Icma.az
close
up
RU
“Vəziyyət çox pisdir...” “Sədərək”də alver azalır Video

“Vəziyyət çox pisdir...” “Sədərək”də alver azalır Video

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə Sədərək və Binə ticarət mərkəzlərinin bağlanacağı ilə bağlı yayılan iddialar geniş müzakirələrə səbəb olub. İddialara görə onlayn ticarətin sürətlə inkişaf etməsi ənənəvi bazarlara marağı azaldıb.

“Qafqazinfo”nun məlumatına görə, ATV-yə danışan satıcılar deyir ki, onlayn ticarətin geniş yayılmasından sonra alıcı sayı və satış həcmi əhəmiyyətli dərəcədə azalıb.

Satıcılardan biri qeyd edib ki, onlayn satışlardan sonra alver 0-a yaxınlaşıb, “Sədərək” bazarı tam boş qalıb. 

Digər xanım satıcı isə bildirib ki, hər kəs məhsulu sifarişlə aldığı üçün “Sədərəy”ə çox az adam gəlir, vəziyyət isə çox pisdir.

Bazara üz tutan alıcılar arasında isə əsasən orta və yuxarı yaş qrupuna aid insanlar üstünlük təşkil edir. Onların bir qismi onlayn alış-verişin daha sərfəli olduğunu desə də, digərləri məhsulun ölçüsü, keyfiyyəti və geri qaytarılma prosesində yaşanan çətinliklərə görə ənənəvi alışverişə üstünlük verdiklərini bildirirlər.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, onlayn ticarətin sürətlə inkişaf etməsinin əsas səbəblərindən biri də vergi güzəştləridir: “Onlayn ticarət ənənəvi ticarətə problem yaradır. Bu, xüsusən də vergi məsələsidir. Hökumət vətəndaşa humanist yanaşaraq aylıq 300 dollarlıq şəxsi istehlak üçün etdiyi idxalı bütün vergi və rüsumlardan azad edir. Təbii ki, ənənəvi ticarətə müəyyən problemlər yaradacaq, amma rəqabətin genişliyi müxtəlif kanallar arasında rəqabət aparılması ümumi dövlətin və vətəndaşın xeyrinə olan məsələdir”. 

Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimi bildirib ki, ticarət mərkəzinin bağlanacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, “Sədərək” fəaliyyətini normal qaydada davam etdirir və bağlanması ilə bağlı hər hansı bir məsələ gündəmdə deyil. 

Daha ətraflı videomaterialda:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 İyul 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri