Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Vidadi Rzayev: Həmin icra başçısı qızıl üzük hədiyyə etdi MÜSAHİBƏ

Vidadi Rzayev: Həmin icra başçısı qızıl üzük hədiyyə etdi MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan futbolunun tanınmış veteranlarından olan Vidadi Rzayev dünən 58 yaşını geridə qoydu. O, karyerası ərzində ölkəmizin “Kəpəz”, “Turan Tovuz”, “Neftçi”, “Şəmkir”, “Karvan”, “Olimpik Bakı”, “Qarabağ”, ölkə xaricində də isə Çeçenistanın “Terek Qroznı”, İranın “Mes Kerman” və Türkiyənin “Erzurumspor” komandalarında çıxış edib.

Hazırda işsiz olan təcrübəli mütəxəssisin Teleqraf-a müsahibəsi

- Vidadi bəy, 58 yaşınızı necə qeyd etdiniz?

- Düzünü desəm, ad günü keçirməyi çox sevmirəm. Adam yaşlanır... Səmimi desəm, kənddə övladımın evində işlədim, xüsusi qeyd etmədim. Tanışlar yada saldı. Futbolçu dostlarımız, “Neftçi”də məşqçim olmuş Tofiq Mustafayev təbrik etdi. Elə adam var yadına düşməyib, onları da anlayıram. Yadında saxlayanlara isə “çox sağ ol” deyirəm.

- Bəs AFFA-dan təbrik gəldimi?

- Xeyr. Ümumiyyətlə, indiyə qədər AFFA tərəfindən ad günlərimi təbrik edən olmayıb.

- Futbol oynayarkən, məşqçi işləyərkən böyük hədiyyə almısınızmı?

- Sonuncu dəfə təmtəraqlı ad günü “Şəmkir”də (2002-2004) keçirmişəm. O vaxt Şəmkirin İcra başçısı Aslan Aslanov və klubun sponsoru Saşa ləqəbi ilə tanınan Şahbaz Süleymanov məni fərqli şəkildə təbrik etmişdi. Biri qızıl üzük, digəri qızıl bilərzik hədiyyə etmişdi. Allah hər ikisinə rəhmət eləsin, ən yaxşı hədiyyələrim bunlar olub...

- Ad gününüz ərəfəsində indi xatırlayarkən sizin üçün xüsusi önəm kəsb edən hansısa oyun olubmu?

- Düzü, ən pisi hansısa futbolçunun ad günü vaxtı oyuna çıxmağımız idi. Kimin ad günü olur-olsun, heç vaxt düşərli olmazdı... 1996-cı il avqustun 31-də Azərbaycan yığması İsveçrə ilə oynayırdı, 4 gün sonra isə mənim mənim ad günüm idi. 1:0 qalib gəldiyimiz oyundan sonra məni təbrik etdilər. Sonra gəldik “Neftçi”nin bazasına, orada qeyd etdik. Millidə isə heç vaxt ad günüm təmtəraqla qeyd ediləsi ərəfəyə düşməyib.

- 58 yaşınızı futboldan kənarda, işsiz mütəxəssis olaraq qeyd etmək sizi incitmir? Bunu özünüzə qarşı haqsızlıq sayırsız?

- Yox, heç kimdən incimirəm. Haqsızlıq görə-görə gəlmişik. Futbolda düz deyənə qulaq asmırlar. “Adamım yoxdu” deyənlər buradan çıxıb, ora girirlər. Deyirəm, mənim də adamım yoxdu, bəs mən niyə işləmirəm? Təəssüf ki, belədir.

Mən bu vəziyyətə öyrəşmişəm. 55 yaşım olanda soruşdular, niyə işləmirsən? Cavab verdim ki, indiki klub rəhbərlərinin çoxu futbol oynamayıb, amma futbolla oynamağı yaxşı bacarırlar.

- Futbolçu keçmişinizə baxanda hansı səhvinizi özünüzə bağışlamırsınız?

- Xaricdən aldığım təkliflərin heç birini qəbul etməyib Azərbaycandan getmədim. Bəlkə də ən böyük səhvim odur, çünki təkliflərim o qədər idi ki…

- Bir neçə əcnəbi klubda forma geymisiniz axı...

- “Erzurumspor”da legioner həyatı yaşadım. Orada zədələnib 4 ay yaşıl meydançadan kənarda qaldım. Bolqarıstanla yoldaşlıq görüşündə ayaq əzələm qırıldı. Bu dəqiqə hələ də şiş var. Ayağımdakı üç əzələdən biri qırılıb, yoxdur. Dörd ay oynamadığım üçün Türkiyədən qayıdıb “Şəmkir”də çıxış etdim. Oradan da buraxmadılar. Çeçenistan təmsilçisi "Terek”ə getdim.

Azərbaycandan gedəndə dedim, bir də bura qayıtmaram, tüpürüb çıxmışdım. “Turan Tovuz” rəhbərliyi Soçiyə gəldi, qayıtmadım, yenidən Qrozniya gəldilər. Klub rəsmisi Vidadi Əhmədov, valideynlərim də təkid etdilər ki, qayıt, gəl. Azərbaycana qayıtmaq fikrim yox idi, amma valideynlərim əl çəkmədi, döndüm.

Oradan çox yerə gedə bilərdim. İranın "Mes Kerman” klubunda da əsas heyətdə oynamağa qoymadılar. Bir dəfə “Traktor”la oyuna hazırlaşırdıq, Kənan Kərimov solaxay idi, sağdan oynamalı idi. O, hücumçudur, məşqçinin sağdan oynamaq tələbini başa düşmədi. Mən də onun işinə müdaxilə etdim ki, bu cür oynamağını istəyirlər, yəni başa saldım. Ondan sonra baş məşqçi mənimlə prinsipə düşdü. Həmin hadisədən sonra oynadımsa da, əvəzləmədə meydana girirdim. Kənana dedim ki, məni işə sən saldın (gülür).

Düzdür, sonra həmin baş məşqçi çıxıb getdi, amma mən daha o komandada qalmadım. Dedim, nə olsun, burada qalmaram. Azərbaycana qayıtdım, 5-6 ay futbolu atdım.

- 34 yaşdan sonra yenə oynadınız?

- “Neftçi”dən zəng etdilər ki, gəl komandaya kömək elə. O zaman 6-cı yerdə idilər. Dedim, 85 kiloyam, kökəlmişəm. Futbol oynamadığımdan çəki almışdım. Kazbek Tuayev baş məşqçi, Ramiz Mirzəyev isə klub prezidenti idi. Baxan kimi dedilər, sən nə boyda olmusan...

Həmin vaxt milli fasilə idi, dedim, gözləyin, çəkimi salım. 72 kiloqramdan aşağı düşə bilmədim. Bir də baxdım ki, “Kerman”ın yeni baş məşqçisi niyəsə Bakıya gəlib və bizim oyunumuza baxır. Oyundan sonra dedi ki, bunu İrana aparıram. Dedim, bərəkətə and olsun, geri qayıdası deyiləm. Ya burada oynayacağam, ya da futbolu buraxıram.

Sonra “Neftçi” rəhbərliyi dedi, nə qədər pul lazımdır, ödəyib səni qoymayacağıq. Orada qaldım və həmin il də çempion olduq. 2002/2003 mövsümü çempion oldu. 2007-ci ildə də “Azal”da karyeramı bitirdim.

- Bəs sizə vida matçı keçirmədilər?

- Yox. Niyə yalan deyim, keçirmədilər. Nə deyə bilərdim? Kişi kimi oynadıq, kişi kimi də futbolu bitirdik.

- Cavan olsaydınız, indiki dövrdə oynamaq istərdiniz?

- İndi iyrəncliklər çoxdur. Kimisə udsan, neçə min verirlər. O vaxt heç bilmirdik ki, heç-heçəyə nə qədər pul düşür... Belə şey yox idi. Təlim-məşq toplanışı keçirirdik, 70 dollar alırdıq. Onda da ildə bir dəfə təlim-məşq toplanışına getsəydik, böyük şey idi. Ən uzaq getdiyimiz yer Buzovna idi. Nadir hallarda Kiprə, Bolqarıstana gedərdik.

O vaxt çətin dövr idi. Amma bir oyun heç-heçə edirdiksə, 5 oyun udurduq. İndiki milli isə o boyda təlim-məşq toplanışı, yeməkləri, maliyyələri qaydasında olmaqla belə, nəticə qazana bilmir.

Bizi də qınayan tapılar ki, elə də yaxşı uğurlar qazanmamısınız. Amma bizdə maliyyə yox idi, qıtıydı, hazırda maliyyə var, nəticə yoxdur. İndiki vaxtda pul hər şeyi həll edir.

- Hazırkı futbolçularımıza nə arzulayardınız?

- Hər birinə uğurlar! Nə qədər cavandılar, çıxıb xaricdə oynasınlar. Azərbaycan futbolunun vəziyyətini bilirik. Bir belə şərait var, amma barmaqla sayılacaq azərbaycanlı oyunçu xaricdə oynayır. Sonra da deyirik, niyə milli D liqasına düşdü. İnkişaf etmək lazımdır, mən bunu arzu edərdim.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri