Icma.az
close
up
RU
Vidadi, Hüseyn və Lıçkinlə birlikdə Şeffild ə keçə bilərdik, amma Musayev bizi buraxmadı ABŞ da yaşayan azərbaycanlı

Vidadi, Hüseyn və Lıçkinlə birlikdə Şeffild ə keçə bilərdik, amma Musayev bizi buraxmadı ABŞ da yaşayan azərbaycanlı

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda ABŞ-da yaşayan Azərbaycan milli komandasının sabiq futbolçusu Elşən Qəmbərov Sportal.az saytına müsahibə verib. Nyu-Yorkda “Bridgeview Soccer Academy”nin rəhbəri olan həmyerlimiz oradakı işlərindən, Azərbaycan futbolunun kənardan necə görünməsindən, "Qarabağ" və milli komandadan danışıb.

"Yalnız meydança üçün 280 min dollar pul xərcləmişik"

- ABŞ-da fəaliyyətiniz necə gedir?

Artıq 16 ildən çoxdur ki, ABŞ-dayam, Nyu-Yorkda. İşlərimiz yaxşı gedir. 8 il bundan əvvəl ABŞ-da bu işə başlayanda 50-60 uşaqla məşğul olurduq. Şərikim Oleqdir, elə ikimiz də klubun sahibik. Hazırda isə 500-dən çox uşaq futbolla məşğul olur, 14 məşqçimiz, ofis menecerimiz var. Bruklində ən böyük uşaq futbol klubu sayılırıq, Nyu-Yorkda isə 10 böyük uşaq futbol klubundan biriyik. David Vilyanın da akademiyası var, özü də gəlib Nyu-Yorka. ABŞ-da futbolun səviyyəsi çox yüksəlib. Gələn il dünya çempionatı da keçiriləcək. Lionel Messi, Serxio Buskets kimi ulduzlar da MLS-də oynadı. Klublararası dünya çempionatı da ABŞ-da keçirildi. İnsanların futbola qarşı münasibəti yaxşı mənada dəyişib. Donald Tramp özü də futbolu çox sevir, dəstək olur. Klublararası dünya çempionatında da qalibə kuboku özü verdi. Bizim 2015-ci il təvəllüdlü yaşlılardan ibarət komandamız ştatlararası çempionatda çempion olmuşdular. Orada futbola 2-3 yaşdan başlayırıq. Bu proqram dünyada ola bilər ki, 20-30 klubda həyata keçirilir. Çünki 2-3 yaşlı uşaqlarla işləmək çox çətindir. Məşqçinin də işləməsi üçün 40 dəqiqəsi var, icazə də veririk ki, lazım gəldikdə uşaqların valideynləri də meydana daxil olsun. Koordinasiya, balans, güc, qaçmaq kim detallar üzərində işləyirik. 21-ci əsrdə telefon 2-3 yaşlı uşağın əlindədir. Valideynlər də uşaqları futbola gətiririk ki, qaçsınlar, idmanla məşğul olsunlar.

- Azərbaycanda uşaq futbolu ilə maraqlanmısız? Adətən uşaq futbolumuzun durumunun yaxşı olmadığı deyilir. Sizcə, ABŞ-da uşaq futbolunda reallaşdırdığınız nələri Azərbaycanda da tətbiq etmək olar?

Bəli, maraqlanmışam. Bakıxanovda məskunlaşan “Xəzər”(Bakı) uşaq futbol komandası var, Bakıda olanda onların məşqlərinə tez-tez gedirəm, dostlarım var bu klubda, məşqlərinə baxıram. Konus, baryer filan bu yöndə köməklik edirəm. Orada 2-3 futbolçu var ki, həqiqətən çox güclüdürlər. Bayram adlı uşaq var, indi EFA-da çıxış edir. “Xəzər”dən 4-5 nəfər yollandı EFA-ya. O uşaqlar həmin kluba yollandıqdan sonra indiki komandalarının keyfiyyətini yüksəltdilər. Demək ki, istedadlılarımız var. Uşaq futbolunda ümumilikdə nələr çatışmır? Baxıram da, eşidirəm, görürəm komandalar var ki, icarəyə meydançalar götürürlər, onu verməyə pul yoxdur, ABŞ-da isə belə uşaq komandalarına maliyyə sarıdan da köməklik edirlər. Azərbaycanda isə uşaq komandalarının pulu yoxdursa, icarəyə stadion götürə bilmirlər və bərbad meydançada məşq etməyə məcbur olurlar. Uşaqların da bəziləri elə futboldan ayrılırlar. Qışda uşaqlar harada məşq etsin? ABŞ-da bizim qış fəsli üçün zalımız var. Yalnız meydança üçün 280 min dollar pul xərcləmişik. Konus, baryer, toplar, qapılar ABŞ-da yüksək səviyyədədir. Hələ mən uşaq futbolundan danışıram. Orada uşaq futbolunda keçirilən məşqlərə baxsaz, sanki milli komanda məşq edir. Ciddiyyət, infrastruktur var. Azərbaycanda isə adi şeylər yoxdur.

- Artıq neçə ildir ki, akademiyanız fəaliyyət göstərir. Maraqlıdır, MLS və ya başqa liqalarda oynayan yetirmələriniz var?

Var. Giorgi Çirqadze var idi, yetirməmiz idi. O, “Nyu-York Red Bull” klubunda oynayırdı, Tyerri Anri ilə birlikdə idi. Sonradan Gürcüstana yollandı, Azərbaycanda oynaya bilərdi, baxışa yollanmışdı, sonda nəsə alınmadı. Daha sonra Əziz Ziyayev “Nyu-York Red Bull”da idi. Bir az işə ciddi yanaşsaydılar, qabağa gedərdilər. Özü də klubları onları bəyənmişdilər. Sadəcə işə ciddiyyət olmadı. Halbuki onlardan savayı daha 2 uşaq getmişdi, indi də MLS-də oynayırlar. Biri dedi ki, uzaqdır, həftədə iki dəfə gedə bilmərik. Təəssüf. Amma çox istedadlı uşaqlar idilər. 

"ABŞ-da xarici dostlarım "Qarabağ"ın dəhşətli komanda olduğunu deyirlər"

- Azərbaycan futbolu deyəndə, hazırda dünyada yəqin ki, dərhal “Qarabağ” xatırlanır. ABŞ-da bu komanda haqda yerli əhali ilə söhbətləriniz olur?

Bakıya gələndə həmişə Qurban Qurbanovla görüşürəm. “Qarabağ” tarixi yazıb. ABŞ-da xarici dostlarım var, hamısı yaxşı mənada deyir ki, “Qarabağ” dəhşətli komandadır. Bu komanda uğurlu nəticə göstərən kimi, dərhal zəng edib məni də təbrik edirlər. Qurban Qurbanov, Musa Qurbanovla birlikdə “Turan Tovuz”da da oynamışam. Həqiqətən də “Qarabağ”ın uğurları məni çox sevindirir. Buna görə şadam.

- Sabiq komandalarından biri də "Neftçi"dir. Onlar nə qədər etsə də, hələ ki turnir cədvəlində yuxarı pillələrdə deyillər. Bu komanda haqda fikrin necədir?

"Neftçi" hər zaman ürəyimdədir. ABŞ-da “Neftçi” və “Dinamo”(Səmərqənd) klublarının formasını da geyinirəm. “Neftçi”də mənə qarşı bəzi haqsızlıqlar da olmuşdu. Artıq geridə qalıb. Amma mən bu komandada oynadığım dönəmdə də ən yaxşısını etməyə çalışmışam. Xatırlayıram, Rövnəq Abdullayevin ən sevimli futbolçularından biri idim. Doğum günüm idi, tortla gəlmişdilər, deyirdi ki, bizim sürətli futbolçumuz haradadır? “Neftçi”yə böyük hörmətim olub və olacaq da.

- “Neftçi”də yüksək büdcə olsa da, “Qarabağ”ın dominantlığının qarşısını ala bilmirlər...

Qurban Qurbanov elə sistem və atmosfer yaratdı ki, onlar nəticə qazandı. Özünü yuxarı başa qoymur, komanda ilə birlikdədir, futbolçularla “kvadrat” oynayır, onlarla iç-içədir, birlikdə qaçır, üstəlik, orada halalçılıq var. “Neftçi”də bundan əvvəl Samir Abasov idi baş məşqçi. Düzü, mən onu güclü futbolçu kimi də görməmişəm. "Neftçi"nin uşaq futbol komandasını inkişaf etdirsələr, yerli oyunçuları əsas komandaya qədər yüksəltsələr, buna çox sevinərəm. Əsas komandada 9 yerli oyunçu olsun, iki legioner də problem deyil.

"Vidadi, Hüseyn və Lıçkinlə birlikdə "Şeffild Vensdey"ə keçə bilərdik, amma Musayev bizi buraxmadı"

- Yerli futbolçuların stabil oynamaqla bağlı problemi daha da çoxalıb. Çünki Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edilib...

- Xeyr, limit olmalıdır. Limit olmasa, azərbaycanlı futbolçular nə vaxt oynayacaq? Legioner gəlib pul qazanır, vəssalam. Biz millidə oynayanda iki legionerimiz var idi - Narvik Sırxayev və Deni Qaysumov, digərləri özümüz idik. Qurban Qurbanov, Dmitri Kramarenko Rusiyada, mən Özbəkistanda oynayırdım. Bizim uşaqlar harada oynayır? O vaxtı Estoniya ilə oyundan sonra İngiltərə klubuna keçə bilərdim. Mən tək deyildim, mənimlə yanaşı Hüseyn Məhəmmədov, Vidadi Rzayev, Vyaçeslav Lıçkini İngiltərə klubu istəyirdi. “Şeffild Vensdey"ə keçə bilərdik. Bir tanınmış xarici futbol adamı var idi, hamımızı İngiltərə klubuna aparırdı. Lakin Fuad Musayev bizi buraxmadı. Vidadi Rzayev “Turan Tovuz”da oynayanda ona ABŞ klubundan rəsmi təklif gəlmişdi. Amma bizi buraxmamışdılar. Çox heyf. Hər halda, həyatdır da.

"Mənim xətrimə, onun xətrinə mövzularına görə futbolumuz bu durumdadır"

- Rusiyada oynayan, əslən azərbaycanlı oyunçular təəssüf ki, Azərbaycan millisinə ikinci variant kimi baxır. AFFA-dan təklif gəlsə də, gözlədirlər ki, Rusiya yığmasından dəvət gəlməyəcəyi təqdirdə, millimizə gəlsinlər. Amma Qafqazın digər ölkələrində fərqlidir..

Mən onların yerinə olsam, Rusiyada hansı klubda oynasam belə, dərhal gələrdim Azərbaycan yığmasına. Məsələn, Gürcüstan yığması ilə məsələ fərqlidir. Onlar dərhal öz yığmalarına gedirlər. 

- Qurban Qurbanovun məşqçi olaraq, bu səviyyəyə gəlib çatmasının əsas sirri nədədir?

Öz üzərində işləməsi. İnsan gərək daim öz üzərində işləsin. Qurban Qurbanov futbolçuları ilə birlikdir. Yaxşı söz var, deyirlər ki, gərək sən komandanı özündə görəsən, özünü komandada yox. Qurbanda bunlar var, futbolçularla kommunikasiyası əladır, halalçılıq var. İnanıram ki, daha da yuxarılara gedəcəklər. 

- Azərbaycan millisinin durumunu necə dəyərləndirirsən?

Ayxan Abbasov yaxşı oğlandır, oynayanda da səliqəli, normal insandır. Amma burada məsələ baş məşqçi ilə bağlı deyil, burada sistem olmalıdır. Özbəkistan dünya çempionatına elə-belə çıxmadı. Millidə legionerlər oynamamalıdır. Bizdə istedadlı uşaqlarımız var, onlar oynamalıdır. Bilirsiz, bizim futbolda mənim xətrimə, onun xətrinə mövzuları olmamalıdır. Bax, mənim xətrimə, onun xətrinə mövzularına görə futbolumuz bu durumdadır. O vaxtı “Olimpik”də kapitan idim, o zəng edirdi ki, bu futbolçunu denən də, o futbolçunu denən də, 100 zəng gəlirdi. Sonda nömrəmi dəyişdim. Bilirsiz, biz çox varlı dövlətik, resurslarımız var. Hər halda, futbolumuza diqqət də var. Fikirmcə, hər şey daha yaxşı olmalıdır.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri