Vilayəti pakistanlı nazirə Bakıdan şikayətləndi “Onlardan soruşa bilərsiniz ki...”
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
"Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür”.
Yenisabah.az IRNA-ya istinbadla xəbır verir ki, bunu İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
O, Pakistanın daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşdə rəsmi Bakının xarici siyasətindən gileylənib. Sezar pizza
“Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür. Bunların arasında Colani (Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa) ilə sionist rejim (İsrail – red.) arasında vasitəçiliyi, habelə Fələstində cinayətlərin tüğyan etdiyi vaxtlarda İsrail xalqına neft ixracını qeyd etmək olar. Onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikrinə zidd olan bu tədbirlər görülür?”
Xatırladaq ki, bu, İran rəsmisinin ümumən Azərbaycan və rəsmi Bakının xarici siyasətinə dair kobud müdaxiləsinin yeganı nümunəsi deyil. Bundan əvvəl də Vilayəti bəyanatları ilə mütəmadi olaraq Azərbaycanın daxili işlərinə qarışıb.
Baxış sayı:111
Bu xəbər 14 İyul 2025 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















