Vuçiç Putinlə qaz tədarükünü müzakirə edib
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya Prezidenti Vladimir Putinlə təxminən bir saat davam edən telefon danışığı zamanı Rusiyadan Serbiyaya qaz tədarükü məsələsini müzakirə etdiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Vuçiç bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, danışıqlar zamanı xüsusilə enerji əməkdaşlığı məsələsinin önə çəkildiyini bildirib.
“Xüsusilə enerji əməkdaşlığı məsələsini, daha dəqiq desək, 30 sentyabrda müddəti bitən qaz müqaviləsini vurğulayardım. Əminəm ki, bugünkü söhbətdən sonra onun müddəti uzadılacaq və biz Serbiyaya sabit qaz təchizatını təmin edəcəyik”, - deyə Vuçiç qeyd edib.
Serbiya Prezidenti bildirib ki, Putinlə telefon danışığında iki ölkə arasındakı ikitərəfli münasibətlər də müzakirə olunub.
Bundan əlavə, tərəflər regionda baş verən proseslər və Ukraynadakı münaqişə ilə bağlı məsələlərə də toxunublar.
Vuçiçin açıqlamasına görə, danışıqların əsas mövzularından biri 30 sentyabrda başa çatması gözlənilən qaz müqaviləsinin uzadılması və Serbiyanın enerji təminatının davamlılığının qorunması olub.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Sentyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















