Volkswagen Almaniyada dörd zavodda istehsalı dayandırmağı planlaşdırır
Icma.az, Apa.az saytına istinadən bildirir.
Almaniyanın Volkswagen avtomobil konserninin rəhbərliyi ölkədəki dörd zavodda istehsalın mərhələli şəkildə dayandırılması ilə bağlı plan hazırlayıb.
Bu barədə WirtschaftsWoche jurnalı şirkətin daxili sənədinə istinadən məlumat yayıb.
Məlumata görə, Emden və Tsvikkau zavodlarında avtomobil istehsalının 2031-ci ildə, Hannoverdə 2032-ci ildə, Nekkarzulm zavodunda isə 2034-cü ildə başa çatdırılması nəzərdə tutulur.
“2026-cı il 3-4 sentyabr tarixli Müşahidə Şurasının konseptual qərarı haqqında hesabat” adlı sənədin bu həftənin sonunda şirkətin nəzarət orqanının yekun qərar qəbul etməsi üçün əsas yaratmalı olduğu bildirilir.
Sənəddə Volkswagen-in üzləşdiyi vəziyyət kritik qiymətləndirilir.
“Mövcud biznes modelləri və strukturlar artıq Volkswagen konserninin uzunmüddətli rəqabət qabiliyyətini və gəlirliliyini təmin etmək üçün kifayət etmir”, – deyə sənəddə bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 Sentyabr 2026 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















