Icma.az
close
up
RU
Virtual məkanda etnomədəni sabitlik və çağırışlar

Virtual məkanda etnomədəni sabitlik və çağırışlar

Icma.az bildirir, Bakupost portalına istinadən.


Müasir dövrdə internet və sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Rəqəmsal kommunikasiya vasitələri artıq yalnız informasiya mübadiləsi platforması deyil, həm də milli kimliklərin və mədəni dəyərlərin formalaşdığı mühüm virtual məkan funksiyasını yerinə yetirir. Bu baxımdan virtual mühitdə etnomədəni sabitliyin qorunması məsələsi bütün sosial platforma iştirakçılarının ən ümdə vəzifəsi olmalıdır.

Əlbəttə, informasiya axınının sərhəd tanımadığı bir dövrdə milli və etnik kimliklərin rəqəmsal müstəvidə təqdimatı yeni imkanlarla yanaşı, həm də ciddi çağırışlar yaradır. Sosial şəbəkələr müxtəlif xalqların mədəniyyətini tanıtmaq, onların dillərini yaşatmaq və ictimai inteqrasiyanı gücləndirmək üçün əlverişli platformaya çevrilsə də, eyni zamanda dezinformasiya və etnik qarşıdurma risklərini də artırır.

Azərbaycan tarixən multikultural dəyərlərin qorunduğu məkanlardan biri olub. Müxtəlif xalqların və dini icmaların əsrlərlə birgəyaşayış təcrübəsi ölkənin sosial-mədəni həyatında mühüm rol oynayıb. Sevindirici haldır ki, bu ənənə günümzdə rəqəmsal müstəvidə də davam edir. Sosial şəbəkələr Azərbaycanda yaşayan müxtəlif etnik qruplara öz mədəniyyətlərinin təbliği və informasiya mübadiləsi aparmaq üçün yeni imkanlar yaradıb.

Sosial şəbəkələr və etnomədəni kimlik

Qeyd etdiyimiz kimi, sosial şəbəkələr müasir dövrdə həm də etnik və mədəni kimliyin qorunması üçün mühüm vasitələrdən birinə çevrilib. Facebook, YouTube, Instagram, Tik-Tok və digər platformalarda müxtəlif xalqlara aid səhifə və qruplar fəaliyyət göstərir. Bu platformalarda milli adət-ənənələr, tarix, folklor, gündəlik həyat və ictimai proseslər haqqında məlumatlar paylaşılır.

Məsələn, Azərbaycanda yaşayan yəhudi icmasının “Azərbaycan Yəhudiləri - Beyt David” adlı sosial şəbəkə səhifəsi yəhudilərin Azərbaycandakı fəaliyyəti, ölkənin ictimai-siyasi həyatında iştirakı, milli və dini bayramları, eləcə də Azərbaycan-İsrail münasibətləri ilə bağlı məlumatlar paylaşılır. Xocalı soyqırımı ilə bağlı keçirilən aksiyaların işıqlandırılması isə göstərir ki, virtual platformalar yalnız mədəni deyil, həm də ictimai həmrəylik funksiyası daşıyır.

“Qafqaz Albaniyası Xalqları Birliyi” səhifəsi də sözün əsl mənasında rəqəmsal etnomədəni fəaliyyət nümunəsidir. Burada qədim alban mədəniyyətinə aid materiallar, tarixi tapıntılar, milli geyim nümunələri və video materiallar paylaşılır. Bu cür platformalar tarix və mədəni irsin qorunmasında mühüm rol oynayır.

Azərbaycandakı rus icmasının “Православие в Азербайджане”, “Ассоциация Русской Молодежи Азербайджана”, “Русская Община Азербайджана” və digər bu kimi aktiv səhifələr təkcə ölkəmizdəki ruslarla bağlı deyil, Azərbaycanda da baş verən mühüm hadisələrlə bağlı paylaşımlar edir.

Şahdağ xalqlarının sosial şəbəkə səhifələri də milli identikliyin virtual məkanda yaşadılmasının göstəricisidir. Müxtəlif dillərdə yayımlanan məlumatlar, foto və videolar həmin xalqların gündəlik həyatını, adət-ənənələrini və sosial problemlərini ictimaiyyətə çatdırır. Belə olan halda xalqlar arasında qarşılıqlı anlaşma güclənir, mədəni müxtəliflik daha geniş tanınır, stereotiplərin aradan qalxmasına şərait yaranır, gənc nəslin milli-mədəni irsə marağı artır və müxtəlif xalqlar arasında əməkdaşlıq imkanları genişlənir.

Rəqəmsal mühitdə sabit birgəyaşayış çağırışları

Etiraf edək ki, virtual məkanın yaratdığı imkanlarla yanaşı, ciddi problemlər də mövcuddur. İnformasiya texnologiyalarının sürətli inkişafı dezinformasiya və manipulyativ məzmunların da yayılmasını asanlaşdırıb.

Heç kimə sir deyil ki, etnik və dini mövzular sosial şəbəkələrdə ən həssas sahələrdən biridir. Yanlış və təhrif olunmuş məlumatlar bir çox hallarda xalqlar arasında inamsızlıq yarada, nifrət nitqini gücləndirə, radikal çağırışlara şərait yarada və ictimai sabitliyi poza bilər.

Xüsusən də sosial şəbəkələrdə anonimlik imkanları məsuliyyətsiz davranışları artırır. Bu kimi problemlər xüsusilə münaqişə və siyasi gərginlik dövrlərində daha qabarıq şəkildə özünü göstərir.

Virtual məkanda etnomədəni sabitliyin qorunması üçün əsas şərtlərdən biri media savadlılığının inkişafıdır. İnsanlar yalnız informasiyanı qəbul etməyi deyil, onu təhlil etməyi və doğruluğunu yoxlamağı bacarmalıdırlar.

Çox sadə olan bəzi prinsiplərə əməl etməklə biz cəmiyyətimizdə daha güclü sabit birgəyaşayış əldə edə bilərik. İlk növbədə qarşına çıxan yazılı və vizual informasiyanın mənbəyi yoxlanılmalı, nifrət nitqindən uzaq durulmalı, fərqli mədəniyyətlərə hörmətlə yanaşılmalı və ən nəhayət sosial şəbəkələrdə etik davranış qaydalarına əməl olunmalıdır.

Xüsusən də informasiya daşıyıcısı olan jurnalistlər, blogerlər və multikultural subyektləri təmsil edən istifadəçilər məsuliyyətli davranmalıdırlar.

Gənclər sosial şəbəkələrin ən fəal istifadəçiləridir. Buna görə də virtual məkanda etnomədəni sabitliyin qorunması məhz onların informasiya davranışından çox asılıdır.

Etnomədəni sabitlik və dövlət siyasəti

Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Milli azlıqların hüquqlarının qorunması, onların dil və mədəniyyətlərinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu barədə əvvəlki layihələrimizdə məlumatlar vermişik.

Rəqəmsal mühitdə də bu siyasət özünü göstərir. Yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif etnik qrupların sosial şəbəkələrdə sərbəst fəaliyyət göstərməsi, öz dillərində informasiya paylaşması və mədəniyyətlərini təqdim etməsi tolerant mühitin göstəricisidir.

Dövlət tərəfindən qəbul olunan qanunvericilik aktlarında irqi, dini və milli ayrı-seçkiliyin təbliği qadağan edilsə də söz və ifadə azadlığı prinsipləri qorunur. Bu balans virtual məkanda etnomədəni sabitliyin əsas dayaqlarından biridir.

Milli azlıqları təmsil edən sosial şəbəkə istifadəçiləri ana dillərindən müxtəlif məzmunlar paylaşır, milli folkloru təbliğ edir, bir sözlə rəqəmsal etnomədəniyyət formalaşdırırlar.

Texnologiyanın inkişafı ilə virtual məkanda yeni təhlükələr də yaranır. Baxmayaraq ki, biz hər zaman İKT-nin inkişafını müsbət qiymətləndirir, ondan yararlanmağı təşviq edirik. Amma son dövürlər həyatımıza çox sürətlə daxil olan süni intellektdə hazırlanmış saxta videolar, çaşdırıcı görüntülər etnomədəni sabitlik üçün ciddi risklər yaradır.

Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Lalə Zahidqızı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 İyun 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri