Icma.az
close
up
RU
Viza tələbi tamamilə aradan qalxarsa, Şimali Makedoniya ilə turist axını aktivləşər AÇIQLAMA

Viza tələbi tamamilə aradan qalxarsa, Şimali Makedoniya ilə turist axını aktivləşər AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda səfərdə olan Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova ölkəsi ilə Azərbaycan arasındakı diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqinin ləğv edilməsindən danışıb. Dövlət başçısı bildirib ki, dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyulacaq.

Bəs Azərbaycanla Şimali Makedoniya arasında viza tələbi tamamilə ləğv edilərsə, bu, turizmin inkişafına təsir edə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirdi ki, bu hal biznes səfərlərinin sayını artıra bilər:

"Şimali Makedoniya və Azərbaycan arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələblərinin ləğv olunması, əlbəttə ki, iki ölkə arasında diplomatik, siyasi və iqtisadi əlaqələrin güclənməsinə kömək edir. Biznes səfərlərinin sayı artırıla bilər, gələcəkdə qarşılıqlı gəliş-gedişi diplomatik səviyyədə artıra bilər. Lakin bu, turizm nöqteyi-nəzərdən, bütün vətəndaşlara tətbiq edilmədiyi üçün demək olmaz ki, bu, turizm axınına ciddi şəkildə təsir edəcək. Qeyd etmək lazımdır ki, bu, gələcək üçün bir başlanğıc ola bilər. Digər bəzi ölkələr kimi, Albaniyada da Azərbaycan vətəndaşları üçün vizanın aradan qaldırılması həyata keçirilə bilər. Qarşılıqlı gəliş-gediş, turizm nöqteyi-nəzərindən artmış olar. Bu, turist axınının aktivləşməsinə səbəb ola bilər".

Ekspert qeyd etdi ki, bu başlanğıcla gələcəkdə ümumi vizaların aradan qaldırılması ehtimalı ola bilər.

"Şimali Makedoniya, baxmayaraq ki, rəsmi olaraq Avropa İttifaqı ölkələrinə daxil deyil, amma bir Avropa ölkəsidir. Ölkə kifayət qədər turizm potensialına malikdir. Nəzərə alsaq ki, Azərbaycandan ölkə xaricinə gedən turistlərin sayı kifayət qədər çoxdur və bu potensial var. Bu kimi ölkələr Azərbaycanı da turizm nöqteyi-nəzərdən özlərinə cəlb etməkdə maraqlıdırlar. Amma hal-hazırkı bu vəziyyət diplomatik və xüsusi xidmət pasport sahibləri üçün vizanın ləğv olunması, iki ölkə arasında siyasi, iqtisadi yaxınlaşmalara, biznes əlaqələrinin inkişafına xidmət edir. Makedoniya Balkanların turizm potensialı olan, öz mədəniyyəti, arxitekturası, gölləri və iqlim, relyef şəraiti ilə əslində turizm potensialı yüksək ölkələrdəndir", - deyə C.Aşurov bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Mart 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri