Icma.az
close
up
RU
Vidadi Rzayev: Bu qara qüvvə kimdir?

Vidadi Rzayev: Bu qara qüvvə kimdir?

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sumqayıt"la matçı izlədim. "Kəpəz" yenə də Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq. Bu, azarkeşləri qane edəcək, ya yox deyə bilmərəm". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.
Veteran futbolçu "Kəpəz"in ilk turda sərgilədiyi oyundan və ümumiyyətlə, klubda yaşananlardan narazıdır:
"Komanda ötən gün çox "dişsiz" oynadı. "Sumqayıt" qat-qat üstün idi. 90 dəqiqə ərzində 2-3 qol fürsətləri oldu, yararlana bilmədilər. Məncə, "Kəpəz" Premyer Liqada qalacaq, amma neçənci pillədə olacaq deyə bilmərəm. Yazırlar kluba yeni sponsor gəlib. Bu necə sponsordur ki, deyir uşaq futboluna pul ayırmırıq, fikirimiz əsas komandaya baxmaqdır. Bəs, uşaq futbolu necə olacaq? Mənə yeni sponsorun gəlməyi inandırıcı gəlmir".
Rzayev komandaya kimin başçılıq etdiyinin məlum olmadığını açıqlayıb:
"Onsuz da Azərbaycan futbolunda şəffaflıq yoxdur. Kim nə edir gizlində qalır. Dünənki oyun göstərdi ki, komanda hələ tam hazır deyil. Son illərdə "Kəpəz"in Premyer Liqada qalmağı uğur olub. İzlədiyim oyunlarda gördüm ki, klubumuz elitaya vəsiqə qazanan komandalardan üstündür. Mənə elə gəlir elitada qalmaq uğrunda mübarizə 3 klub arasında - "İmişli", "Karvan-Yevlax" və "Kəpəz" - arasında gedəcək. Bu da məni heç qane etmir. Klubun tarixi keçmişi var, SSRİ çempionatında oynayan komandalardan biridir. Köklü klubu bu günə qoymaq lazım deyil. Kim nəzarət edir, bilmirəm, gizli saxlayırlar. Həftədə biri gəlir, biri gedir. Bu "qara qüvvə" kimdir? Hamı deyir Adil Vəliyevdir, amma Adil müəllim hardadır? Bunu heç kim bilmir. Bu adam İdarə Heyətinin sədri olsa da komandaya normal pul ayırmır. Namiq Qədirov gəldi, bizimlə görüşdü. Bir həftə sonra məlum oldu ki, postundan gedib. Bunlar necə sponsordur, mən başa düşə bilmirəm. Sanki gələn özü- özünü təyin edir. Klubda anlaşılmazlıq çoxdur".
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının ilk turunda "Sumqayıt"a böyük hesabla məğlub olub - 0:3 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://sport24.az
archiveBu xəbər 18 Avqust 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri