əvəzedilməz olduğunu vurğulayıb.
Daha sonra veteranlar görkəmli akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, böyük elm xadiminin məzarı önünə gül dəstələri qoyublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















