Vəziyyət kritikdir, təcili ölkəni tərk edin Xəbərdarlıq yaydılar
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avstraliya hökuməti öz vətəndaşlarını İrandakı təhlükəsizlik vəziyyətini nəzərə alaraq ölkəni dərhal tərk etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyinin oktyabrın 29-da yenilənmiş səyahət xəbərdarlığında İranda təhlükəsizlik vəziyyətinin son dərəcə qeyri-sabit olduğu bildirilib.
Qurum regionda baş verən hərbi zərbələr və cavab hücumları fonunda vəziyyətin daha da gərginləşməsi riskinin qaldığını vurğulayıb.
Avstraliya tərəfi İranda olan vətəndaşlara təhlükəsiz şəkildə ölkədən çıxmaq imkanı varsa, müvafiq variantları nəzərdən keçirməyi tövsiyə edib. Bununla yanaşı, hava limanlarının və aviaşirkətlərin fəaliyyətinin əvvəlcədən xəbərdarlıq edilmədən dəyişə və ya dayandırıla biləcəyi qeyd olunub.
Bildirilib ki, ölkəni tərk etməyi planlaşdıran şəxslər yola çıxmazdan əvvəl təhlükəsizlik vəziyyətini, uçuşların statusunu və sərhəd-keçid məntəqələrinin fəaliyyətini yoxlamalıdırlar. (Globalinfo.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 30 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















