Icma.az
close
up
RU
Vəzifəsindən azad olunanlar elə şeylər yazırlar ki, sanki burada gül gülü, bülbül də bülbülü çağırırmış

Vəzifəsindən azad olunanlar elə şeylər yazırlar ki, sanki burada gül gülü, bülbül də bülbülü çağırırmış

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Görünən odur ki, İRİA-da  (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliy) “təmizləmə” başlanıb. Vəzifəsindən azad olunanlar var. Əlbəttə, rəhbərlik dəyişiləndən sonra bu tip addımlar qaçılmaz olur. Yeni rəhbərlik yeni də tələblər deməkdir. Amma nəzərə almaq lazımdır ki, bizim sektorda peşəkar kadrlar uzun müddətə, çətinliklə formalaşır".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün "facebook" səhifəsində yazıb.  

O, bununla bağlı fikirlərinə daha sonra bunları əlavə edib:

"Odur ki, əməkdaşlara yanaşma da ilk növbədə peşəkarlıqla, işinin öhdəsindən gələ bilmək bacarığı ilə ölçülməlidir.

İRİA-da sektoru dərindən bilən, peşəkar kadrlar da var.

Amma İRİA-da vəzifəsindən azad olunanlarla bağlı diqqət cələb edən bir məqamla da rastlaşdım və çox təəccübləndim.

Baxıram ki, İRİA-da vəzifəsindən azad olunanların bəziləri elə açıqlamalar verirlər ki, sanki orada dağı dağ üstə qoyublarmış. Sanki rəqəmsal transformasiyada, innovasiya və startap ekosistemdə nəhəng işlər görülübmüş, yeni gələn rəhbərlik isə sadəcə onlarla işləmək istəməyib.

Elə də uzağa getməyə ehtiyac yoxdur.

Cəmi bir neçə ay öncə RİNN İRİA-da “Podval əməliyyatı” keçirməmişdirmi?

Şəhərin podvallarında bəzi İRİA əməkdaşlarının maraqları çərçivəsində yaradılan bir nəfərlik kurslar, ölüsü-dirisi bilinməyənlər Tecnest layihəsinə cəlb edilməmişdimi? Əgər belə şeylər olmayıbsa , onda Nazirlik nə üçün orada yoxlamalar aparıb, bir xeyli adamları da vəzifəsindən kənarlaşdırdı.

Sadəcə, güman ki, Nazirlik abırına qısılıb bu haqda açıqlamalar vermədi.

Ötən il Azərbaycan Qlobal İnnovasiya İndeksində son 30 ildə ən pis göstəricini əldə edib, öz potensial imkanlarına uyğun olmayan yedə, adı məlum olmayan ölkələrlə bir sırada yer alıb. Startap ekosistemdə vəziyyət acınacaqlıdır, dəstək mexanizmləri inkubasiyadan, bəsit müzakirələrdən o tərəfə keçə bilməyib. Dövlətin yaratdığı Fond 3 ildə cəmi 3-4 yerli startapa dəstək verə bilib. Bu qədər müddətdə Texno Parkda Ekspert Şurası formalaşmadı, İKT güşəztlərdən effektiv istiafdə ilə bağlı problemlər vardı və s.

İndi baxıram vəzifəsindən azad olunanlar elə şeylər yazırlar ki, sanki burada gül gülü, bülbül də bülbülü çağırırmış. Sanki Nazirlik sıradan bir dəyişiklik edibmiş, yeni sədr də sadəcə bunları bəyənməyib.

Belə olmaz, cənablar.

Hər şey göz önündədir, sektorda ötən illərdə müəyyən işlər görülsə də, xüsusən də rəqəmsal sektorda bir sıra uğurlu addımlar və irəliləyişlər olsa da, ciddi problemlər vardı. Real vəziyyət potensial imkanlardan çox uzaqdır. Dəfələrlə bu haqda deyilib, müzakirələrdə açıqlanıb bunlar .

Sektordakı bu qədər problemlərin qarşılığında vəzifədən azad olunanlar, reallığa uyğun olmayan açıqlamalar əvəzinə, heç olmasa dövlət məmuru üçün etik davranışı gözləyərək yaza bilərdi ki, müəyyən işlər görülüb, çətinliklər və problemlər də olub.

Heç bir vəzifə daimi deyil, vəzifədəın gedəndən sonra minnət qoymaq da dövlət məmuru üçün etik deyil, gedəndə də abırla getmək lazımdır".

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri