Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Vladimirin sərsəmləməsi: Rusiya Azərbaycandan nə istəyib?

Vladimirin sərsəmləməsi: Rusiya Azərbaycandan nə istəyib?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski Azərbaycana qarşı sərsəm açıqlama verib. Ukrayna ilə müharibədən danışan Rusiya rəsmisi ölkəsinin işğal etdiyi Ukrayna ərazilərini Azərbaycanın Qarabağ bölgəsi ilə müqayisə edib və ərazimizi mübahisəli bölgə adlandırıb.

Medinskinin qərəzli fikirlərinə rəsmi Bakının cavabı gecikməyib. Azərbaycan Xarici İşlər Nazirliyi bu yanaşmanı təəccüblü hal adlandırıb və Rusiya prezidentinin köməkçisinə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib. Təbii ki, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Rusiya prezidentinin köməkçisinin Qarabağı mübahisəli ərazi adlandırması suallar yaradıb.

Oxu.Az bu suallara "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu ilə aydınlıq gətirib.

- Elxan bəy, Vladimir Medinskinin açıqlamasının məqsədi nə ola bilər?

- Medinskinin bu açıqlaması o deməkdir ki, əslində, Rusiyanın siyasi dairələri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmirlər. Medinskinin rəhbəri Vladimir Putin hələ 2023-cü ildə belə bir açıqlama vermişdi ki, "Ermənistan Qarabağı rəsmən Azərbaycanın bir hissəsi kimi tanıyıb. Rusiya bu halda nə etməlidir? Praqada Qarabağın Azərbaycana məxsus olduğunu tanıdılar. Sonra 2023-cü ilin əvvəlində eyni şeyi ikinci dəfə, Brüsseldə analoji görüşdə təkrarladılar". Yəni bu fikirdən belə çıxır ki, Paşinyan Rusiyanın dediyini etsəydi, Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə Rusiya mane olacaqdı.

Bu cür açıqlamaları biz son illərdə, son aylarda dəfələrlə eşitmişik. Bu baxımdan, aydındır ki, o, Medinskinin beyninin məhsulu deyil. Baxmayaraq ki, Rusiya hakimiyyəti, şəxsən Putin Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Amma bu açıqlamanın ardınca baş verənlərə baxaq. Azərbaycan Xarici İşlər Nazirliyinin Medinskinin açıqlamasına etirazından sonra Rusiyanın dövlət agentliyi "RİA Novosti" çox qəribə bir açıqlama verdi: "Moskva Azərbaycanın Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir". Təbii ki, bu, təxribatdır və Kremlin Bakıya ötürdüyü mesajdır.

İşğal edilən əraziləri Azərbaycanın tanıması mümkün deyil. Çünki özümüz də 30 il bu bəla ilə mübarizə aparmışıq. Digər tərəfdən, çox maraqlıdır ki, Rusiya ilk dəfə belə bir istəklə çıxış edir, üstəlik, Azərbaycana qarşı. Rusiyanın çoxsaylı müttəfiqləri və tərəfdaşları var. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ), Çin yaxın tərəfdaşıdır və s. Moskva niyə tərəfdaş olaraq bu tərəflərə həmin ərazilərin tanınması üçün müraciət etmir, amma Azərbaycanın adını çəkir? Üstəlik, Azərbaycan nə KTMT-nin üzvüdür, nə də Aİİ-nin.

Rusiya ilə imzaladığımız Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də bu təklifin səslənməsinə əsas vermir. Hərçənd ki, Rusiya özünü heç müttəfiq kimi də aparmır. Ən azından, bizim təyyarə vuruldu, insanlarımız həlak oldular, yaralandılar, amma Rusiya heç bir tədbir görmədi, cinayətkarlar cəzalanmadılar. Bu məsələni həll etməmələri bir yana, hələ Ukraynanın işğal olunmuş ərazilərini tanımağımızı da istəyirlər. Halbuki Azərbaycan bunu etməz. Bu isə bir daha onu göstərir ki, Rusiyanın Xankəndidə konsulluq açmaq istəyini yerinə yetirə bilmərik.

- Medinskinin açıqlamasında bir yanlış məqam da ərazilərin yersiz müqayisəsidir. Rusiya rəsmiləşdirmək istədiyi əraziləri işğal edib, Azərbaycan isə əksinə, öz torpağı olan Qarabağı işğaldan azad edib. Siyasi etika və beynəlxalq hüquq baxımından bu müqayisə tamamilə yanlışdırsa, Medinski bununla hansı mesajı verir?

- Qarabağ Azərbaycan ərazisidir və biz öz torpaqlarımızı işğaldan azad etmişik. Rusiya burada əks istiqamətdə heç nə edə bilməz. Birinci Qarabağ müharibəsində biz dövlət kimi tam formalaşmamışdıq, vahid ordumuz yox idi, qarışıqlıq mövcud idi və s. Amma indi kifayət qədər güclü dövlətimiz, ordumuz və Türkiyə kimi müttəfiqimiz var. Mümkün deyil ki, Qarabağda hansısa təxribat həyata keçirilsin. Rusiyanın təhdidi yalnız başqa istiqamətlərdə ola bilər. Məsələn, miqrant siyasətini sərtləşdiriblər və yaxud kənd təsərrüfatı məhsullarımız sərhəddə gözlədilir və digər bu kimi yollarla təzyiq edilə bilər. Amma biz onların dediyini edə bilmərik. Ərazi bütövlüyü bizim "qırmızı xətt"imizdir. Sadəcə, bunu təhdid kimi bizə xatırladırlar ki, "siz Krımı Rusiyanın ərazisi kimi tanımayana qədər, Ukrayna ilə əlaqələriniz davam edənə qədər bizim də sizə qarşı bu cür təxribatlarımız olacaq".

- Yəqin ki, prezidentin köməkçisi özbaşına belə bir ziddiyyətli açıqlama verə bilməz. Necə düşünürsünüz?

- Medinski prezidentin köməkçisi olduğu üçün onun dilindən səslənən hər fikir prezidentin fikri kimi qəbul edilə bilər. Həm də bu açıqlamadan bir gün sonra "RİA Novosti"nin təxribat xarakterli xəbəri göstərir ki, bu, nə təsadüfdür, nə də fikri yanlış ifadə etmək. Bu, Azərbaycana qarşı düşünülmüş təxribatdır. Çünki Qarabağla Ukraynanın işğal olunmuş əraziləri arasında paralellik aparılır, halbuki Qarabağ işğal altındakı Azərbaycan ərazisi idi, haqlı olaraq doğma sahiblərinə - azərbaycanlılara qaytarıldı, Donbas, Krım isə işğallarının leqallaşdırılmasına çağırış edilən ərazilərdir. Amma bu ikisi arasında müqayisə aparıb deyirlər ki, "necə ki biz Qarabağı Azərbaycan ərazisi kimi tanımışıq, Azərbaycan da sözügedən əraziləri Rusiya ərazisi kimi tanısın". Lakin bu ərazilər beynəlxalq hüquqla Ukraynaya məxsusdur. Görünür, ərazi bütövlüyümüzü bərpa etməyimizi Rusiya həzm edə bilmir. Çünki son 200 il ərzində gah Rusiya imperiyası, gah SSRİ erməniləri bizim tarixi torpaqlarımızda yerləşdirməklə, ya öz hərbi bazalarını qurmaqla nəzarətlərini gücləndirmişdilər. İndi isə bu nüans əllərindən çıxıb deyə bununla barışa bilmirlər.

- Bütün bunlar Rusiya-Azərbaycan əlaqələrinə mənfi təsir göstərmir?

- Təbii ki, bu addımlar həm əlaqələrimizə mənfi təsir göstərir, həm də tərəflərə sərf etmir. Çünki nəticədə əlaqələr zəifləyəcək, Moskva Bəyannaməsinin mənası itəcək.

- Bu təhdid və təxribatlara qarşı hansı addımları atmaq lazımdır?

- Bütün bunlar ondan xəbər verir ki, Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq, hərbi baxımdan Türkiyə ilə əlaqələri gücləndirməliyik. Çünki Rusiya anlamalıdır ki, Azərbaycanı təhdid edəndə qarşısında Türkiyəni görə bilər.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri