Icma.az
close
up
RU
Suallarla vitaminlər...

Suallarla vitaminlər...

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Vitamin nədir, orqanizmimiz üçün lazım olan bütün vitaminlərin hamısını qidalardan almaq mümkündürmü, vitamin həbləri iştahanı artırırmı? Yəqin ki, bu sualların cavabını siz də bilmək istəyirsiniz. Elə isə aşağıdakıları oxuyun...
- Vitamin nədir?
- Sağlamlığımız, həmçinin orqanizmimizdə maddələr mübadiləsinin normal fəaliyyəti üçün lazım olan maddələrdir. Vitaminlər əsasən iki qrupa ayrılırlar: suda həll olan vitaminlər (C və B qrupu vitaminləri, həmçinin foli turşusu, sianokobalamin, biotin) və yağda həll olan vitaminlər (A, D, E və K vitaminləri).
- Orqanizmimiz üçün lazım olan bütün vitaminlərin hamısını qidalardan almaq mümkündürmü?
- Əlbəttə. Tərkibində kifayət qədər protein, yağ və karbohidrat olan qidalar bəzi istisnalar olmaqla orqanizmi vitaminlərlə də təmin edir.
- Qidaları saxladıqda vitamin itkisinə məruz qalırmı?
- Ümumiyyətlə, qidaları bişirdikdə, saxladıqda və ya qızdırdıqda vitamin itkisinə məruz qalır. İstilik, hava və işıq kimi amillər yağda həll olan vitaminlərə bir o qədər də təsir göstərmir, suda həll olan vitaminlərdə isə qismən parçalanma gedir. Buna görə də, qidaları qaynatmaq və qızartmaq suda həll olan vitaminlərin itməsinə səbəb olur. Yemək suyunu atdıqda da eyni proses baş verir. C vitamini isə vitaminlər arasında ən həssas vitamindir. Məsələn, portağal suyunu sıxıb soyuducuda saxladıqda C vitamini azalır.
- Vitamin çatışmazlığına səbəb olan amillər hansılardır?
- Vitamin çatışmazlığının başlıca səbəbləri aşağıdakılardır:
Kifayət qədər qidalanmama, qidalanma ilə bağlı bəzi yanlış vərdişlər, dişlərlə bağlı problemlər, düzgün qidalanmama...
Yetkinlik dövrünə çatan uşaqlarda, siqaret çəkənlərdə, hamiləliyə qarşı həb qəbul edənlərdə, hamiləlik və zahılıq dövrlərində, ciddi infeksiyalarda, qızdırmalı xəstəliklərdə, həzm sistemində olan problemlərdə, ishalda və ya uzunmüddətli dərman müalicələrində də orqanizmin vitamin tələbatı artır.
- Vitaminlər köklüyə səbəb olurmu?
- Yox. Çünki vitaminlərdə kalori yoxdur.
- Vitamin həbləri iştahanı artırırmı?
- Orqanizmdə A, B1 və C vitaminlərinin çatışmaması iştahanın azalmasına səbəb olur və bu vitaminləri qəbul etməyə başladıqda iştaha artması müşahidə olunur. Əgər sizdə vitamin çatışmazlığı yoxdursa, əlavə vitamin qəbul etməklə iştahanızı artıra bilməzsiniz.
- Vitamin həblərini günün hansı saatlarında qəbul etmək məsləhətdir?
- Vitamin həblərini günün hər hansı saatında qəbul etmək olar. Lakin vitaminlərin hər gün eyni saatda qəbul olunması daha məqsədəuyğundur.
- İqlim və ya coğrafi şərait vitamin tələbatına təsir göstərirmi?
- Bu, əsasən D vitamini üçün xarakterikdir. D vitamininin əsas mənbəyi dəridir. Günəşsiz və bağlı yerlərdə D vitamininə tələbat da çoxdur.
- Günəş şüası altında qalmaqla orqanizmin D vitamininə olan tələbatını ödəmək mümkündürmü?
- Mümkündür. D vitamini skelet quruluşumuzun formalaşmasında və inkişaf etməsində mühüm rol oynadığı üçün körpələrin, uşaqların, hamilə və əmzikli qadınların D vitamininə ehtiyacı daha çoxdur. Hətta son tədqiqatlar yaşlılarda da D vitamininə tələbatın artdığını göstərir.
- Kök adamlarda da vitamin çatışmazlığı mümkündürmü?
- Əlbəttə. Kalorili qidalar əsasən vitamin baxımından kasıb olurlar. Buna görə də, kök adamlarda vitamin çatışmazlığının olması təbiidir.
- Kalsiumun orqanizm üçün hansı əhəmiyyəti var?
- Sümük, diş və dırnaqların formalaşmasında əsas rol oynayan maddələrdən biri də kalsiumdur. Kalsium həmçinin sümük əriməsinin də qarşısını alır.
- Dəmirin insan orqanizmi üçün əhəmiyyəti nədir?
- Qanda eritrositlər deyilən qırmızı qan hüceyrələri toxumalara oksigen daşımaqla məşğuldur. Bu funksiyanı eritrositlərin tərkibində olan hemoqlobin adlı maddə yerinə yetirir. Bu maddənin əsas tərkib hissəsini isə dəmir təşkil edir. Dəmir çatışmazlığı qan azlığına və nəticə etibarı ilə yorğunluğa və iş qabiliyyətinin azalmasına gətirib çıxarır.
- Qadınlarda dəmirə olan tələbat kişilərdən fərqlidirmi?
- Əlbəttə. Belə ki, kişilərdə dəmirə olan gündəlik tələbat 10 mq, qadınlarda isə 15 mq-dır.
- Dərmandan istifadə etmək vitamin tələbatını artırırmı?
- Əlbəttə. Bunlar arasında əsas yeri antibiotiklər tutur. Antibiotiklər daha çox B2 və C vitaminlərinə olan tələbatı artırır. 
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Dekabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri