Icma.az
close
up
RU
Vitamin C qripin dərmanıdırmı? Elmi faktların işığında araşdırma

Vitamin C qripin dərmanıdırmı? Elmi faktların işığında araşdırma

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Soyuq fəsillərdə əhali arasında ən çox istifadə edilən vitaminlərdən biri C vitaminidir.

Xüsusilə qrip və soyuqdəymə mövsümündə insanlar bu vitamini ya profilaktik, ya da xəstəlik zamanı sağalma ümidi ilə qəbul edirlər. C vitamini haqqında formalaşmış ən geniş yayılmış inanclardan biri də onun qripin qarşısını aldığı və ya onu müalicə etdiyi fikridir. Bəs bu inanc elmi əsaslara söykənirmi?

C vitamininin geniş populyarlaşması 1970-ci illərdə Nobel mükafatçısı Linus Paulingin araşdırmalarına əsaslanır. O iddia edirdi ki, gündəlik yüksək dozada C vitamini qəbul etmək insanı soyuqdəymədən qoruyur və xəstəliyin daha yüngül keçməsinə səbəb olur. Bu iddia dünya miqyasında geniş yayılsa da, sonrakı tədqiqatlar bu fikri ciddi şəkildə sınağa çəkdi.

2007-ci ildə nüfuzlu Cochrane Library tərəfindən yayımlanan geniş meta-analizdə 11.000-dən çox iştirakçının qatıldığı 29 müxtəlif elmi araşdırma nəzərdən keçirilib. Nəticələrə görə, profilaktik şəkildə qəbul edildikdə C vitamini soyuqdəymə hallarını orta hesabla 8% azaldır. Atletlər və fiziki cəhətdən yüklənmiş şəxslərdə bu göstərici 50%-ə qədər yüksələ bilər, lakin bu spesifik kateqoriyaya aiddir. Xəstəlik başladıktan sonra C vitamini qəbul etmək, xəstəliyin nə müddətini, nə də şiddətini əhəmiyyətli dərəcədə dəyişmir.

ABŞ Milli Sağlamlıq İnstitutu (NIH) bildirir ki, C vitamini gündəlik qəbul üçün vacibdir, lakin qripin müalicəsində istifadəsinin klinik olaraq sübut edilmiş effektli forması yoxdur.

Dünya Səhiyyə Təşkilatı (WHO) da C vitamininin yüksək dozada istifadəsinin qrip və digər virus infeksiyalarının qarşısını aldığı barədə elmi sübut olmadığını vurğulayır.

C vitamininin artıq dozada (1000–2000 mg və daha çox) qəbul edilməsi bir çox insan tərəfindən təhlükəsiz qəbul edilsə də, bu, böyrək daşı riski, mədə-bağırsaq pozğunluğu, dəmirin həddindən artıq sorulması kimi problemlərə səbəb ola bilər.

NIH tərəfindən tövsiyə olunan gündəlik qəbul miqdarı 65–90 mq, maksimum təhlükəsiz doz isə 2000 mq olaraq müəyyən edilib.

Mövcud elmi sübutlara əsasən belə qənaətə gəlmək olar ki, Vitamin C qripin nə qarşısını alan, nə də onu müalicə edən vasitə deyil. Onun orqanizmdə immun sistemini dəstəkləyici rolu var və düzgün, balanslı qidalanmanın bir hissəsi kimi əhəmiyyətlidir. Amma qripə qarşı “dərman” kimi istifadəsi elmi baxımdan əsaslandırılmır.

Leyla Mirzə

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri