Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Vladimir Putin Azərbaycandan nə istəyib?

Vladimir Putin Azərbaycandan nə istəyib?

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Məlum olduğu kimi, dünən Rusiya Prezidenti Vladimir Putin Moskva-Bakı münasibətlərinin mövcud vəziyyətindən danışmışdı.

APA-nın Rusiya bürosu xəbər verir ki, Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Rusiya ilə Azərbaycan arasında münasibətlərdə problemlərin olduğunu bildirib.

Putin deyib ki, Çində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı ilə salamlaşıb, bir neçə kəlmə danışıb.

“Hesab edirəm ki, Azərbaycan və Rusiya arasında fundamental əlaqələr və onların inkişafına qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq”.

Beləliklə, Rusiya prezidenti Vladimir Putin ölkəsinin Azərbaycanla münasibətlərində problemlər olduğunu etiraf edib. Ancaq bu problemlərin hardan qaynaqlandığını deməyib. Problemlər isə Rusiyadan - Moskvanın Azərbaycandan etdiyi tələblərdən qaynaqlanır.

Azərbaycan prezidenti İlham Əliyev də Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsaibəsində problemin mənəyini dolayısı ilə ortaya qoyub.

Rusiya çox istərdi (daha doğrusu, çox istəyirdi) ki, Azərbaycan Rusiyanın işğal etdiyi Ukrayna vilayətlərini - Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini, eləcə də, Krım Respublikasını Rusiya Federasiyasının subyektləri kimi tanısın. Bu, təkcə Azərbaycandan deyil, başqa postsovet ölkələrdən də Rusiyanın gözləntiləridir. Həm də haqsız və əsassız gözləntilərdir.

Əgər hər hansı bir ölkə və ya ölkələr qrupu bunu etsə, əvvəla, bu, Ukraynanın büynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü tanımaqdan imtina etmək deməkdir. Başqa sözlə, beynəlxalq hüquq prinsiplərindən imtina etməkdir. Rusiyanın beynəlxalq hüququ saymamasını, hamılıqla qəbul edilmiş, beynəlxalq birgəyaşayış hüququ və qaydaları tapdalamasını dəstəkləmək və legitimləşdirməkdir. Bu, öz əlinlə kəndiri öz boğazına keçirmək kimi bir şeydir. Əgər keçmiş Sovet respublikaları - indiki yeni müstəqil dövlətlər, yaxud onlardan biri və ya bir neçəsi Rusiyanın bu gözləntisini təmin etsə, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini Rusiya kimi tapdalasa, o zaman Vladimir Putinin "yeni SSRİ" xəyalını reallaşdırmaq üçün "yaşıl işıq" yandırmış olurlar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov üzərində kiril əlifbası ilə "CCCP", yəni "SSSR" yazılmış köynəyi Alyaskaya - ABŞ prezidenti ilə görüşə təsadüfən geyib getməmişdi ki.

Moskva Azərbaycanı məhz "yeni SSRİ" tələsinə çəkmək istəyirdi, alınmadı. Elə etsəydi, Azərbaycan öz hökmünü - işğal "icazə"sini özü vermiş olacaqdı. Başqa sözlə, bu gün Ukraynanın 120 min kvadrat kilometrə yaxın ərazisini işğal və ilhaq etmiş Rusiya sabah asanlıqla Azərbaycanın 86.6 min kvadrat kilometrlik ərazisini işğal və ilhaq edər. Həm də əlində Azərbaycanın özünün Ukraynanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsini dəlil göstərərək. Hətta heç buna ehtiyac da qalmayacaqdı; Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanımaqdan imtina etdiyi gün - beynəlxalq hüquq müstəvisindən özünü kənara qoyduğu gün ABŞ və Avropa İttifaqından, eləcə də, Böyük Britaniyadan tutmuş Yaponiyaya, Kanadadan, Avstraliyaya, Cənubi Koreyaya qədər dünyanın əksər hissəsini özünə qarşı birləşdirmiş olardı, o zaman Türkiyə ilə müttəfiqlik də kömək etməzdi. Belə bir təzyiq dalğası qarşısında Azərbaycan özü Rusiyanın orbitinə düşəcəkdi və bu, ölkəyə böyük fəlakətlər yaşadardı.

İkincisi, Azərbaycan belə bir mövqe tutsaydı, Rusiya Azərbaycanı Ermənistan ərazisinə müdaxilə etməyə sövq edəcəkdi: bir zaman Ermənistan vasitəsilə Azərbaycan ərazilərini işğal edib hərbi-siyasi Azərbaycanda daxili böhran yaratdığı, hakimiyyəti dəyişdiyi kimi, bu dəfə Azərbaycan vasitəsilə eyni əməlləri Ermənistanda - rəsmi İrəvanı cəzalandırmaq, hətta hakimiyyəti dəyişmək üçün törədəcəkdi.

Azərbaycan prezidenti buna getməzdi və getmədi də. Buna görə də Azərbaycanla Rusiya arasında indiki gərginlik yaranıb.

Bəli, indi bəzi siyasətçilərin də dediyi kimi, Rusiyanın yanında olmaq Rusiyanın qarşısında olmaqdan daha təhlükəlidir. Müxalifətin bu fikri ilə razıyam: indiki halda Rusiyanın yanında olmaq ölkə üçün çox təhlükəlidir. Ən azı qarşısında olmaq qədər.

Ancaq siyasi ustalıq Rusiyanın nə yanında, nə qarşısında olmaqdır. Türkiyə etdiyi kimi. Azərbaycan

bunu axıra qədər bacaracaqmı?!

Bu, artıq yeni bir söhbətin mövzusudur.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri