Volkan Konaka ilk tibbi yardımı edən həkim: O gənc böyüdü və səni xilas etməyə çalışdı
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Məşhur türk müğənnisi Volkan Konak Şimali Kipr Türk Cümhuriyyətinin Mağusa şəhərində verdiyi konsert zamanı səhnədə qəfil halı pisləşərək xəstəxanaya aparılıb. Bütün tibbi müdaxilələrə baxmayaraq, sənətçi həyatını itirib.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, konsert zamanı qəfil ürək tutması keçirən Volkan Konaka səhnədə olan həkimlər dərhal ilk yardımı göstəriblər. Təxminən 40 dəqiqə boyunca ürək masajı edilən sənətçi gecə saat 00:10-da xəstəxanaya çatdırılıb. Saat 00:17-də xəstəxanaya daxil olan müğənniyə 25 dəqiqə ərzində intensiv tibbi yardım göstərilib, lakin həyata qaytarmaq mümkün olmayıb. O, saat 00:42-də dünyasını dəyişib.
Volkan Konaka ilk tibbi yardımı edən həkimlərdən biri Ahmet Görkem Yasak sosial media hesabında 20 il öncə müğənni ilə yaşadığı xatirəni bölüşüb. "Səni dinləyirdik, heç ağlımıza da gəlməzdi ki, yarım saat sonra sənə ürək masajı edəcəyik. Əlimizdən gələni etdik, amma səni xilas edə bilmədik... Kaş ki, belə erkən ayrılmazdın. 20 il əvvəl tələbə yataqxanasına gəlmişdin, 'Gənclər, nə ehtiyacınız olsa, mənə birbaşa zəng edin' deyib nömrəni vermişdin. O gənc böyüyüb həkim oldu və son anlarında səni xilas etməyə çalışdı."
Müğənninin vəfatı sənət dünyasında dərin üzüntü yaradıb. Volkan Konak uzun illər boyu Türk xalq musiqisinin sevilən simalarından biri olub.
