Vinisiusa irqçi təhqirlər yağdıran “Atletiko” azarkeşi saxlanıldı
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın “Atletiko Madrid” futbol klubunun azarkeşi “Real Madrid”in vingeri Vinisius Junioru irqçi ifadələrlə təhqir etdiyinə görə saxlanılıb.
İdman.Biz “AS” nəşrinə istinadən xəbər verir ki, hadisə aprelin 14-də Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən “Atletiko Madrid” - “Barselona” oyunundan əvvəl baş verib.
“Atletiko” forması geyinən 27 yaşlı şəxs braziliyalı futbolçunun ünvanına “şimpanze” və “meymun” kimi irqçi ifadələr səsləndirib. Vinisius həmin qarşılaşmanın iştirakçısı olmasa da, azarkeş onu hədəf alıb.
Hadisə televiziya kameralarına düşüb və görüntülər sosial şəbəkələrdə yayılıb. Bundan sonra Madrid və Valensiya polisinin əməkdaşları birgə araşdırmaya başlayıblar.
Şübhəli mayın 28-də Valensiyada saxlanılıb. O, nifrətə təhrik etmə cinayətində ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 16 İyun 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















