Icma.az
close
up
RU
ABŞ nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2 ci Forumu keçirilib

ABŞ nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2 ci Forumu keçirilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Virciniya ştatının  Corc Meyson Universitetində "Növbətini Gücləndir: Gəncləri Sabahın Liderliyi üçün Birləşdirmək" (EmpowerNext: Uniting Youth for Tomorrow’s Leadership) adlı 2-ci Amerika Azərbaycanlı Gənclər Forumu keçirilib.  

İki gün davam edən forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Virciniya ştatının Aleksandriya şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı və Nyu Yorkdakı Amerika-Azərbaycanlı Gənclər Federasiyasının (AAYF) təşkilati dəstəyi ilə baş tutub.  Foruma 23 müxtəlif ştatdan 37 universitetdə təhsil alan gənclər, akademiklər, Azərbaycan icmasının tanınmış üzvləri, Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın ABŞ-dəki səfirliyinin əməkdaşları qatılıb. 

Tədbirin məqsədi ABŞ-da yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycana və milli-mənəvi dəyərlərə bağlılıqların artırılması, eləcə də təklif və təşəbbüslərinin dinlənilməsi, dəyərləndirilməsidir. Gənclərin liderlik keyfiyyətlərinin inkişafına dəstək göstərmək, onların ölkəmizi xaricdə layiqincə təmsil etmələri üçün müvafiq imkanlar yaratmaq forumun əsas hədəflərindəndir.

Virciniya Azərbaycan Evinin vitse-prezidenti Nigar İbrahimova və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Nurlan Şükürün moderatorluğu ilə keçirilən forumun əvvəlində Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə qonaqları salamlayan Virciniya Azərbaycan Evinin rəhbəri Sevda Tahirli belə mötəbər bir tədbirə ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu bildirib. Ötən ildən başlayan bu təşəbbüsün gənclərin inkişafı, inteqrasiyası və əlaqələrin möhkəmləndirilməsində mühüm platforma olduğunu deyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev forum iştirakçılarını salamlayaraq komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən diaspor siyasəti haqqında danışıb, Azərbaycan diasporunun inkişafı və gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərə imza atıldığını vurğulayıb. Bildirib ki, bu siyasətin mühüm istiqamətlərindən biri də xaricdə yaşayan azərbaycanlı gənclərə göstərilən xüsusi diqqət və qayğıdır. Sədr müavini, həmçinin gənclərimizin Amerikada sosial, mədəni,  intellektual sahədə özlərini ifadə edə bilmələri üçün bu cür tədbirlərin önəmini vurğulayıb. Qeyd edib ki, soydaşlarımız Amerika cəmiyyətinə inteqrasiya olunmaqla yanaşı, öz milli kimliyini də qoruyur. O, forumun diaspor gənclərinin bir çox imkanlar yaratdığını söyləyib. Forumun keçirilməsində hər kəsə, xüsusilə Virciniya Azərbaycan Evinə təşəkkür edib. 

Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyinin birinci katibi Toğrul Əliyev forumun əhəmiyyətindən danışıb. ABŞ-dəki azərbaycanlı gənclərin həm doğma vətənimizin mədəniyyətini, dilini, dəyərlərini qoruduğunu, təbliğ etdiyini, həm də yaşadıqları ölkənin imkanlarından, biliklərindən və təcrübələrindən faydalandığını söyləyib. O, bu cür görüşlərin yeni dostluqların qurulması və həmrəyliyin gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını dilə gətirib.  

Amerika Azərbaycan Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova çıxışında forumun əhəmiyyətini, aparılan müzakirələrin faydalarını diqqətə çatdırıb, belə tədbirlərin Azərbaycan Respublikası ilə ABŞ arasında mövcud qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib, iştirakçılara uğurlar arzulayıb.

ABŞ-ın Corc Meyson Universitetinin müəllimi Sevil Süleymani forum iştirakçılarını salamlayaraq, burada çalışan azərbaycanlı müəllim kimi belə bir tədbirin təşkilindən məmnunluq duyduğunu bildirib.

Amerika Azərbaycan Gənclərinin I Forumunun təşkilatçısı Kənan Məmmədova komitənin sertifikatı təqdim edilib. 

Çıxışlardan sonra iştirakçılar iki maraqlı panel müzakirəsini dinləyiblər. “Wisdom Meets Ambition: Empowering Youth Through Generational Collaboration” (“Müdriklik Ambisiya ilə Qovuşur: Nəsillərarası Əməkdaşlıqla Gənclərin Gücləndirilməsi”) mövzusunda keçirilən ilk paneldə müxtəlif nəsillərin təcrübəsinin gənclərin inkişafına necə töhfə verdiyi müzakirə olunub. Daha sonra “Building Global Connections: Empowering Youth Across Borders” (“Qlobal Əlaqələr Qurmaq: Gəncləri Sərhədlərdən Kənarda Gücləndirmək”) panelində qlobal əməkdaşlıq imkanları ön plana çəkilib.

Günün ikinci yarısı “Building Individual Resilience as a Youth Leader” (“Gənclərin lideri kimi şəxsi dözümlülüyün inkişafı”) mövzusunda təlim keçirilib. 

Bədii hissədə kamança ifaçısı Toğrul Orucovun canlı ifası və DJ Zaurun dinamik çıxışı gənclərə unudulmaz anlar yaşadıb. Tədbir milli həmrəyliyin simvolu olan “Yallı” rəqsi ilə davam etdirilib.

Forumun növbəti günündə baş tutan təlim “Your Career Journey: Purpose, Goals & Growth” (“Sənin Karyera Səyahətin: Məqsəd, Hədəf və İnkişaf”) adlanıb. Təlimi ABŞ-də fəaliyyət göstərən “Love Your Life. Transformative Coaching” şirkətinin rəhbəri və təsisçisi, peşəkar təlimçi Leyla Novruz keçib. Gənclərə şəxsi bacarıqların müəyyən edilməsi, məqsədlərin düzgün qurulması və uzunmüddətli inkişaf strategiyalarının hazırlanması barədə praktiki biliklər verib. İnteraktiv formada keçirilən təlimdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb. 

Bundan əlavə, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Nurlan Şükürün idarəçiliyi ilə “breyn rinq” keçirilib. Ölkəmizlə bağlı sualların üstünlük təşkil etdiyi yarışmada 6 müxtəlif komandada 30-dan çox gənc öz bilik və bacarıqlarını göstərib. Finalda “4+1” komandası qalib gəlib. Qalib komandaya hədiyyələr təqdim edilib.

Forumun birinci və ikinci günlərində “Birlikdə”, “Tarix dərsi, “Qarabağ Azərbaycandır” və “Diaspor Gənclərinin Yay Düşərgələri” layihəsinə aid videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Amerika–Azərbaycan Gənclərinin Forumu ilk dəfə 2024-cü ildə Vaşinqton şəhərindəki Corc Vaşinqton Universitetində keçirilib. Forum gənclərin ictimai fəallığının artması, şəbəkələşmə imkanlarının genişlənməsi və təşkilati bacarıqlarının inkişafında mühüm rol oynayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri