Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Vitaminlər bizə kömək edir, yoxsa təhlükə yaradır?

Vitaminlər bizə kömək edir, yoxsa təhlükə yaradır?

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsan orqanizminin normal fəaliyyəti üçün orqanizmə daim müxtəlif maddələr - zülallar, yağlar, karbohidratlar, müxtəlif makro və mikroelementlər, vitaminlər və s. daxil olmalıdır.

Orqanizm üçün çox böyük əhəmiyyət kəsb edən vitaminlər müxtəlif proseslərdə aktiv iştirak edirlər. Orqanizmin vitaminlərə olan gündəlik tələbatı isə çox da böyük deyil. Lakin hər hansı bir vitaminin çatışmazlığı müxtəlif pozulmalara səbəb ola bilər.

Həkim-konsultant Yazgül Abdiyeva bildirib ki, vitaminlərin orqanizmə daxil olması pozulduqda hipovitaminoz, vitaminlərin daxil olması tam kəsildikdə isə avitaminoz inkişaf edir. Hər ikisinin insanın sağlamlığı üçün ziyanlı olduğunu deyən həkim deyib ki, orqanizm vitaminlərin əksəriyyətini sintez edə bilmir. Bu isə o deməkdir ki, vitaminlər orqanizmə daim xaricdən daxil olmalıdır.

Y.Abdiyevanın sözlərinə görə, insan sağlamdırsa və normal qidalanırsa, bu, onun vitaminlərlə tam təmin olunmasına kifayət edir. Lakin bəzi xəstəliklər zamanı (mədə-bağırsaq sistemi xəstəlikləri, mübadilə proseslərin pozulmaları və s.), xəstəlikdən sonra bərpa dövründə, uşaqlarda aktiv inkişaf dövrlərində, hamiləlik zamanı və s. vitaminlərin orqanizmə daxil olması kifayət etməyə bilər. Bu halda həkim vitamin-mineral komplekslərin birini təyin edə bilər. Belə kompleksləri yalnız həkimin məsləhəti ilə qəbul etmək olar. Belə ki, artıq miqdarlarda orqanizmə daxil olan vitaminlər orqanizmə ziyan gətirə bilər:

"Elmdə 50-yə yaxın vitamin tanınır. Bu vitaminlərin orqanizmdə funksiyası öyrənilib. Vitaminlərin bir hissəsi suda, digərləri ilə yağda həll olunur. Suda həll olunan vitaminlər B qrupu, C, H, PP-dir. Yağda həll olunan vitaminlər isə A, D, F, E, K-dır. Bunları bilmək çox vacibdir, çünki bunu bilən insan vitaminlərin normal mənimsənilməsini təmin edə bilər. Bildiyimiz kimi, bir çox sarı, qırmızı, yaşıl tərəvəzlərdə A vitamini var. Bu vitaminin normal mənimsənilməsi üçün yağ lazımdır. Məsələn, tərəvəz salatlarına mütləq bitki yağı əlavə etmək lazımdır. Suda həll olunan vitaminlər orqanizmdən tez xaric olunur və burada yığılmır. Bu səbəbdən bu vitaminlər orqanizmə hətta lazım olandan artıq miqdarlarda daxil olduqda bu əksər hallarda hipervitaminozun inkişafına səbəb olmur. Yağda həll olunan vitaminlər isə orqanizmdən daha gec xaric olunur və artıq miqdarda daxil olduqda orqanizmdə, xüsusilə qaraciyərdə və piy toxumasında yığılır. Bu isə sağlamlıq üçün təhlükəli sayılır. Lakin onu da bilmək lazımdır ki, normal adi qidalanma hipervitaminozun inkişafına səbəb olmur. Hipervitaminoz vitamin-mineral komplekslərinin nəzarətsiz olaraq qəbulunun nəticəsində inkişaf edə bilər".

Hipervitaminozların 2 növünün olduğunu deyən Y.Abdiyeva qeyd edib ki, 1-ci növə aid olan hipervitaminoz kəskin, bir dəfəyə vitamin və ya vitaminlərin yüksək dozada qəbulu nəticəsində yaranır, zəhərlənmə simptomlarına bənzəyir. Hipervitaminozların 2-ci növü vitaminlərin miqdarı normal dozadan bir qədər artıq olmaqla uzun müddət qəbul etdikdə yaranır.

Həkim əlavə edib ki, mütəxəssislər qış-yaz mövsümündə hipovitaminozun profilaktikası məqsədilə il ərzində 2-3 kursla 1-2 ay müddətində vitamin komplekslərinin qəbulunu məsləhət görürlər. Əgər bu komplekslərin tərkibində yüksək miqdarda yağda həll olan vitaminlər varsa, belə kursun müddətini 3 həftəyə kimi məhdudlaşdırmaq məsləhətdir.

Hansı vitaminlər təhlükəlidir?

Y.Abdiyeva deyib ki, yağda həll olan vitaminlərin artıqlığı insan orqanizminə daha ciddi neqativ effekt göstərir. Onun sözlərinə görə, hipervitaminozun müalicəsi qeyd edilən vitaminlərin orqanizmdə uzun müddət ərzində toplanması xüsusiyyətinə görə çətinləşir. Bu nöqteyi-nəzərdən ən təhlükəli vitaminlər A, D, E, K hesab edilir: "Suda həll olan vitaminlərin artıqlığı elə də təhlükəli deyil. Belə ki, onlar orqanizmdən sidiklə xaric olunur. Ona görə ürək bulanması, övrə, diareya kimi əlavə təsirlərin yaranması bu vitaminlərin həddindən artıq dozada qəbulu ilə əlaqədar ola bilər. Bu simptomlar hipervitaminozu yaradan preparatların dayandırılması ilə keçir".

Y.Abdiyeva deyib ki, A vitamininin hipervitaminozu zamanı böyüklərdə dəridə səpki, dərinin qabıqlanması, çatların əmələ gəlməsi, saçların tökülməsi, süstlük və yuxuculluq, baş ağrısı və başgicəllənmə, iştahanın pisləşməsi, bədən çəkisinin itirilməsi kimi əlamətlər müşahidə edilir. Qeyd edilən vitaminin artıqlığı xolesterinin artmasına səbəb olur, sidik-cinsiyyət sisteminin və böyrəklərin funksional fəaliyyətini pozur.

Uşaqlarda isə kəskin A hipervitaminozu zamanı kəllədaxili təzyiqin artması, əmgəyin qabarması, bədən temperaturunun yüksəlməsi, ürək bulanması, yuxuculluq, xronik A hipervitaminozu zamanı iştahanın zəifləməsi, dəridə dəyişikliklər, seboreyanın yaranması, saçların tökülməsi, damaqda qan axmalara səbəb olur.

A hipervitaminozunun müalicəsi zamanı tərkibində retinol olan preparatların qəbulunun dayandırılması, eyni zamanda tərkibində yüksək miqdarda A vitamini olan qidaların (süd məhsulları, dəniz heyvanları və balıqlar) məhdudlaşdırılması lazımdır.

D vitamininin hipervitaminozu iştahanın zəifləməsi, ürək bulanması və qusma, baş ağrısı və oynaqlarda ağrı, damarların spazmı, həzm sisteminin fəaliyyətinin pozulmasına səbəb olur. Uzun müddət hipervitaminoz osteoporoza səbəb olur, həmçinin damar divarlarında, böyrəklərdə, ürəkdə və ağciyərlərdə Ca toplanmasına gətirib çıxarır: "Bu, uşaqlar üçün xüsusilə təhlükəlidir. Yüksək dozada vitamin D-nin qəbulu ilə bağlı orqanizmin intoksikasiyası xronik pielonefrit, xronik böyrək çatışmazlığının yaranmasına səbəb ola bilər. Hipervitaminoz D-nin müalicəsinə tərkibində bu vitamin olan preparatların qəbulunun dayandırılması və insolyasiya, A, E vitaminlərinin təyini, venadaxili sidikqovucu preparatlarla maye köçürülməsi daxildir. Ağır hallarda prednizolonla qısa kurs müalicə də aparılır".

Böyrəklərdə daş yarada bilən vitamin

Tədqiqatlar göstərir ki, E vitaminin artıq dozada qəbulu A, D, K kimi yağda həll olan vitaminlərin mənimsənilməsini pozur.

E vitamininin artıq miqdarı orqanizmdən ödlə xaric olunur. Qeyd edilən vitaminin uzun müddət qəbulu hipertriqliseridemiyaya, təzyiqin yüksəlməsinə səbəb olur. Yapon alimləri hesab edirlər ki, E vitamininin artıqlığı osteoporoza səbəb olur.

Y.Abdiyeva qeyd edib ki, E vitamininin hipervitaminozu simptomlarına baş ağrısı, yorğunluq, görmədə ikiləşmə və diareya aiddir. E hipervitaminozun müalicəsi zamanı tərkibində bu vitamin olan preparatların qəbulunun dayandırılması, eyni zamanda tərkibində yüksək miqdarda E vitamini olan qidalar - yağ, qaraciyər, mal əti, süd məhsulları, yumurta, siyənək balığı, paxlalı və dənli bitkilər məhdudlaşdırılmalıdır.

Y.Abdiyeva qeyd edib ki, adətən C vitamininin artığı böyrəklərlə xaric olunur. Lakin normadan artıq miqdarda uzun müddət C vitaminin qəbulu dərinin qızarmasına, görmənin zəifləməsinə, baş ağrısı və başgicəllənmə, narahatlıq hissi, yuxusuzluq, qadınlarda aybaşı tsiklinin ləngiməsinə, böyrəklərdə daşların əmələ gəlməsinə, arterial təzyiqin yüksəlməsinə səbəb olur: C hipervitaminozun müalicəsi həkimin nəzarəti altında simptomatikanın aradan qaldırılmasına yönəldilir.

B qrup vitaminlərin hipervitaminozu isə özünü daha çox B6, B5 və B9 vitaminlərinin artıq miqdarda qəbulu zamanı büruzə verir. Bu hipervitaminoz zamanı baş ağrısı, ürək bulanma, ürəkdöyünmə, yuxusuzluq və həyəcan, hərəkət koordinasiyasının pozulması, arterial təzyiqin yüksəlməsi, əllərdə keyləşmə, ayaqlarda arabir sancma kimi ümumi əlamətlər müşahidə edilir. Uşaqlarda isə allergik reaksiyalar yaranır. B qrup vitaminlərin hipervitaminozunun müalicəsi üçün tərkibində bu qrup vitaminlər olan preparatların qəbulunun dayandırılması lazımdır.

Trend.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Oktyabr 2026 06:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri