Icma.az
close
up
RU
Vitse spikerdən İran İsrail münaqişəsinə REAKSİYA

Vitse spikerdən İran İsrail münaqişəsinə REAKSİYA

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin vitse-spikeri Musa Qasımlı İranla İsrail arasındakı hərbi münaqişəyə münasibət bildirib.

Modern.az xəbər verir ki, vitse-spiker tarixi bilməyin vacibliyini qeyd edib:

"Qonşuluğumuzda baş verən hadisələrə münasibət bildirməyimi istəyən media nümayəndələrinə bir tarixçi olaraq deyirəm ki, tarixi bilmək vacibdir. Amma bütün məsələləri tarixə istinadən təhlil edib nəticələr çıxarmaq doğru olmaya bilər, şərait dəyişir. Qonşuluğumuzda müharibənin getməsi pis haldır. Yaxşısı budur ki, Azərbaycan sabitsizlik dənizində sabitlik adasıdır. Bizim üçün ən başlıcası milli-dövlət maraqlarımızın qorunması, yeni milli ideyamızın həyata keçirilməsi, bizi hansı qütbdən olursa-olsun təhdid edənlərin və təhdid etməyə çalışanların daim zəif olmaları, böyük güclərlə düşmənçilik şəraitində yaşamaları, başlarının özlərinə qarışmasıdır".

M.Qasımlı söyləyib ki, yaranmış şəraiti düzgün qiymətləndirməkdən ötrü bəzi məsələləri dərindən təhlil etmək faydalı olar:

"Aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:

- qarşımızda dayanmış çox böyük bir tabloya diqqətlə baxmaq, ilk baxışda görünməyən, arxada gizlənən və dərin məna daşıyan bütün cizgiləri görmək zəruridir. Heç də hər şey göründüyü kimi sadə deyildir, dünya daha böyük müharibənin astanasındadır. Hər şey dövlətlərin bundan sonrakı davranışlarından asılıdır;

- müharibəni başlayan tərəf heç bir zaman qısa və uzunmüddətli planlama aparmadan addım atmır. Tarix boyu müharibəyə xərc çəkən dövlət başqalarının deyil, özünün maraqlarını güdür, onu da sonradan artıqlaması ilə götürür, məğlub etdiyi ölkədə rejimi dəyişir, təbii sərvətlərini ələ keçirməkdən, “almanı bütöv yeməkdən” ötrü onu etnik əlamətlərə görə parçalayıb özünə əlavə problemlər törətmir, dərhal sabitlik yaratmağa kömək edir. Amma rejim dəyişdikdən sonra da çoxlu problemlər yarana bilər;

- baş verənlər bir neçə on il əvvəl planlaşdırılmış “Böyük Orta Doğu layihəsi”nin həyata keçirilməsi deyilmi? Bu layihənin nədən olduğuna diqqət yetirmək, coğrafiyanın yenidən cızılmasına, yeni zəif bir dövlətin yaradılmasına gətirib çıxarmayacaqmı? Onun nəticələri necə ola bilər?

- apardığı müharibədə cənubdan silah alan şimal qonşumuzun xarici təminatdan məhrum edilərək məğlub olması, Yaxın və Orta Şərqdən tamamilə sıxışdırılıb çıxarılması məqsədi daşımırmı? Hələ XX əsrin 80-ci illərində Sov. İKP MK Siyasi Bürosunun iclaslarının birində Suriyadakı şərait müzakirə edilərkən sovet rəhbəri deyir ki, bizim Yaxın, Orta Şərqdən çıxmağımız mövqelərimizi itirməyə gətirər, hansı vasitələrlə olursa-olsun biz orada qalmalıyıq;

- cənub qonşumuzla geniş iqtisadi, enerji əlaqələri olan Çinin zəiflədilməsi niyyəti güdmürmü və s".

Birinci cildi 18 il əvvəl - 2007-ci ildə, ikinci cildi 2008-ci ildə Bakıda, rus dilində birinci cildi 2008-ci ildə, ikinci cildi 2010-сu ildə Moskvada, türk dilində birinci cildi 2013-cü ildə, ikinci cildi 2012-ci ildə Ankarada çap edilmiş “SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək”) adlı irihəcmli monoqrafiyasından da iqtibas edib:

"Monoqrafiyalarımdan təqdim etdiyim səhifələrin qısa məzmunu aşağıdakılardan ibarətdir. 1978-1979-cu illər İran İslam inqilabından sonra qurulan yeni rejim ABŞ, SSRİ və İsraili  “üç şeytan” elan etdi. “Şeytan”lardan biri elan edilməsinə baxmayaraq, cənub sərhədlərindən ABŞ-ın və İsrailin qovulmasından məmnun qalan SSRİ yeni rejimlə əməkdaşlıq etdi. Çünki Sovet İttifaqı ABŞ-ın yerləşdiyi, mövcud olduğu İranla deyil, zəif bir İranla qonşu olurdu.

İran neftinin 40%-də payı olan ABŞ-ın bu ölkədən vurulub çıxarılması ağır şərait yaratdı. ABŞ NATO-da müttəfiqi olmasına baxmayaraq, əgər inqilabdan əvvəl Türkiyəyə çox diqqət yetirmirdisə, inqilabdan sonra Türkiyəyə daha çox möhtac oldu, çıxarılan qüvvələrinin bir hissəsini orada yerləşdirdi.

Türkiyə özünü milli maraqlarını əsas götürərək İran işlərinə müdaxilə etmədi. Çünki qonşuluğunda Qərblə düşmən olan zəif bir yeni rejim qurulmuşdu. Onun yenidən nə zaman güclənəcəyi bəlli deyildi. 1980-ci il 12 sentyabrda Türkiyədə hərbçilər çevriliş etdilər. Kənan Evren hakimiyyətə gəldi. Bir müddət sonra ABŞ-da Dünya Bankında işləmiş Turqut Özal Baş nazir seçildi. ABŞ-ın Yaxın, Orta Şərq siyasətində Türkiyənin rolu artmağa başladı.

Düşmən elan edilənlər İraqla müharibədə İrandakı yeni rejimə yardım edərək ərəb millətçiliyini zəiflətdilər.

Bunun əksi yarandıqda mənzərə necə olar?!"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri