Icma.az
close
up
RU
“Səhər basabas, axşam yorğunluq” Metroda vəziyyət nəzarətdən çıxır?

“Səhər basabas, axşam yorğunluq” Metroda vəziyyət nəzarətdən çıxır?

Icma.az bildirir, News24 portalına istinadən.

 Bakı metrosunda artan sərnişin sıxlığı ictimai nəqliyyatdan istifadə edənlərin narazılığına səbəb olur. Səhər və axşam saatlarında vaqonlara minmək çətinləşir, platformalarda növbələr yaranır. Xüsusilə “28 May”, “Memar Əcəmi”, “Koroğlu”, “20 Yanvar” və yeni xəttə aid stansiyalarda vəziyyət daha gərgin olur.

Əgər əvvəllər sıxlıq əsasən pik saatlarda müşahidə edilirdisə, indi metro qatarları günün müxtəlif vaxtlarında da dolu hərəkət edir. Səhər işə və dərsə tələsənlər, axşam isə evə qayıdanlar demək olar ki, eyni mənzərə ilə qarşılaşırlar — basabas, nəfəs darlığı və yorğunluq.

Paytaxt sakinləri bu vəziyyətin nə vaxtsa düzələcəyinə ümid edirlər, xüsusilə də son qiymət artımlarından sonra xidmət keyfiyyətinin yüksəlməsini gözləyirlər.

Bəs sərnişin axınının optimallaşdırılması üçün hansı addımlar atılır?

Mövzu ilə bağlı News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, metroda sıxlıq təkcə “Metropoliten”in deyil, ümumilikdə cəmiyyətin problemi sayılmalıdır:

“İnterval nə qədər azaldılsa da, əsas məsələ sərnişin sıxlığıdır. İlk növbədə, bu sıxlığın səbəblərini araşdırmaq lazımdır ki, metro sayının artımından başqa, sıxlığa hansı amillər təsir göstərir”.

Ekspertin sözlərinə görə, əlavə metrostansiyaların inşası və stansiya çıxışlarının sayının artırılması sıxlığın azalmasına kömək edə bilər:

“Yeni stansiyaların tikintisi və çıxışların çoxaldılması insanların metrodan daha tez çıxmasına şərait yaradar. Burada kimisə günahlandırmaq doğru deyil, əsas məsələ sıxlığın səbəbini dəqiq müəyyən edib, onun həlli üçün kompleks tədbirlər görməkdir”.

 “Bakı Metropoliteni” QSC-dən isə sorğumuza verilən cavabda bildirilib ki, Bakı metropoliteni sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bütün resurslarını maksimum dərəcədə səfərbər edir:

 “Xüsusilə də cari ilin sentyabrın 15-dən ilk dəfə olaraq 34 cüt/saat prinsipi ilə hərəkət qrafikinin tətbiqinə başlanılıb. Bununla da iş günlərinin pik saatlarında qatarlar arasındakı interval 1 dəqiqə 45 saniyəyə (Yaşıl və Qırmızı xətlərin müstəqil sahələrində 3,5 dəqiqəyə) qədər azaldılıb. Bu, mövcud texniki imkanlar çərçivəsində tətbiq olunan ən qısa intervaldır”.

Məlumata görə, səhər saatlarında (08:00–09:00) bir qatar sərnişinsiz şəkildə metropolitenin ən çox sərnişin daşıyan “Koroğlu” stansiyasına yönləndirilir.

 “Eyni vaxtda Yaşıl xətt üzrə "Memar Əcəmi" stansiyasında iki qatar geri qaytarılmaqla, səhər saatlarında sərnişin sıxlığı ilə seçilən "20 Yanvar" stansiyasında tənzimləmə işləri aparılır. Bundan əlavə, günorta saatlarında "Nərimanov" deposundan "28 May"a, eləcə də" Memar Əcəmi"dən "Elmlər Akademiyası" stansiyasına qədər sərnişinsiz hərəkət edən qatarlar yönləndirilir. Bu tədbirlər pik saatlarda texniki baxımdan mümkün olan ən optimal tənzimləməni həyata keçirməyə imkan verir”.

Qurumdan o da bildirilib ki, pik saatlarda sərnişin axını daha gur olan stansiyalarda sərnişinlərin qatarlara daha rahat minməsi və platforma boyunca bərabər paylanması üçün əlavə əməkdaşlar cəlb olunur.

“Günün müəyyən vaxtlarında "28 May" və "Elmlər Akademiyası" kimi pilon tipli stansiyalarda ön və arxa vaqonlara doğru bərabər paylanmanı təmin etmək məqsədilə əlavə işçi qüvvəsi də səfərbər edilir. Bununla yanaşı, sərnişinlərin də məsuliyyəti böyükdür. Onlardan bərabər paylanmaya diqqət yetirmələri və stansiya əməkdaşlarının çağırışlarına əməl etmələri xahiş olunur”.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:351
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri