Vüsal Xəlilov: Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi Azərbaycan gəncləri üçün faydalı olacaq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 1 sentyabr, AZƏRTAC
Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı mühəndislərin yetişməsi üçün əsas olan fundamental biliklərin öyrədilməsinə ciddi yardım göstərir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov bildirib.
Onun sözlərinə görə, müsabiqənin dünya finalının ən vacib məqamlarından biri alqoritmlər və data strukturları üzrə biliklərin təkmilləşdirilməsidir: “Finalı fərqləndirən xüsusiyyətlərdən biri də onun komanda şəklində keçirilməsidir. Bir neçə mühəndisin birlikdə işləməsi həm komanda işini öyrədir, həm də gələcəkdə korporativ və digər peşəkar mühitdə uğur qazanmaq üçün zəruri bacarıqlar qazandırır”.
Vüsal Xəlilov əlavə edib ki, bu yarış gəncləri çətin məsələlərdən çəkinməməyə və onların həllinə yönəldir:“Bu səbəbdən hesab edirəm ki, bu müsabiqə gənclərin inkişafına böyük töhfə verir. Ümid edirəm ki, bu yarışda iştirak etmək Azərbaycan gəncləri üçün çox faydalı olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 01 Sentyabr 2025 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















