Icma.az
close
up
RU
Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsinə videomateriallar şahidlik edir

Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsinə videomateriallar şahidlik edir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 28-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin yandırılmasını, aramsız atəşə tutulmasını əks etdirən videomaterial nümayiş olunub.

Nümayiş etdirilən növbəti videomateriallar Şuşa rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə olub.

Dəlillərdən biri Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın işğal prosesi və orada iştirak etmiş şəxslər barədə çıxışlarının əks olunduğu videomateriallardan hissələr olub. Videomaterialda, həmçinin Şuşanın işğalına hərtərəfli hazırlıqdan bəhs edilib. Vurğulanıb ki, Şuşanın işğalına dair plana Vazgen Sarkisyan (Ermənistanın birinci müdafiə naziri – red.) razılıq verib. Döyüş əmri isə Seyran Ohanyan tərəfindən hazırlanıb.

“Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi planı çox məxfi şəraitdə Vazgen Sarkisyan, Arkadi Ter-Tadevosyan, Felek Kızoryan, eləcə də digər komandirlərin iştirakı ilə hazırlanıb. “Döyüş əmri Seyran Ohanyan tərəfindən hazırlanmışdı”, - deyə kadrlarda bildirilir. Vurğulanıb ki, əslində, əməliyyat aprelin 24-də keçirilməli imiş. Lakin silah təminatı və digər səbəblərdən bu, təxirə salınıb.

Dövlət ittihamını müdafiə edən prokurorlar deyiblər ki, tədqiq olunan bu və digər faktlar Şuşanın işğalına Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş verdiyini sübuta yetirir.

Məhkəmədə nümayiş olunan digər videomateriallarda dörd istiqamət üzrə Şuşanın işğalına rəhbərlik edən şəxslərin - Samvel Babayan, Seyran Ohanyan, Valeri Çitçyan, Arkadi Karapetyanın adları çəkilir. Ermənilərin hazırladıqları videomaterialda vurğulanır ki, hücum əməliyyatının məqsədi işğalla yanaşı, həm də Şuşanın “yeriyən həşəratlardan təmizlənməsi” olub (azərbaycanlılar nəzərdə tutulub).

Ardınca Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Şuşa rayonunun işğalı ilə bağlı qeydlərinin yer aldığı videomaterial tədqiq edilib.

S.Sarkisyan Şuşa əməliyyatının əhəmiyyətinin çox böyük olduğunu bildirərək deyib: “Bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, orada Robert Köçəryan özü iştirak edirdi”.

Məhkəmədə Ermənistan silahlı qüvvələrinin general-polkovniki, ovaxtkı baş qərargah rəisi Qurgen Dalibaltayanın (1926-2015) çıxışları yer almış videomaterial da nümayiş etdirilib.

Q.Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri – red.) iştirak ediblər. O vurğulayıb ki, Şuşanın işğal edilməsinin əhəmiyyəti çox böyük idi.

Videomateriallarda qeyd edilib ki, Şuşaya hücum əməliyyatında Q.Dalibaltayanın çox böyük rolu olub.

Bundan sonra təqsirləndirilən şəxslərin bəzilərinə nümayiş olunan videomateriallarla bağlı dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçilər tərəfindən suallar verilib.

Təqsirləndirilən Arkadi Qukasyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabda deyib ki, 1990-cı ilədək “Sovet Qarabağı” qəzetində işləyib. 1992-ci ilin sonunda qondarma rejimin “baş nazirinin” siyasi məsələlər üzrə “müşaviri” təyin olunub.

O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında Şuşanın işğalı zamanı azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən xəbərsiz olduğunu söyləyib.

Arkadi Qukasyan dövlət ittihamçısı Fuad Musayevin “Ermənistanın müdafiə naziri Vazgen Sarkisyanın 1999-cu ildə qondarma rejimin “qəhrəmanı” medalı ilə təltif edilməsi sizin tərəfinizdən olub?” sualına “Bəli” cavabını verib. O, həmçinin Vazgen Sarkisyanı da qondarma rejimin “Qızıl qartal” ordeni ilə təltif etdiyini bildirib. “Bu, hansı məqsədlə edilmişdi” sualına cavabda isə deyib ki, həmin vaxt qondarma rejimin təhlükəsizliyini Ermənistan öz üzərinə götürmüşdü. O, Şuşanın işğalı zamanı Ermənistanın baş qərargah rəisi olmuş Qurgen Dalibaltayanı da sonradan “Döyüş ordeni” ilə təltif etdiyini diqqətə çatdırıb.

Bundan sonra iclasda Şuşanın işğalından sonra çəkilən və Arkadi Qukasyanın da olduğu foto nümayiş etdirilib.

Təqsirləndirilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında həmin fotonun Şuşanın işğalından sonra oraya səfər edərkən çəkildiyini, fotoda yanında dayanmış şəxslərin Zori Balayan və Oleq Yesayan olduğunu bildirib.

Bundan sonra A.Qukasyan Vazgen Sarkisyana qondarma rejimin “qəhrəmanı” medalının verilməsi barədə “sərəncam” imzaladığını qeyd edib və deyib: “O, Ermənistanın müdafiə naziri idi”.

O, Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Seyran Ohanyana, Valeri Çitçyana və digərlərinə də müxtəlif “orden” və “medal”lar verdiyini etiraf edib.

Daha sonra təqsirləndirilən şəxs Bako Sahakyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırıb. O, Vilen Mikaeliyanın rəhbəri olduğu dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu etiraf edərək vurğulayıb: “Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi”.

O, həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kimə atəş açmadığını deyib.

B.Sahakyan Şuşanın işğal olunması əməliyyatına rəhbərliyi Vazgen Sarkisyan, Arkadi Ter-Tadevosyan, Seyran Ohanyan və digərlərinin etdiyini deyib və bildirib. “Onlar özləri dəfələrlə deyiblər ki, Şuşa əməliyyatında kimlər və necə iştirak edib. Mən ona görə deyirəm ki, burada məxfi hissə yoxdur. Onların hətta böyük hissəsi mətbuatın məhsullarına öz etirazlarını bildirirdilər ki, Şuşadakı fəaliyyətləri tamamilə əks olunmayıb. Həmin dövrdə mən onlardan hansısa biri ilə tanış ola bilməzdim. Amma əvvəldə dediyim kimi, sonradan onların hər biri ilə tanış olmuşam”.

O, həmçinin A.Ter-Tadevosyanın fəaliyyətini yüksək qiymətləndirdiyini, ona qondarma rejimin “qəhrəmanı” adını verdiyini bildirib.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin olunub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see307

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see141

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see138

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see136

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see128

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see120

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see120

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri