Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Visa ticarətin gələcəyini formalaşdıran Süni İntellekt, Token və Steyblkoin həllərini təqdim edir

Visa ticarətin gələcəyini formalaşdıran Süni İntellekt, Token və Steyblkoin həllərini təqdim edir

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Visa CEMEA regionunda tokenləşdirilmiş əməliyyatların payının 2023-cü ildəki 26%-dən 2026-cı ildə 70%-ə yüksəldiyini açıqlayıb. CEMEA regionunda steyblkoin əsaslı hesablaşmaların istifadəyə verilməsindən ötən bir il ərzində hesablaşma həcmləri təxminən 60 dəfə artıb

Visa bu gün Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionundakı müştərilər üçün yeni nəsil ticarətin inkişafını dəstəkləyən süni intellekt, steyblkoin və token texnologiyaları üzrə yeni imkanlarını təqdim edib. İyulun 1-də Parisdə keçiriləcək Visa Payments Forum (VPF) ərəfəsində şirkət süni intellekt və steyblkoinin ticarətin və pul vəsaitlərinin hərəkətinin həm müştəriyə görünən (front-end), həm də infrastruktur (back-end) səviyyəsində necə transformasiya yaratdığını nümayiş etdirib. Visa, eyni zamanda, müştərilərinə bu yeni texnologiyaları təhlükəsiz şəkildə tətbiq etmək, genişləndirmək və etibarlı rəqəmsal xidmətlər yaratmaq üçün təqdim etdiyi həllər barədə məlumat verib.

"Ticarət sürətlə yeni mərhələyə qədəm qoyur – o, daha ağıllı, proqramlaşdırıla bilən və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir," – deyə Visa-nın CEMEA regionu üzrə prezidenti Tariq Mahmud bildirib. "Rəqəmsal iqtisadiyyatda fəaliyyət göstərən şirkətlər üçün yeni texnologiyalar böyük imkanlar yaradır. Bununla yanaşı, etimad, təhlükəsizlik və qarşılıqlı əlaqə hər zamankından daha böyük əhəmiyyət daşıyır. Visa olaraq məqsədimiz ödəniş ekosisteminin həm müştəriyə görünən, həm də infrastruktur səviyyəsində innovasiyaları etibarlı şəkildə dəstəkləyən texnologiyalar təqdim etmək, bununla da istehlakçılar və bizneslər üçün daha keyfiyyətli təcrübə yaratmaqdır."

Süni intellekt əsaslı ticarətin inkişafı

Visa bildirib ki, süni intellekt ödəniş əməliyyatlarının başladılması, təsdiqlənməsi və təhlükəsiz şəkildə həyata keçirilməsi prosesini sürətlə transformasiya edir. Eyni zamanda, bu texnologiya yeni ticarət həllərinin hazırlanmasını, inkişaf etdirilməsini və bazara çıxarılmasını daha səmərəli edir. Süni intellekt agentləri istehlakçılar və bizneslər adından daha çox əməliyyat həyata keçirdikcə, Visa-nın agent əsaslı ticarət platforması olan Visa Intelligent Commerce bu agentlərin ödəniş əməliyyatlarını təhlükəsiz şəkildə aşkar etməsi, başlatması və tamamlaması üçün tələb olunan etimad, təhlükəsizlik və nəzarət mexanizmlərini təmin edir.

Bu ekosistemin etibarlı fəaliyyətini dəstəkləmək məqsədilə Visa agentlər tərəfindən başladılan əməliyyatların şəffaf və təhlükəsiz həyata keçirilməsi üçün bazar iştirakçıları ilə əməkdaşlıq edir. Bu təşəbbüslər çərçivəsində Visa New Generation şirkəti ilə birlikdə hazırladığı Agent Score həllini təqdim edib. Həll satıcılara veb-saytlarının agent əsaslı ticarətə hazırlıq səviyyəsini qiymətləndirməyə imkan verir. Buraya süni intellekt agentlərinin veb-saytda naviqasiya edə bilməsi, tapşırıqları düzgün başa düşməsi və əməliyyatları təhlükəsiz şəkildə yerinə yetirməsi daxildir. Visa həmçinin Agentic Directory həllini istifadəyə verib. Bu həll agent əsaslı ticarət ekosistemində təsdiqlənmiş agent və satıcıların vahid reyestrini formalaşdırır. Beləliklə, satıcılar hansı agentlərə etibar edə biləcəklərini, agentlər isə qarşılıqlı əlaqədə olduqları satıcıların etibarlı tərəfdaş olduğunu əvvəlcədən müəyyən edə bilirlər.

Tokenizasiya yeni nəsil rəqəmsal ödənişləri sürətləndirir

Visa bildirib ki, CEMEA regionunda elektron ticarətin sürətli inkişafını təmin edən əsas amillərdən biri tokenizasiyanın geniş tətbiqidir. Bu texnologiya elektron ticarət və mobil ödənişlərdə daha təhlükəsiz, rahat və fasiləsiz ödəniş təcrübəsi yaradır. Şirkətin məlumatına görə, CEMEA regionunda tokenləşdirilmiş əməliyyatların payı 2023-cü ildəki 26 faizdən 2026-cı ildə 70 faizə yüksəlib.

Bugün tokenlər artıq sadəcə kart məlumatlarını əvəz edən identifikator deyil. Ticarət yeni kanallar və süni intellekt agentləri vasitəsilə genişləndikcə, Visa tokenlərə əlavə kontekst məlumatları inteqrə edir. Buraya əməliyyatın növü, tokenin istifadə olunduğu mühit və ödənişi həyata keçirən tərəf haqqında məlumatlar daxildir. İkinci əsas nailiyyət token təminatı siqnalıdır. Tokendən istifadə hər əməliyyatın arxasında etimad siqnalı yaratmaq üçün onun təminat və davranış tarixçəsinə əsasən qiymətləndirilir.

Visa hesab edir ki, bu yeniliklər birlikdə tokenlərin etibarlı rəqəmsal və süni intellekt əsaslı ticarətdə rolunu daha da gücləndirəcək. Nəticədə, əməliyyatlar daha avtomatlaşdırılmış və ağıllı olduqca, maliyyə qurumları və bizneslər daha zəngin məlumat bazasına və daha etibarlı risk qiymətləndirmə imkanlarına malik olacaqlar.

Steyblkoin hesablaşmaların yeni mərhələsini formalaşdırır

Visa steyblkoin və blokçeyn texnologiyası əsasında qurulan infrastruktur vasitəsilə hesablaşmaların və pul köçürmələrinin modernləşdirilməsi istiqamətində əldə olunan yenilikləri də təqdim edib. Bu istiqamətdə şirkət Tokenized Deposits həllini inkişaf etdirir. Həll banklara ənənəvi depozitləri proqramlaşdırıla bilən və fasiləsiz fəaliyyət göstərən rəqəmsal aktivlərə çevirməyə imkan verir. Bunun sayəsində maliyyə institutları mövcud bank depozitlərinin etibarlılığını qorumaqla yanaşı, steyblkoinin təqdim etdiyi sürət və çeviklikdən də faydalana bilirlər.

Visa eyni zamanda müxtəlif regionlar, blokçeynlər və valyutalar üzrə steyblkoinlə hesablaşmaların həyata keçirilməsinə dair pilot layihələri genişləndirir. Şirkət 2025-ci ilin əvvəlində ilk steyblkoin əsaslı hesablaşma pilotlarını işə salıb. 2026-cı ilin mart ayına olan məlumata görə, VisaNet vasitəsilə milyardlarla ABŞ dolları dəyərində steyblkoin əməliyyatları həyata keçirilib və bu əməliyyatların illik dövriyyəsi təxminən 7 milyard ABŞ dollarına çatıb. Hazırda emitent banklar Visa ilə həftənin yeddi günü zəncir üzərində hesablaşmalar apara bilirlər. Visa bu modeli daha da genişləndirərək alıcı bankların da 7/24 hesablaşma imkanlarından faydalanmasını təmin etmək üzərində çalışır. Şirkətin məlumatına əsasən, CEMEA regionunda steyblkoin əsaslı hesablaşmalar istifadəyə verildikdən sonra son bir il ərzində əməliyyat həcmləri təxminən 60 dəfə artıb.

Visa həmçinin steyblkoinlə əlaqələndirilmiş kart proqramlarının inkişafını davam etdirir. Bu proqramlar istifadəçilərə Visa kartlarının qəbul edildiyi bütün ticarət nöqtələrində steyblkoin balanslarından gündəlik ödənişlər üçün istifadə etməyə imkan verir. Hazırda dünya üzrə 160-dan çox belə proqram istifadədədir və ya hazırlanma mərhələsindədir.

Süni intellekt məlumatları daha ağıllı qərarlara çevirir

Visa ödəniş ekosistemində qərarvermə prosesini təkmilləşdirmək məqsədilə müasir infrastrukturunu süni intellekt və data analitikası imkanları ilə birləşdirməyə davam edir. Şirkətin təqdim etdiyi həllərdən biri banklara müştərilərin ehtiyaclarını əvvəlcədən müəyyən etməyə kömək edən süni intellekt əsaslı Visa Trip Intelligence platformasıdır. CEMEA regionunda istifadəyə verilən bu həll VisaNet məlumatlarını üçüncü tərəf məlumatları ilə birləşdirərək müştərinin səyahət niyyətini müəyyən edə, fərdiləşdirilmiş səyahət ssenariləri formalaşdıra və banklara istifadəyə hazır analitik məlumat təqdim edə bilir. Bu imkanlar sayəsində banklar müştərilərlə səyahətdən əvvəl daha effektiv ünsiyyət qura, ödəniş prosesində yarana biləcək maneələri minimuma endirə və səyahət zamanı daha fərdiləşdirilmiş üstünlüklər, xidmətlər və təkliflər təqdim edə bilirlər.

Visa haqqında

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın hamı üçün genişləndirilməsi bütün dünyada insanların güzəranını yaxşılaşdırır və pulların gələcək qlobal hərəkətinin əsası təşkil edəcək. Daha ətraflı məlumat üçün: Visa.com.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://banco.az
archiveBu xəbər 30 İyun 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri