Icma.az
close
up
RU
İki Vladimirin biri daha prezident olmayacaq

İki Vladimirin biri daha prezident olmayacaq

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ səlahiyyət müddəti başa çatmış Zelenskindən ilin sonunadək seçki keçirilmısini tələb edir; Ukraynanın yeni rəhbəri kim ola bilər?

Prezident Trampın hələ ötən ilin mayında səlahiyyət müddəti başa çatmış Ukrayna lideri Zelenski ilə anlaşıb yollarını ayıra biləcəyi haqda ötən yazıların birində qeyd etmişdik. O mənada, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Vaşinqtonun adından ilin sonuna qədər Ukraynada seçkilərin keçirilməsinin vacibliyi haqda dedikləri gözlənilməz olmadı. Ümumiyyətlə, əvvəldən də bəlli idi ki, bu savaşın sonunda iki Vladimirin biri daha prezident olmayacaq.

Zelenski Putinlə danışıqların olmaması üçün əvvəldən hər şeyi edib. Putinlə masaya oturmayacağı haqda hətta qanun da qəbul edib, indi də bu fərmanı ləğv etmək hüququna malik deyil. Putin də məhz onunla masaya oturmamaq niyyətindədir. Son aylar bir neçə dəfə açıq bəyan edib ki, Zelenskini legitim prezident hesab etmir, danışıqlar, dövlət adına hansısa sənəd imzalamaq yetkisili Ukrayna Radasının sədrinə məxsusdur. Yəni Putin və Zelenskinin bir masada nəinki hansısa razılaşması, hətta üz-üzə oturması belə imkansız görünür.

ABŞ da bu vəziyyətdən xəbərdardır və ona görə Zelenskinin ön planda və ya ümumiyyətlə, olmadığı hansısa keçici hökumət yaradıla da bilər. Zelenski isə deyəsən, asan təslim olmayacaq, son açıqlamasında Ukraynanın iştirakı olmadan Rusiya ilə masaya oturmaq təhlükəlidir” deyib.

Ukraynada prezident seçkiləri 2024-cü il martın 31-də olmalı idi, lakin müharibə səbəbindən elan olunmuş hərbi vəziyyət seçkilərin keçirilməsini qadağan edir. Ukraynada 2019-cu ilin aprelində keçirilən son prezident seçkilərində Zelenski səsverməyə gələnlərin 73,22%-i faizinin, yəni 13 milyon 540 min seçicinin səsinin almışdı. “Bloomberg”in ötənilki məlumatına görə, hərbi münaqişə səbəbindən Ukrayna seçicilərinin yarıdan çoxunu itirib. 32 milyon ukraynalı seçicinin dörddə birinin (8 milyon) xaricdə olduğu təxmin edir. 7 milyona yaxını seçici Rusiyanın ələ keçirdiyi bölgələrin ərazilərindədir, daha iki milyonu isə Rusiyaya köçüb. Yəni ən yaxşı halda, Ukraynada seçici sayı 17 milyondur. Əgər yaxın aylarda sülhün əldə edilməsində ciddi uğur olarsa, o halda ilin sonunadək seçicilərdən yenə də geri qayıdanlar olacaq.

Amerikanın seçkilərlə bağlı siqnalı isə Ukraynada daxili siyasətə də dərhal təsirini göstərib. Məsələn, Kiyev meri Vitali Kliçko videomüraciət yayaraq Zelenskinin ətrafını sərt tənqid edib. Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Londondakı səfir Zalujnı əvvəl ukraynalı hərbçilərlə görüşüb, Zalujnı Londonun yeni Ukrayna elitasının hazırlanmasını müzakirə edib. Socis qrupunun yanvarın sonunda dərc etdiyi araşdırmaya görə, vətəndaşların 72%-i Zalujnıya etibar edir, Zelenski isə Kəşfiyyat rəisi Budanovdan sonra üçüncü yeri tutub.

Trampa yaxın amerikalı jurnalist Taker Karlsonun iki gün əvvəl Zelenskini diktator adlandırması və qeyri-legitimliyi ilə bağlı dedikləri isə Vaşinqtonun Ukraynada “hakimiyyəti devirmək planın başlanğıcı” kimi qiymətləndirilib. O da bildirilir ki, Zelenski və komandası Ukraynada hakimiyyəti saxlamağa davam edərsə amerikalılar xalqın hazırkı prezidentin istefaya göndərilməsi tələbi ilə küçələrə çıxara bilər. Yəni iddialara görə, ABŞ “ani-Zelenski maydanı”nını asanlıqla Kiyevdə istifadə edə bilər. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin yaralı və şikəst əsgərləri və onların həyat yoldaşları da cəlb edilə bilər. O zaman narazılıq geniş vüsət ala və Zelenskinin getməkdən başqa yolu qalmaya bilər. Ukraynalılar çıxılmaz vəziyyətdədirlər. Savaşdan və onun gətirdiyi bəlalardan çox yorulublar. Rusiya ilə mümkün danışıqlar barədə getdikcə daha çox danışılır. Zelenskidən sonra hakimiyyətə gələn çox güzəştlərə razı olmalıdır. Olacaqmı? /musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri