Vuçiç Serbiyada növbəti prezident seçkisində iştirak etməyi planlaşdırmır
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Serbiya Prezidenti Aleksandar Vuçiç növbəti prezident seçkisində iştirak etməyi planlaşdırmır.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə siyasətçi Avstriyanın federal Kansleri Kristian Ştoker ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Dövlət başçısı prezidentlik karyerasını ilyarım sonra başa vuracağını xatırladıb.
"Mən siyasi veteranam, artıq namizədliyimi irəli sürə bilmərəm və konstitusiyanı dəyişdirmək niyyətində deyiləm", - deyə Serbiya prezidenti bildirib.
Vuçiç əlavə edib ki, Serbiyada növbədənkənar parlament seçkisi keçirilə bilər.
Serbiyada növbəti prezident seçkisi 2027-ci ildə keçiriləcək. Vuçiç 2017-ci ildə dövlət başçısı vəzifəsinə gəlib. 2022-ci ildə o, səslərin 58.58%-i ilə yenidən seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Avqust 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















