Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Vuçişdən dünyaya sərt mesaj: “Beynəlxalq sistem çöküb”

Vuçişdən dünyaya sərt mesaj: “Beynəlxalq sistem çöküb”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyada güc balansı dəyişir. Serbiya Prezidenti Aleksandar Vuçiş beynəlxalq münasibətlərdə əvvəlki qaydaların artıq işləmədiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, Vuçiş bu barədə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı danışıb. Serbiya lideri bildirib ki, dünyada mühüm siyasi, iqtisadi, hərbi və texnoloji imkanlara malik regional güclərin sayı artır. Onun sözlərinə görə, bu ölkələr öz bölgələrinə təsir göstərməyə və qlobal prosesləri öz maraqlarına uyğun formalaşdırmağa çalışırlar. Vuçiş dünyada gücün daha mürəkkəb və əvvəlkindən daha az proqnozlaşdırılan şəkildə bölündüyünü deyib. O, mümkün qarşıdurma riskinin son onilliklərlə müqayisədə artdığını vurğulayıb.

Serbiya Prezidenti qeyd edib ki, qarşıdurmalar artıq yalnız dövlətlər arasında silahlı müharibələrlə məhdudlaşmır. İqtisadi təzyiq, texnologiyaya çıxışın məhdudlaşdırılması, resurs və bazar uğrunda rəqabət, kiberhücumlar, yanlış məlumatların yayılması və digər ölkələrin cəmiyyətlərinə təsir göstərmək cəhdləri də bu qarşıdurmanın formalarıdır. Vuçiş Ukraynadakı müharibə fonunda beynəlxalq hüquqa riayət olunmasına çağırış edən bəzi ölkələri ikili yanaşmada ittiham edib. O bildirib ki, həmin dövlətlərin bir qismi keçmişdə BMT Nizamnaməsinin prinsiplərini pozub, indi isə bu prinsiplərə qayıtmağın vacibliyindən danışır. pizza

Serbiya lideri ölkəsinin Avropa İttifaqına tam üzvlüyünü strateji prioritet olaraq saxladığını da bildirib. Bununla yanaşı, bəzi Aİ üzvü və namizəd ölkələrdə genişlənməyə marağın azalmasını nəzərə almağın vacib olduğunu deyib. Vuçiş BMT Təhlükəsizlik Şurasının bir sıra böhranlar zamanı qərar qəbul etməkdə çətinlik çəkdiyini bildirib. Onun sözlərinə görə, təşkilatın digər strukturları da maliyyə problemləri, bürokratiya və üzv dövlətlərin daha konkret nəticələr gözləməsi ilə üzləşir.

Bununla belə, Serbiya Prezidenti BMT-yə ehtiyacın azalmadığını, əksinə, təşkilata əvvəlkindən daha çox ehtiyac olduğunu vurğulayıb. “Bildiyimiz beynəlxalq sistem çöküb, artıq mövcud deyil”, - deyə Vuçiş bildirib.

Onun sözlərinə görə, hazırda dünyada iki əsas güc mərkəzi və onların ətrafında formalaşan güclü regional aktorların olduğu yeni bir düzən yaranır. O, qeyd edib ki, dövlətlər son 80 ildə yalnız ortaq maraqlara görə deyil, mübahisələri silah yolu ilə həll etməyin çox baha başa gəldiyini anladıqları üçün BMT çərçivəsində bir araya gəliblər.

Serbiya Prezidenti ölkəsinin qonşuları ilə sülhü qorumağa, beynəlxalq sülhməramlı missiyalarda iştirak etməyə, təhlükə qarşısında olan ölkələrə yardım göstərməyə və fikir ayrılığı olan tərəflərlə dialoqu davam etdirməyə çalışdığını bildirib.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Sentyabr 2026 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri