Vəzifəli şəxslərin 1,5 milyard dollarlıq əmlakı müsadirə olunacaq
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Prokurorluğu keçmiş yüksək vəzifəli məmurların 1,57 milyard dollarlıq aktivlərinin müsadirə edilməsini tələb edir.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistan məhkəmələri keçmiş prezident Robert Koçaryan, keçmiş İrəvan meri Qaqik Beqlaryan, keçmiş deputat Qaqik Tsarukyan, Vergi Komitəsinin keçmiş rəhbəri Qaqik Xaçatryan, keçmiş polis rəisi Vladimir Qasparyan, keçmiş xüsusi tapşırıqlar üzrə səfir Lev Sarkisyan və digərləri də daxil olmaqla keçmiş məmurlara və onların ailə üzvlərinə qarşı qanunsuz əldə edilmiş aktivlərin geri qaytarılmasını tələb edən 155 iddiaya baxır.
Baş prokurorunun müavini Edqar Arsenyanın sözlərinə görə, bütün bu iddialarda tələb olunan ümumi məbləğ 595,8 milyard dram (təxminən 1,57 milyard dollar) təşkil edir. Prokurorluq 324 daşınar obyektin, 1463 daşınmaz əmlak obyektinin, 440 hüquqi şəxsdəki səhmlərin, eləcə də pul ifadəsində 518,4 milyard dramın dövlətə qaytarılmasını tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Yanvar 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















