Vuçiç: Qərb öz addımları ilə münaqişələrin nizamlanmasında köməkdən imtina edir Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gəlməyən Avropa ölkələri siyasi motivlər güdürlər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə bildirib.
"Onların gəlib-gəlməməsi mənim üçün fərq etmir, əsas odur ki, biz buradayıq və gələcəkdə də buraya gələcəyik", - o deyib.
A.Vuçiç vurğulayıb ki, Qərb bu cür addımlarla beynəlxalq münaqişələrin nizamlanmasında köməkdən imtina edir: "Onlar minlərlə ikitərəfli görüş və danışıqlar keçirə bilərdilər, ancaq gəlmədilər. Bu sammit xüsusilə Ukrayna və Yaxın Şərqdə olduğu kimi böyük münaqişələrin dayandırılması lazım olan bir vəziyyətdə çox vacibdir".
Baxış sayı:97
Bu xəbər 12 Noyabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















