VI turun daha bir oyunu keçirilib
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Basketbol Liqasının VI turunda daha bir oyun keçirilib. SİA-nın məlumatına görə, A qrupunda qərarlaşan "Abşeron" NTD ilə üz-üzə gəlib.
Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb - 89:75.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Abşeron" üçüncü pilləyə yüksəlib. NTD 7 xalla 5-ci sıradadır.
Qeyd edək ki, əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81) məğlub edib. VI tura dekabrın 14-də iki görüşlə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası: VI turun daha bir oyunu keçiriləcək
11 Dekabr 2024 12:57
Həndbol üzrə Azərbaycan çempionatında VI turun iki oyunu keçirilib
29 Noyabr 2024 11:47
Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu baş tutacaq
13 Dekabr 2024 09:28
UEFA Çempionlar Liqası: Bu gün VI turun 9 oyunu keçirilib
11 Dekabr 2024 02:10

