Icma.az
close
up
RU
“Vəzifəli şəxslər məhsulu pulsuz aparır” KONKRET

“Vəzifəli şəxslər məhsulu pulsuz aparır” KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Azərbaycanda müxtəlif məhsulların festivalının keçirilməsi bir ənənəyə, hətta müəyyən mənada “dəb”ə çevrilib. Ölkənin müxtəlif bölgələrində rayon icra hakimiyyətlərinin təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə bu cür tədbirlər ardıcıl şəkildə həyata keçirilir. Məsələn, bu ilin iyun ayından etibarən Masallıda “Çəltik”, Balakəndə “Xurma”, Ağdaşda isə “Heyva” və s. festivalları təşkil olunub. Bundan başqa, müxtəlif rayonlarda qoz, fındıq, hinduşka, qarpız, balqabaq festivalları keçirilib.

Ancaq sual yaranır: bu festivalların keçirilməsinin məqsəd və faydası nədir? Bu, kənd təsərrüfatının inkişafına, xüsusən də kəndlinin rifahına hansı dərəcədə töhfə verir?

KONKRET.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, məhsul festivalları yerli icra hakimiyyətləri ilə birlikdə təşkil edilir. Qeyd olunub ki, toxum, kredit yarmarkaları, təlimlər maarifləndirici xarakter daşıyır:

“Burada əsas məqsəd fermerlərin kənd təsərrüfatı istehsalı vasitələrinə birbaşa çıxışını təmin etməkdir. Keçirilən tədbirlər gəlir əldə etmək məqsədi daşımır. Yəni o tədbirlərə gələn fermerlər sertifikatlı toxum və ting nümunələri ilə tanış olur, onları təqdim edən şirkətlərlə birbaşa əlaqə yaratmaq imkanı qazanırlar. Eyni zamanda aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, subsidiyalar, güzəştli kreditlər, bunlardan yararlanmaq şərtləri barədə geniş məlumat alırlar”.

“Yeni Sabah”a danışan aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov isə bildirib ki, bu festivalların təşkilatçısı dövlət qurumlarıdır. Onun sözlərinə görə, bununla bağlı rayonlara tapşırıq verilir: “Rayon hansı məhsulla daha çox tanınırsa həmin məhsulun festivalı keçirilir. Məqsəd bayram əhval-ruhiyyəsi yaratmaqdır. Əgər həqiqətən də kəndlilərin, fermerlərin problemi olmasaydı, bəlkə bu festivalların bir mənası olardı. Amma bu gün kənd təsərrüfatında problemlər saysız-hesabsızdır”.

O vurğulayıb ki, problem, ilk növbədə, su təchizatı və keyfiyyətli toxum təminatı ilə bağlıdır:

“Sonra bazara, aşağı faizli kredit resurslarına çıxış problemi var. Kəndlilər xəstəliklərə, zərərvericilərə qarşı mübarizə apara bilmirlər, çünki keyfiyyətli pestisid tapmırlar. Eyni zamanda, keyfiyyətli gübrə problemi də var. Belə problemlərin olduğu bir şəraitdə kəndlilər üçün festival keçirməyin heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətsiz nə mənada? Onlar məhsulu rayon mərkəzinə, festival keçirilən yerə gətirməlidirlər və məhsulun bir hissəsini pay kimi verməyə məcbur olurlar. Çoxları deyir ki, rayon icra hakimiyyətinin nümayəndələri, yerli orqanların təmsilçiləri gəlir, məhsulları ya pulsuz, ya da çox ucuz əldə edirlər”.

Ekspert söyləyib ki, bu kimi hallar kəndliləri narazı salır, amma festivala vadar edirlər:

“Yerli bələdiyyə və icra orqanları kəndliləri məcbur edir ki, məhsullarını gətirib bazarda nümayiş etdirsinlər. Yəni, bu, sadəcə görüntü yaratmaq üçündür. Guya məhsul bolluğu var. Halbuki kənd təsərrüfatı göstəricilərinə baxsaq, bu ilin ilk 9 ayında ötən illə müqayisədə 0,7 faiz azalma qeydə alınıb. Bu azalma əksər məhsullarda özünü göstərir, məhsulun keyfiyyətinə də təsir göstərir. Heyvandarlıq sahəsində isə rəsmi rəqəmlərdə artım göstərilsə də, bu, əsasən, ölkəyə gətirilən diri heyvanların daxildə kəsilərək istehsal kimi göstərilməsinin nəticəsidir. Aparılan hesablamalar göstərir ki, heyvandarlıqda 5,8 faiz azalma var, 1,1 faiz artım yox. Yəni, kənd təsərrüfatında bu qədər geriləmə olduğu halda belə bayram tədbirləri keçirməyə ehtiyac yoxdur. Kəndlilərə öz məhsullarını Bakıya və digər böyük şəhərlərə çıxara bilmələrinə imkan yaratmaq daha doğru addım olardı. Məsələn, Bakı, Gəncə kimi şəhərlərdə və ya rayon mərkəzlərində həftədə iki dəfə kəndlilərin məhsul satması üçün yarmarkalar təşkil olunması mümkündür. Onlar öz məhsullarını sərfəli qiymətə sata, eyni zamanda bir-biri ilə təcrübə mübadiləsi aparardılar”.

Vahid Məhərrəmovun fikrincə, bəzi ölkələrdə bayram əhval-ruhiyyəli festivallar keçirilir, amma bu, hər məhsul üçün edilmir. Bu zaman ölkə hansı məhsulla dünyada tanınırsa, daha çox istehsal və ixrac edirsə, həmin məhsula üstünlük verilir:

Ekspert deyib ki, Azərbaycanda isə vəziyyət fərqlidir: “Bizdə bir il pomidor istehsalı artır, növbəti il azalır. Nar istehsalı bir il yüksəlir, sonra düşür. İstehsalçılar bazara çıxışda ciddi çətinliklərlə üzləşirlər. Ona görə də onların durumu heç də bayram əhval-ruhiyyəsi deyil. Əksinə, bu festivallardan bəzi məmurlar bəhrələnir. Orada nümayiş olunan məhsulları ya ucuz qiymətə, ya da pulsuz əldə edirlər. Təəssüf ki, belə hallar hələ də mövcuddur və təkrarlanır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Noyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri