Icma.az
close
up
RU
Vicdansızlar adıma kredit götürüb mənimsəyiblər Şlyapa Zahid AzPolitika onlayn siyasiictimai qəzet

Vicdansızlar adıma kredit götürüb mənimsəyiblər Şlyapa Zahid AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) növbəti məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəkilin suallarını cavablandırıb.

O bildirib ki, vicdansız adamlar onun adından pulları yeyiblər:

"Mənim adıma açılan firmanın adından kredit götürülüb və pullar mənimsənilib. Mən bu işlə bağlı bir qəpik xeyrim olmayıb. Sabiq nazir Fazil Məmmədovun işdən çıxarılmasından sonra kreditin götürülməsindən xəbərim yoxdur. O vaxt bu iş üzrə sabiq Baş Qərargah rəisinin (Nəcməddin Sadıkov) yanında olan zaman demişdi ki, Fazil Məmmədov bizə humanitar yardım edəcək".

Vəkil sualına cavab verən təqsirləndirilən şəxs qeyd edib ki, 7 dəfə bankda olmayıb və adına 42 milyon manatlıq kredit götürülməsindən xəbərsiz olub:

"Mən cəmi bir dəfə banka getmişəm, bir neçə sənədə qol çəkmişəm. Amma istintaqda məlum olub ki, 7 dəfə kredit götürmüşəm. Bunların hamısından xəbərsizəm. Bu işlərlə bağlı Vergilər Nazirliyində olmuşam. Adıma firma yaradılandan sonra Vergilər Nazirliyində böyük müşavirə keçirildi, ötən dəfə qapalı iclasda kimlərin iştirak etdiyini açıqlamışam".

Zahid Niftəliyev qeyd edib ki, hesabatla bağlı bir dəfə ona zəng edilib:

"Məlumatsız olduğumdan nazirliyə məlumat verdim. Mahir Rəfiyevə zəng elədim, o da dedi, narahat olma, sənlik məsələ deyil. Daha ondan sonra mənə zəng gəlmədi. İstintaqda guya yazılıb ki, Nəcməddin Sadıkov mənə bu işə görə 62 min manat verilib. Halbuki, bu da bir fərziyyədi. Bankda da sənədləri oxumadan qol çəkmişəm. Çünki bu iş Fazil Məmmədovun işiydi. Humanitar yardım etməliydi. Demişdilər ki, işlər bitəndən sonra firma ləğv ediləcək".

Növbəti məhkəmə prosesi noyabrın 27-ə təyin edilib.

Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.

Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.

Bundan başqa Zahid Niftəliyev "Atabank ASC" dən götürdüyü 42 milyon manat kredit vəsaiti və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.

Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see182

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see129

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see121

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var VİDEO

07 İyun 2025 00:41see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see112

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see112

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see112

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see111

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri