Icma.az
close
up
RU
Vinisius “Alverka”nı almaq istəyir sövdələşmə ilə reperin agentliyi məşğuldu

Vinisius “Alverka”nı almaq istəyir sövdələşmə ilə reperin agentliyi məşğuldu

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Müxtəlif qaynaqların yaydığı xəbərə görə, Vinisius Junior futbol klubu almağa hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, “Real”ın braziliyalı lideri Portuqaliyanın 2-ci liqasının təmsilçiləri arasında seçim edir.
Vinisius nə etmək istəyir?
Vinisiusun klub almaqda maraqlı olduğunu bir neçə qaynaq təsdiqləyir. Futbolçuya yaxın şəxsə istinad edən ESPN bildirir ki, braziliyalı Portuqaliya 2-ci liqasından klub almaq variantını nəzərdən keçirir: orda 18 komanda çıxış edir, düzdü, ikisi “Portu” ilə “Benfika”nın ikinci komandasıdı. Bu məlumatları jurnalist Roberto Antolin də İspaniyanın Cadena COPE radiosunun efirində səsləndirib. Braziliyanın UOL nəşri isə daha dəqiq informasiya açıqlayıb: Vinisius 3-cü liqada iki il keçirəndən sonra yalnız bu mövsüm 2-ci liqaya vəsiqə qazanan “Alverka”nın alınmasına 10 milyon avro yatırmağa hazırdı. Buna qədər isə maliyyələşmə ilə bağlı problem yaşayan klub təxminən 20 il peşəkar səviyyədə çıxış etməyib, Lissabon çempionatında gün keçirib. “Alverka” hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Adı çəkilən qaynaq “Leyşoynş” klubunun alınmasının mümkünlüyünü də xəbər verib.
Portuqaliyanın “A Bola” nəşri də bəzi təfərrüatları açıqlayıb. Vinisiusun “Alverka”ya marağını təsdiqləyən qəzet onu da xəbər verir ki, danışqlar qarşıdakı bir neçə gün ərzində yekunlaşacaq. Məhz buna görə klub transfer bazarında hələ ki heç bir addım atmır, Vinisius investisiya qoyandan sonra eliyaya yüksəlmək niyyəti ilə “yağlı bazarlıq edəcək”.
Vininin adından danışıqları amerikalı reper Jay-Z-nin yaratdığı “Roc Nation Sports Brazil” agentliyi aparır. Danışıqlar “Alverka”nın 75 yaşlı sahibi Rikardo Visintin ilə aparılır. Klub səhmlərinin 77 faizi braziliyalı biznesmenə məxsusdu.
Vinisiusun pulu çatacaqmı?
Futbol klubunun alışı və idarə olunması ciddi kapital tələb edir. Xoşbəxtlikdən 24 yaşlı forvard yaxşı qazanır – “Capology” statistika saytının informasiyasına görə, braziliyalı “Real”da ilə 20,8 milyon avro qazanır. “Alverka”nın alınması üçün isə bu pulun təxminən yarısı tələb olunur.
Vinisiusun sponsorluq müqavilələri də çoxdu. “Forbes” jurnalına inansaq, o, ötən il 55 milyon avro qazanmaqla dünyada futbolçular arasında 7-ci yerdə qərarlaşıb. Braziliyalının “PlayStation”, “Pepsi”, “Clear”, “Nike” və bir neçə başqa şirkətlə müqaviləsi var.
Hansı futbolçular klub alıb?
Vinisiusun “Real”dakı komanda yoldaşı Kilian Mbappe yayda futbol klubunda pay sahibi olub. Məşhur hücumçu Fransanın 2-ci liqasında çıxış edən “Kan”ın səhmlərinə yiyələnməkdən ötrü 20 milyon avrodan keçib. O artıq klubun majoritar səhmdarıdı, səhmlərin 80 faizi “Real”ın ulduzuna məxsusdu. Kilian özü uşaqkən, yəni “Monako”nun akademiyasına qəbul olunana qədər “Kan”da çıxış edib.
Nqolo Kante isə bu mənada daha gözlənilməz seçim edib – 2023-cü ilin yayında Belçikanın 3-cü divizionunda yarışan “Ekselsior Virton”u alıb. Həmin sövdələşmənin maliyyə təfərrüatı açıqlanmayıb. Klub Kantenin himayəsində olduğu ilyarımda 3-cü divziondan yuxarı qalxa bilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:384
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Yanvar 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri