Icma.az
close
up
RU
Vilayəti həmin dövrdən 2550 ildən artıq bir vaxt keçdiyini anlamalı və İranı rəvayətlərin ardınca aparmamalıdır

Vilayəti həmin dövrdən 2550 ildən artıq bir vaxt keçdiyini anlamalı və İranı rəvayətlərin ardınca aparmamalıdır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti sosial media hesabında yazıb ki, Qafqaz tarixən İran üçün strateji təhlükəsizlik buferi kimi fəaliyyət göstərib. İranın Ali Rəhbərinin baş müşaviri qeyd edib ki, Qafqaz bu rolu Əhəmənilər Fars padşahı Böyük Kirin dövründən oynayıb. O, həmçinin vurğulayıb ki, yunan tarixçisi və coğrafiyaçısı Herodotun əsərlərinə görə, Kir İranı köçəri tayfaların basqınlarından qorumaq üçün Qafqaz regionunda istehkamlar tikib və bununla da bölgənin müdafiə sərhədi kimi qalıcı rolunu möhkəmləndirib. Vilayəti avqustun 9-da Tasnim agentliyinə verdiyi müsahibədə Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ideyasını rədd edərək, dəhliz planının həyata keçirilməsinin Cənubi Qafqazın təhlükəsizliyini təhlükə altına atacağı barədə xəbərdarlıq edib. O, həmçinin vurğulayıb ki, İran Moskvanın Tehrana qoşulub-qoşulmamasından asılı olmayaraq Qafqaz regionunda Amerika dəhlizinin yaradılmasına qarşı çıxacaq.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Əliəkbər Vilayətinin son bir neçə ayda Zəngəzur dəhlizi və Qafqazla bağlı səsləndirdiyi fikirlər, əslində İranın bölgəyə baxışlarını əks etdirir və Azərbaycana olan münasibətin bir göstərici kimi dəyərləndirilməlidir.

Oqtay Qasımov

“Əli Əkbər Vilayəti İranın şovinist dairələrinin panfarsist Sasani düşüncəsinin əsas təmsilçisi kimi çıxış etməkdədir. Məhz Əli Əkbər Vilayəti İranda İranı bütün dünya ilə qarşı -qarşıya gətirən siyasətin yaradıcılarından biridir və məhz onun qələmə aldığı İranın xarici siyasət təhlükəsizliyi, xarici siyasət konsepsiyası 1992-ci ildə qəbul olunarkən orada Azərbaycan Respublikasının mövcudluğunun İran üçün təhdid yaratdığı qeyd olunub. Yəni Vilayətinin mahiyyəti və fikirləri bundan ibarətdir”-deyə Oqtay Qasımov qeyd edib.

Vilayətinin tarixin qədim dövrlərinə, Herodota və başqa digər hansısa mənbələrə istinad etməsinə gəldikdə politoloq bildirib ki, Əli Əkbər Vilayətianlamalıdır ki, həmin dövrdən bu günə qədər 2550 ildən artıq bir dövr keçib, dünya dəyişib və yeni sərhədlər cızılıb, elm, texnologiya hansı səviyyəyə qədər inkişaf edib: “İran hələ də mifik rəvayətlərin, əfsanələrin arxasınca getməkdədir. Bu da əslində İranın tam mahiyyətini əks etdirən bir mövqedir”.

Politoloq hesab edir ki, İranın bu mövqeyi heç bir halda Güney Qafqazda proseslərə təsir etməyəcək və yaxud reallıqları dəyişə bilməyəcək: “İran üçün ən uyğunu bölgə ölkələri ilə, xüsusilə də Azərbaycanla münasibətlərini normallaşdırmaq və onu normal səviyyədə saxlamaq, münasibətləri qonşuluq müstəvisinə keçirməkdir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Avqust 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri