Volodin koronavirusa yoluxdu, səfəri təxirə saldı
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, Volodinin Hindistana səfəri koronavirus üçün testin müsbət çıxması səbəbindən təxirə salınıb. Eyni səbəbdən Volodin İttifaq Dövləti Dövlət Şurasının dekabrın 6-da Minskdə keçirilməsi nəzərdə tutulan iclasında iştirak etməyəcək.
Vyaçeslav Volodinin Hindistana səfəri dekabrın 2-4-nə planlaşdırılıb. Dekabrın 1-də "Vedomosti" qəzetinin mənbələri səfərin naməlum səbəbdən təxirə salındığını bildirib.
Baxış sayı:87
Bu xəbər 05 Dekabr 2024 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















