Icma.az
close
up
RU
Rusiya Suriyadakı vətəndaşlarına xəbərdarlıq edib: Ölkəni tərk edin!

Rusiya Suriyadakı vətəndaşlarına xəbərdarlıq edib: Ölkəni tərk edin!

Rusiyanın Dəməşqdəki səfirliyi Suriyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Təhrir əl-Şam (HTŞ) Suriyanın ikinci ən böyük şəhəri olan Hələbin və Həma şəhərinin böyük hissəsini ələ keçirdikdən və Humusun mərkəzində yerləşdikdən sonra Bəşər Əsəd rejiminin müttəfiqi Rusiyadan diqqətəlayiq açıqlama gəldi.
"Tass" agentliyinin məlumatına görə, Rusiyanın Dəməşqdəki səfirliyi Suriyadakı Rusiya vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Səfirliyin Telegram kanalında verilən açıqlamada Suriyada vəziyyətin “çətin” olduğu bildirilib.
Səfirlik və konsulluğun fəaliyyətini davam etdirdiyi qeyd edilən açıqlamada, “Çətin hərbi və siyasi vəziyyətlə əlaqədar Suriyadakı Rusiya vətəndaşlarına mövcud hava limanları vasitəsilə kommersiya uçuşları ilə ölkəni tərk etmək imkanlarının olduğunu xatırladırıq”- deyə, bildirilib.

Aytən Yaşar/ Turkustan.az

seeBaxış sayı:53
embedMənbə:https://www.turkustan.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri