Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Vova, bunkerinə qayıt

Vova, bunkerinə qayıt

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ülviyyə Gülməmmədova yazır...

ABŞ-İran-İsrail üçlüyünün müharibə oyunu başa çatan kimi Rusiya Prezidenti Vladimir Putinin əli-ayağı açıldı. 12 gün davam edən müharibə dövründə İranın dinc nüvə proqramına haqqı olduğunu deyən Putin ara-sıra əlaltılarına Tehranla bağlı dəstək bəyanatları səsləndirirdi.

Qüvvələr balansının pozulması yaman pis şeydir. Darda qalanda bütün ömrün boyu nifrət etdiyin adama da minnətdarlıq bildirməli olursan. Məsələn, ağır raket zərbələri altında olan İrandan çıxarılan Rusiya vətəndaşlarına görə Bakıya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın, mədəniyyət naziri Olqa Lyubimovanın dili ilə təşəkkür də edirsən.

Həmin ərəfədə Sankt-Peterburqda foruma qatılıb, Azərbaycanla birgə layihələrdən, Xəzərdən, gəmiqayırmadan da danışırsan. Çünki bilirsən ki, asılısan, vətəndaşların təhlükədədirlər. Düzdür, Azərbaycan dinc qonşuluq siyasətini, humanizm prinsiplərini pozub, bu adamlar filan millətdəndir, bunlar bəsməkan irqdəndir deyib, "Astara" keçid məntəqəsini adlayıb öz ölkələrinə gedənlərə fərq qoyan deyildi, onsuz da.

Amma tragikomediya bitdi, İran dərindən nəfəs aldı, İsrailin başı digər cəbhələrdən hücumları dəf etməyə qarışdı, ABŞ isə köhnə plan üzrə yeni münaqişələr yaradıb, həll yolları axtarmaqla məşğuldur (hədəf bəlli, Tramp Nobel Sülh mükafatı ala bilər axı). Bəs bu 12 pərdəli fars kimin işinə yaradı?

Cəzasızlıq mühitində partlayan bombalar, səsdən sürətli raketlər, bütün planeti məhv etməyə qadir "qırmızı düymə" oyunu Putini ehtizaza gətirdi. "Hamıya olarsa, mənə niyə olmasın?" düşüncəsi ilə artıq həyasızlığın son həddinə əl atdı: "Bütün Ukrayna bizimdir", - dedi. Utanmasan, oynamağa nə var ki... Amma oynayanda da gərək ətrafında durub, sənə züy tutanın, azından əl çalanın ola. Ukrayna da öz xoşu ilə sənin olan deyil. Yoxsa 2008-ci ildən bəri bu qədər tər (oxu - pul, sərvət, insan resursu) tökməzdin. Bir əmma var ki, Ukraynaya göndərməyə daha adam da yoxdur. Çarə qalır Rusiyada yaşayan miqrantları bir bəhanə ilə ət maşınının boğazından salmağa.

İyirmi birinci əsrdə yaşayırıq. Artıq o miqrantlar da 1990-cı illərin adamları deyillər, insan haqlarından, beynəlxalq hüquqdan başları çıxır. Rusiyanın işğalçı müharibə apardığını gözəl bilir və bu axmaq məqsədə görə qurban getmək istəmirlər.

Belə olan halda köhnə metodlar işə düşür - böhtan, şərləmə, təhdid, həbs, oradan da müharibəyə "putyovka". Bacaran başını qurtarsın. Bacarmayanı, istəməyəni isə Yekaterinburqdakı azərbaycanlıların halına salırlar.

12 saat qurşağına yayılmış Rusiyada hələ imperiya dövründən ruslardan qeyri millətlər həmişə əziliblər. Say nisbətində ruslardan qat-qat üstün olsalar da, bir yaxşı nailiyyət qazananda daim başlarından basıb, hərəsinin alnına bir alçaldıcı yarlıq yapışdırıblar. Stalin dövrünün repressiyalarına isə ən çox azərbaycanlılar məruz qalıblar. 1941-1945 müharibəsində də nefti su kimi içilən azərbaycanlılar qurban gediblər.

Rusiya imperiya havasından hələ də çıxa bilməyib. Çünki ənənəni Putin davam etdirir. Bu tiran artıq o qədər azğınlaşıb ki, özünü adaşı olduğu anekdot qəhrəmanı kimi aparır. Həmin Vova yaramaz, tərbiyəsiz, oxumaq istəməyən biridir. Böyük Vova da yaşlandıqca ağlını, tərbiyəsini, yaddaşını itirir. Yoxsa "artilleriyanın atası"nın azərbaycanlı olduğunu, "vəhşi" adlandırılan diviziyanın əksəriyyətinin azərbaycanlı olmasını, qərbdəkilərin çoxunun adını eşitmədiyi texnologiyaları azərbaycanlı mühəndislərin yaratdığını niyə unutsun ki?

Ukrayna torpaqlarını işğal etməyə başlayandan bəri Rusiyanın adam ayağı dəyməyən ərazilərindəki bunkerlərdən burnunu çıxara bilmədiyi günləri, Şimali Koreya, Orta Asiyadan hədə-qorxu gəlməyə çalışdığı türk dövlətləri, Cənubi Qafqazdan da yalnız Azərbaycandan başqa bir xarici ölkəyə ayaq basa bilmədiyini niyə unutsun ki?

Yox, bəlkə, ancaq bizim döyüşkən xalq olduğumuzu, 2020-ci ildə öz torpaqlarımızı qəhrəmanlıqla qaytardığımızı xatırlayırsan, Vova? Elədirsə, deyim: bəli, biz döyüşməyi bacarırıq, amma haqq savaşında. Öz torpağımız, öz Vətənimiz uğrunda.

Sən isə qayıt bunkerinə, Vova. Qoy meydanda sözünü vasitəsilə çatdırdığın qadınlar qalsınlar. Onlar səndən daha adekvatdırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyun 2025 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri