Icma.az
close
up
RU
VIII Beynəlxalq Ukrayna Azərbaycan Dostluq Vokal Müsabiqəsi keçirilib.

VIII Beynəlxalq Ukrayna Azərbaycan Dostluq Vokal Müsabiqəsi keçirilib.

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

DABF-ın da dəstəklədiyi VIII Beynəlxalq Ukrayna-Azərbaycan Dostluq Vokal Müsabiqəsi keçirilib.

27–29 noyabr 2025-ci il tarixlərində Ukrayna Truskavets şəhərində VIII Beynəlxalq Ukrayna-Azərbaycan Dostluq Vokal Müsabiqəsi baş tutub. Tədbir Kyivdəki Azərbaycan səfirliyinin, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadın eləcə də Azərbaycanın xalq yazıçısı Elmira Axundovanın dəstəyi ilə keçirilib. Müsabiqənin əsas məqsədi həm opera, həm də estrada janrlarında yüksək peşəkarlıq səviyyəsində ifa bacarığı olan vokalçıları Ukrayna musiqi ictimaiyyətinə və beynəlxalq səhnəyə təqdim etməkdir. Seçmə mərhələlər üç hissədən ibarət olub: akademik (opera) repertuarının ifası, Ukrayna xalq mahnısı və estrada əsəri. Yarışmada 18-40 yaş aralığında olan, ixtisaslaşmış musiqi təhsili almış peşəkar vokalçılar, həmçinin musiqi universitetləri və kolleclərinin tələbələri iştirak ediblər. İfaçılar Rivne, Droqobiç, Poltava, Lvov, Kiyev və Xarkov şəhərlərini təmsil ediblər. Ölkənin demək olar ki, bütün aparıcı vokal məktəbləri - Kyiv, Lviv, Odesa və Xarkiv müsabiqədə yer alıb.

İştirakçıların səyahət xərcləri istisna olmaqla, digər bütün xərclər təşkilat komitəsi tərəfindən qarşılanıb və qeydiyyat haqqı tutulmayıb.

Münsiflər heyətinin qərarına əsasən, birinci yerə Vadim Xumennı, ikinci yeri Darya Poqorila və Nikolay Yuximenko, üçüncü yeri isə Anastasiya Yantsur və Artem Pozdnyakov bölüşüblər. Xüsusi baş mükafat Karnegi Hollda çıxış imkanı Ukraynanın BMT-dəki Qadın Nümayəndə heyətinin üzvü, prodüser və ictimai xadim İrina Samsonenko tərəfindən Darya Poqorilaya təqdim edilib.

Müsabiqə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi (Qurban Abbasov və Nataliya Kudryaşova) və Truskavets Şəhər Şurası (mer Andrey Kulçinski) tərəfindən təşkil olunub.

Xatırladaq ki, tədbir 2018-2021-ci illərdə keçirilən və 2022-ci ildən etibarən yeni ad altında təşkil olunan Müslüm Maqomayev Xatirə Müsabiqəsinin davamıdır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra müsabiqə yenidən formatlaşdırılaraq hazırkı konsepsiya üzrə keçirilməyə başlanıb.

2022-ci ildən etibarən müsabiqə xeyriyyə missiyası daşıyır və qaliblərin pul mükafatları Ukraynaya Silahlı Qüvvələrinin hərbçilərinə ianə edilir. Bu il də müsabiqə çərçivəsində xüsusi xeyriyyə tədbiri təşkil olunub.

Yaşasın Azərbaycan!

Yaşasın Ukrayna!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri