Vinisius Junior öldürülüb, oxşarı ilə əvəz edilir? İDDİA FOTO
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sosial şəbəkədə "Real Madrid" klubunun və Braziliya yığmasının hücumçusu Vinisius Juniorun qaçırılaraq oxşarı ilə əvəz edilməsi barədə səs-küylü sui-qəsd iddiaları sürətlə yayılmaqdadır.
"AzPolitika" xəbər verir ki, konspiroloqlar Braziliya millisinin Avstraliya ilə oyunqabağı toplanışında kameralara tuş gələn futbolçunun əsl Vinisius olmadığına əmindirlər.
Braziliyada getdikcə artan ehtimala görə, ulduz futbolçu 2026-cı il dünya çempionatından sonra əvəzlənib. İddia olunur ki, idmançı müəmmalı şəraitdə yoxa çıxıb, onun oxşarı isə sadəcə çoxsaylı reklam müqavilələrinin icrası üçün istifadə edilir.
Sosial şəbəkə istifadəçiləri xüsusilə bir məqama diqqət çəkirlər: Braziliya millisində çıxış edən Vinisiusun budlarında "Real"dakı Vinisiusda olan döymələr yoxdur.
Futbolçunun saqqal saxlaması və imicini kəskin şəkildə dəyişməsi də məhz bu əvəzlənmə ilə əlaqələndirilir. Hətta Vinisiusun qaçırılmasında və qətlində MKİ, nüfuzlu Avropa sülaləsi olan Rotşildlər və "elita" günahlandırılır. İdmançının yaxın ətrafı və Madridin "Real" klubu isə bu qəribə müzakirələrə heç bir reaksiya vermir.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 29 Sentyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















