Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Vəziyyət nəzarətdən çıxır: Müharibə Xəzərə keçir

Vəziyyət nəzarətdən çıxır: Müharibə Xəzərə keçir

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və İsraillə davam edən münaqişə fonunda İran müharibənin yalnız Hörmüz boğazı ilə məhdudlaşmayacağını, Bab əl-Məndəb boğazı və Xəzər dənizi istiqamətlərinə genişlənə biləcəyini bəyan edib.

Qeyd edək ki, iyulun 25-də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarla  Rusiyanın 12418 layihəli “Molniya” raket katerini vurub.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, beynəlxalq sanksiyalar altında olan, İranla Rusiya arasında hərbi yük daşımaq üçün istifadə edilən “Port Olya 2” yük gəmisinə zərbə endirilib.

Bundan başqa, “Begey” karqo gəmisi də hücuma məruz qalıb. İrana məxsus gəmiyə zərbə endirməsi nəticəsində dənizçilərdən biri həlak olub.

Ukrayna tərəfi həmin gəmi ilə İrandan Rusiyaya silah və sursat daşındığını bəyan edib. Rəsmi Tehran isə onun ticarət gəmisi olduğunu bildirib.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-lar Rusiyanın Xəzər dənizindəki “Vladimir Filanovski” adına neft yatağına da zərbə endirib. 

Bütün hallarda, Xəzər dənizinin müharibə zonasına çevrilməsi ehtimalı yaranıb. Bu hadisə fonunda İran rəsmiləri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu hücumun cavabsız qalmayacağını bəyan edib.

İran Xarici İşlər Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu baş verənləri qətiyyətlə pisləyib, münaqişənin miqyasının böyüdüyünü qeyd edib. Tehran cavab tədbirləri görmək və qisas almaq hüququnu özündə saxladığını bildirib. 

İranın xarici işlər naziri Abbas Əraqçi insidentlə əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenskini günahlandırıb və bu addımın cavabsız qalmayacağını açıqlayıb. 

İran tərəfinin sözügedən açıqlamaları fonunda Xəzər dənizinin cənub və şimal istiqamətlərində gedən iki böyük müharibənin bütövlükdə hövzəyə yayılması təhlükəsi yaranıb.

Yəni bir tərəfdən, Ukraynanın Rusiyaya məxsus daha uzaq məsafədə yerləşən enerji obyektlərini vurmaq üçün potensialını inkişaf etdirməsi Xəzər dənizindəki neft platformalarına hücumların sayını artıra bilər.

Eləcə də, Ukraynanın son zərbəsi əsas hədəflərdən birinin Rusiya və İran arasında hərbi təhcizatı kəsmək olduğunu göstərir. Əgər 2022-2023-cü illərdə Ukrayna İranın Rusiyaya Xəzər dənizi vasitəsilə “Şahid-136” dronlarının və “Zülfüqar” raketlərinin tədarükünün qarşısını almaqda imkansız idisə, artıq müdafiə sənayesində, xüsusilə dron istehsalında texnoloji irəliləyiş vəziyyəti tamamailə əksinə dəyişib.

İndi Ukrayna Rusiya və İran arasında hərbi təhcizat zəncirini qırmağa çalışır. İranda müharibə başlayandan sonra Rusiya da ixracatçı tərəfə çevrilib.
İsrail Hərbi Hava Qüvvələrinin mart ayında bir neçə dəfə İranın Xəzər dənizindəki silah-sursat daşıyan gəmiləri bombalaması bunu bir daha sübut edir.

Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News”-a müsahibəsində İranın çoxdan Ukraynaya hücum etdiyini, Rusiyanı “Şahid” PUA-ları, istehsal texnologiyası və digər silahlar tədarük etdiyini deyib. 

“Müharibənin ilk ilindən İran Rusiyanı yeni bazalar və yeni texnologiyalarla təmin edib. Bunlar “Şahid” dronları idi. Sonra isə lisenziyalar verdilər. Nə etdilər? Bizə hücum etdilərmi? Düşünürəm ki, elədir”.

Zelenski qeyd edib ki, yeni cəbhənin açılmasına icazə verilməməlidir. Lakin həm İranın, həm də Şimali Koreyanın artıq müharibədə faktiki olaraq iştirak etdiyini nəzərə almaq vacibdir.

“Ehtiyatlı olmalıyıq. Bütün hallarda yeni cəbhənin açılmaması üçün hər şeyi etməliyik. Amma dürüst olmalıyıq, iranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər”, - Ukrayna Prezidenti belə deyib. 

Zelenskinin açıqlaması İranın Ukraynaya cavab zərbəsinin Kiyevdə nəzərə alındığını göstərir. Bu, Xəzər dənizindəki gəmilərdən raketlərin və PUA-ların buraxılması, yaxud Ukrayna ərazisində qisas məqsədilə müxtəlif partlayışların törədilməsi formasında ola bilər.

Mövcud şəraitdə iki cəbhədə müharibə aparmaq İranın da maraqlarına cavab vermir. Lakin SEPAH-ın və İran XİN-in bəyanatı müharibənin əhatə dairəsinin daha geniş coğrafiyaya yayılacağına dair  proqnozların getdikcə reallığa yaxınlaşmasından xəbər verir. 

Hörmüz boğazının açılmasına dair ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə aparılan qapalı danışıqlar nəticə verməsə, müharibənin genişlənəcəyinə dair rəylər artır.

ABŞ-nin bu məqsədlə quru əməliyyatlarına başlayacağı və İsraili də müharibəyə qoşacağı, İranın isə Yəməndəki husilərin vasitəsiylə Bab əl-Məndəb boğazını bağlayacağı, Küveyt və İraq ərazisindəki ABŞ hərbi bazalarını ələ keçirmək üçün bu ölkələrə qoşun yeridəcəyi ehtimal olunur. 

İranın əsas məqsədi Bab əl-Məndəb boğazından Ədən Körfəzinə və Qırmızı dənizə keçidi bağlamaqla dünya ticarətini bloklamaq və ABŞ-yə daha güclü təzyiq göstərməkdir. Beləliklə, İran əlavə təsir alətlərindən istifadə etməklə dünya ölkələrini öz mövqeyi ilə hesablaşmağa məcbur etmək istəyir.

Bu, ABŞ cəmiyyətində seçkilər öncəsi Donald Trampa daxili təzyiqlərin də artmasına səbəb ola biləcək amil kimi nəzərədən keçirilir. 

Müharibənin Xəzər dənizinə yayılması isə Ukraynada baş verən proseslərlə o qədər bağlı deyil. Rəsmi Tehranın əsas hədəf seçəcəyi obyektlər Ukrayna ərazisindən daha çox Azərbaycanın Xəzərdəki neft yataqları ola bilər.

İran rəsmiləri və ekspertləri dəfələrlə Azərbaycan ərazisində guya ABŞ-nin hərbi bazasının olduğunu iddia edərək bunun qarşılığında neft platformalarına və Bakı-Tiflis-Ceyhan neft kəmərinə zərbə endirməyə çağırıblar.

İran ali liderinin hərbi məsələlər üzrə baş müşaviri Yəhya Rəhum Səfəvinin bu yaxınlarda Azərbaycanda ABŞ-nin və İsrailin hərbi bazalarının olmadığını deməsi indiyə qədər səslənən təxribatçı bəyanatların heç bir əsasının olmadığını təsdiq etdi. 

Lakin dünya bazarında enerji böhranını dərinləşdirmək və Orta Dəhlizin reallaşmasını əngəlləmək üçün Xəzərin Qərbə çıxan enerji arteriyasına hücumlar təşkil edilə, müharibənin sərhədləri şimala doğru genişləndirilə bilər.

 Müşfiq Abdulla    
“Cebheinfo.az”

Açar sözlər: Müharibə Xəzər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 İyul 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri