Icma.az
close
up
RU
Virtual epidemiya şərhçilik

Virtual epidemiya şərhçilik

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Lalə Mehralı

Məlum təyyarə qəzası barədə şərh verməyən qalmadı bu günlərdə sosial şəbəkələrdə. Pilota pilotluq öyrədən kim, qəzanın baş vermə versiyalarını ələkdən keçirən kim, rəy verən kim, proqnoz verən kim. Hamı özünü borclu hesab edir, hamı eyni cümlələri, eyni məlumatı yayımlayır, hamı bir-biri ilə yarışır. Əgər bu məlumata əsaslı rəy vermirsənsə, sübutlu-dəlilli əsaslandırman yoxdursa niyə özünü xəbər saytı, tv kanalı kimi aparmağa məcbur hiss edirsən? Hamı saytları izləyir, son xəbərləri görür, operativ məlumat paylaşan jurnalistlərdən informasiya alır, ən azı saytların sosial şəbəkə kanallarını izləyir, bilir. Nədir bu əsaslı-əsassız xəbər paylaşmaq hərisliyi?

Virtual dünyanın ən böyük bəlası da məhz budur - özünü hər məsələdə fikir bildirməyə borclu hesab etmək. Ətrafında olanlardan xəbərsiz olması bir çox insanda gərginlik hissinə səbəb olur, bu isə öz növbəsində başqaları ilə münasibətinə təsir edir, hadisələrdən geridə qaldığını, insanların sürətinə yetişə bilmədiyini düşünür. Yuxudan oyanır, görür hamı bir məlumat paylaşıb, o paylaşmayıb. Qıcıqlanır, sözün həqiqi mənasında. Sosial şəbəkədə məlumatının olduğu və ya olmadığı bütün hadisələr barədə fikir bildirmək üçün özünü məsul sayır əksəriyyət.

Çox insanın meylli olduğu dedi-qodu da beləcə yaranır əslində. Sadəcə məkan fərqi var. Əvvəllər evlərdən, çayxanalardan, küçə qapılarının önündən ayaq açıb yayılan bu dedi-qodular indi sosial şəbəkələrdə doğulur, ayaq açır və yeriyir. Hər hadisə baş verəndə bunu müşahidə edirik – hamı sui-qəsdçinin kimliyini, hansı ölkədən sifariş olunduğunu, nəyə görə hücum olunduğunu şərh edir, öz fərziyyələrini yazır, yalan-yalnış məlumatla kütləni ələ alır.

Dedi-qodunun cazibəsi eyni xəbəri yüz minlərlə adamın fərqli şərhlərlə yayması fonunda daha da artır. Bu da öz növbəsində o deməkdir ki eyni xəbəri hər zəka başqa cür qəbul edir, fərqli analiz edir, çeşidli sayda yayılmasına səbəb olur. Hamının hər hansı bir hadisə barədə fikir bildirməsi, mülahizə yürütməsi, şərh verməsi səni də buna təhrik edir, özünü buna borclu hiss edirsən. Daha sonra başqa bir xəbər, sonra digəri, sonra yenisi. Beləliklə günün boş keçmir, hər gün yeni mövzu var, hər gün gündəm dəyişir və sən hər biri haqqında düşünürək zehnini məşğul edirsən. Yuxu yatmırsan, vaxtında yemirsən, günün kompyuter arxasında, əlində telefon, hadisələrə rəy bildirməklə keçir. Bütün bunların fonunda ailənin, çevrənin, öz problemlərinin fərqində olmursan.

Hər problemin həlli üçün öz peşəkarına ehtiyac var. Məlum məsələdə də dövlət təhlükəsizlik orqanları lazım olanı edəcək, təyyarənin qəzasına nəyin səbəb olduğunu aşkarlayacaq, ictimaiyyətə məlumat veriləcək. Sakitləşin, dayanın, durun. Gözləyin və sadəcə öz işinizlə məşğul olun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri